Icma.az
close
up
RU
Münasibətlər yüksək səviyyədə inkişaf etdirilir

Münasibətlər yüksək səviyyədə inkişaf etdirilir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır, dostluq körpüləri daha möhkəm təməl üzərində dayanır. Qeyd edək ki, bu strateji xəttin ən parlaq nümunələrindən biri də Mərkəzi Asiya istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardır. Xüsusilə, Özbəkistanla münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, keçirilən görüşlər təkcə protokol tədbirləri yox, həm də xalqlar arasında mənəvi bağların, ortaq tarixin və taleyin təntənəsidir.

Əsrlərin dərinliklərindən boylanan münasibətlər bu gün dövlətlərarası səviyyədə yeni mərhələyə qədəm qoyur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Məhz 1995-ci ilin 2 oktyabrında qurulan diplomatik əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında mədəni, iqtisadi, sosial sahələrdə qarşılıqlı əlaqələr genişlənir. Azərbaycanla Özbəkistan beynəlxalq müstəvidə çiyin-çiyinə irəliləyir. Türk Dövlətləri Təşkilatından BMT-yə qədər müxtəlif platformalarda hər iki dövlət bir-birini dəstəkləyir, ortaq maraqları müdafiə edir. Hər addımda səsləri bir, mövqeləri eynidir. Özbəkistanın Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qətiyyətli mövqe isə qardaşlıq əlaqələrinin təcəssümüdür. Özbəkistan münaqişənin tarixə qovuşmasında Azərbaycanın ədalətli mövqeyə daim açıq və birmənalı dəstək verib. Özbək diplomatiyası beynəlxalq təşkilatların tribunalardan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çağırışlar səsləndirib, qardaşlıq və prinsipiallığın rəmzinə çevrilib.
Bu gün Türk dünyasında, eləcə də Avrasiya məkanında sabitliyin, inkişafın və birliyin əsas sütunlarından biri olan iki qardaş ölkə birgə addımlamaq əzmini ortaya qoyur. Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsi birləşərək vahid geosiyasi məkan kimi formalaşır. Hər iki ölkənin liderlərinin son illərdə qarşılıqlı səfərləri əməkdaşlığın nə qədər dinamik, məqsədyönlü və strateji mahiyyət daşıdığını bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin 2022-ci ilin 21-22 iyun tarixlərində Özbəkistana dövlət səfəri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun ilk siqnalı oldu. Səfər çərçivəsində imzalanan sənədlər və aparılan müzakirələr gələcək müttəfiqliyin konturlarını müəyyənləşdirdi. Elə həmin ilin 15-16 sentyabr tarixlərində Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən dövlət başçımız bölgədə siyasi çəkisi artan ölkə kimi Azərbaycan regional platformalarda fəal rol oynadığını göstərdi. Bu xətt 10-11 noyabr tarixlərində keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında da davam etdirildi. Prezident İlham Əliyev burada Türk dünyasının birliyi naminə atılan addımlara birbaşa töhfə verdi. 2023-cü il noyabrın 9-da Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Səmərqənddəki XVI Zirvə Toplantısında iştirakı isə Azərbaycan-Özbəkistan əlaqələrinin iqtisadi müstəvidə də güclənməkdə olduğunu təsdiqlədi. 22-23 avqust 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana etdiyi növbəti dövlət səfəri müttəfiqlik sənədinin imzalanması ilə tarixə yazıldı. Səfər çərçivəsində imzalanan sənədlər sırasında "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" ən mühüm sənədlərdəndir. Bu müqavilə bütün sahələri özündə əks etdirir, o cümlədən hərbi-təhlükəsizlik məsələlərini də nəzərdə tutur. Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin də Azərbaycana səfərləri əlaqələrin qarşılıqlı və dinamik şəkildə inkişaf etdiyini göstərir. 2023-cü ilin 1-2 mart tarixlərində Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirakı Mərkəzi Asiyanın Cənubi Qafqazla əməkdaşlığının mühüm nişanəsi oldu. 24 noyabr 2023-cü ildə Bakıda keçirilən BMT-nin SPECA proqramı çərçivəsindəki Zirvə Görüşündə Özbəkistan Prezidentinin iştirakı isə Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiyanın konkret platformalarda reallaşmasının nümunəsi idi. 2024-cü il iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü tarixi simvolizmi ilə seçildi. Qədim Şuşa şəhəri türkdilli liderlərin siyasi həmrəyliyinin ünvanına çevrildi. Burada Prezident Mirziyoyevin iştirakı həm mənəvi, həm də strateji baxımdan xüsusi diqqətə layiqdir. Nəhayət, 11-13 noyabr 2024-cü il tarixlərində Özbəkistan Prezidentinin Ş.Mirziyoyevin Azərbaycana səfəri iki qardaş ölkənin siyasi, iqtisadi, sosial və mədəniyyət sahəsində əsaslı rol oynadı. Qeyd edək ki, dünən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı bağların daha da gücləndiyini bir daha təsdiq edir. Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi münasibətləri daha da möhkəmləndirir.
Bir məqamı da diqqətə çatdırmaq yerinə düşər ki, hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək. İqtisadi əlaqələrə nəzər salaraq qeyd edək ki, iki ölkə arasında, xüsusilə Mərkəzi Asiya ilə Azərbaycanın olduqca interaktiv iqtisadi əməkdaşlıq prinsipi mövcuddur. Bu ilin ilk beş ayında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 200 milyon dollarlıq sərhədi aşıb. Azərbaycan və Özbəkistan rəhbərləri artıq daha böyük hədəfləri müəyyən ediblər. 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır. Bu isə strateji tərəfdaşlığın göstəricisidir. Bu hədəfə çatmaq üçün ticarətlə yanaşı, investisiya və sənaye kooperasiyasının da sürətlə genişləndirilməsi zəruridir. Hazırda hər iki ölkə bu istiqamətdə ciddi addımlar atır. Müxtəlif sahələr üzrə icra olunan birgə layihələr, qarşılıqlı investisiya təşəbbüsləri artıq real nəticələr verir. Özbəkistan bu gün Azərbaycan investorları üçün ən perspektivli və etibarlı tərəfdaşlardan biri kimi çıxış edir. Digər tərəfdən, özbək sahibkarlarının da Azərbaycan bazarına artan marağı diqqətdən yayınmır. Bu marağın konkret təzahürlərindən biri də Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasıdır. 500 milyon dollar nizamnamə kapitalına malik bu şirkət artıq iqtisadi münasibətlərin lokomotivinə çevrilməkdədir. Onun fəaliyyəti nəticəsində birgə layihələr reallaşır, sənaye parklarında canlanma müşahidə olunur, kənd təsərrüfatından tutmuş logistika və energetikaya qədər müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaranır. Keçən il Bakı və Daşkənd arasında imzalanan "yaşıl enerji" sahəsində birgə istehsal və Avropaya ixracı da nəzərdə tutan 20 əsas istiqamət üzrə əməkdaşlıq proqramı əhəmiyyətli dönüş nöqtəsidir. Bu proqram gələcək enerji gündəliyini formalaşdıran sənədlərdən biri olmaqla yanaşı, alternativ enerjiyə olan ortaq baxışı resursların dayanıqlı istifadəsinə yönələn iradəni nümayiş etdirir. Eyni zamanda, hər iki ölkə üçün həyati strateji önəm daşıyan nəqliyyat-logistika dəhlizlərinin inkişafı gündəmdə xüsusi yer tutur. Cənubdan şimala, qərbdən şərqə uzanan bu yollar artıq ticarət üçün sadəcə tranzit marşrutları deyil, Azərbaycanla Özbəkistanın geoiqtisadi baxımdan nə qədər əhəmiyyətli mövqe tutduğunu sübut edən arteriyalardır. İki ölkə liderləri tərəfindən imzalanmış Müttəfiqlik Münasibətləri haqqında Saziş isə bu strateji xəttin siyasi möhürüdür. Tarixi səciyyə daşıyan sənəd Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərini rəsmi şəkildə zirvəyə daşımaqla yanaşı, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiyanın bütövlükdə Avrasiya ilə əlaqələrinin inkişafına yeni nəfəs verdi. Bu sənəd regional əməkdaşlığın yeni geosiyasi arxitekturasında önəmli yer tutur. İki ölkə arasında iqtisadi münasibətlərin statistikası da bu yüksəlişi tam əks etdirir. Son 8 ildə ticarət dövriyyəsinin 8, birgə istehsal həcminin isə 5 dəfə artması bu sahədə atılan addımların səmərəliliyindən xəbər verir. Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xüsusi önəm verir. Hazırda prioritet istiqamətlər arasında üçüncü ölkələrdən idxalın əvəzlənməsi, iki iqtisadiyyatın bir-birini tamamlayan imkanlarının tam səfərbər edilməsi əsas yer tutur. Bu yanaşma xüsusilə qlobal qeyri-sabitlik və tədarük zəncirlərindəki pozuntular fonunda olduqca aktualdır. Belə bir dönəmdə iki ölkənin birgə iqtisadi gücünü səfərbər etməsi yalnız milli maraqlara deyil, eyni zamanda regional sabitliyə və iqtisadi təhlükəsizliyə də xidmət edir.
İki ölkə arasındakı sarsılmaz qardaşlıq bağlarına ən dəyərli nümunə kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva azad Füzuli torpağında təhsil ocağının, ümid və gələcəyin ünvanında bir araya gəlməsini qeyd etmək olar. Onlar 2023-cü il avqustun 23-də Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Beş korpuslu təhsil kompleksi Özbəkistanın ərməğanıdır. Ulu Türk coğrafiyasının böyük bir dövlətin işğaldan azad edilmiş Qarabağ torpağına - Füzuliyə uzatdığı mehriban əl, bir canın digər cana verdiyi paydır. Bu məktəb Füzuliyə yalnız sinif otaqları yox, həm də gələcəyə güvən, sabaha inam, birlik və dostluq gətirib. Burada yetişəcək hər bir şagird, keçiriləcək hər bir dərs zəngi Özbəkistan-Azərbaycan qardaşlığının sədasına çevriləcək. Bu divarlar elm və maariflə yanaşı, dostluq nəfəsi, hər pəncərədə bir ümid görünəcək. Zaman keçəcək, nəsillər dəyişəcək, lakin bu məktəb - bu qardaşlıq yadigarı yaddaşlarda yaşamaqda davam edəcək. Özbəkistanın Füzuliyə bəxş etdiyi təhsil incisi, əslində, coğrafiyalar arasındakı məsafəni, könüllər arasındakı yaxınlığı sübut edir. Bu, sönməyən xatirə, silinməyən iz, vətən torpağında həkk olunan dostluq abidəsidir.

Vüqar İsayev
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see241

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see193

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see175

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see169

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see136

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see136

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see128

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see123

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see119

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see117

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see116

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see116

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see116

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see115

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see114

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see114

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see113

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see112

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri