Icma.az
close
up
RU
Münasibətlərdə yeni dövr

Münasibətlərdə yeni dövr

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında iqtisadi-ticari və turizm əlaqələrinin inkişafına töhfə verəcək

Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib. Sənədə əsasən, iki ölkə arasında viza rejimi ləğv edilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2025-ci il aprelin 22-24-də Çin Xalq Respublikasına səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş imzalanıb. Sənədin təsdiq edilməsi ilə viza rejimi qarşılıqlı şəkildə aradan qaldırılır. Bu, iki dövlət arasında iqtisadi-ticari və turizm sahələrində yeni imkanların yaranmasında mühüm rol oynayacaq. İlk növbədə, vizasız gediş-gəliş aviasiya nəqliyyatında intensivliyi artırmaqla, turizm sahəsində əlaqələri daha da böyüdəcək. Hazırda Azərbaycan və Çin arasında turizm münasibətləri müsbət şəkildə inkişaf edir, qarşılıqlı turist axını dinamik şəkildə artır. Ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb,

2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1,9 dəfə artıb. Eyni zamanda, ötən il Çindən Azərbaycana 45 minə yaxın turist gəlib. Bundan əlavə, Azərbaycandan Çinə gedən turistlərin sayında da artım var. Bakı və Pekin arasında birbaşa hava nəqliyyatı əlaqəsinin sayının çoxalması da turizm səfərlərinə müsbət təsir göstərir.

Beləliklə, Azərbaycanla Çin arasında viza rejiminin ləğvi iki ölkə arasında turizmin inkişafına və qarşılıqlı turist səfərlərinə birbaşa təsir göstərəcək, həm Çindən Azərbaycana, həm də Azərbaycandan Çinə gedən turistlərin sayının artmasına gətirib çıxaracaq.

Vizasız gediş-gəliş biznes və ticarət əməliyyatlarının həcmini böyüdəcək

Viza rejiminin ləğvi ticari-iqtisadi əlaqələrin daha çox inkişaf etməsinə də töhfə verəcək, investisiya sahəsində sərmayə təşviqlərini yüksəldəcək. Hazırda Azərbaycan Cənubi Qafqazda Çinin birinci iqtisadi tərəfdaşıdır. Ölkələr arasında iqtisadi-ticarət dövriyyəsi son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin miqdarı 500 milyon dollar idisə, 2024-cü ildə iki ölkələr arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

Bu ticari balans dinamikası 2025-ci ilin birinci rübündə bir qədər də artıb və ötən ilin eyni dövrünə nisbətən 37 faiz çoxalaraq 1,02 milyard dollar təşkil edib. Beləliklə, Cənubi Qafqazda Azərbaycanın birinci iqtiadi-ticari tərəfdaşı olmaqla bu bölgənin cəmi ticarət mübadiləsinin 70 faizə yaxınını Azərbaycanla həyata keçirir. Vizasız gediş-gəliş biznes icması üçün yeni fürsət olmaqla, ticarət əməliyyatlarının sayını və həcmini böyüdəcək.

Sərmayə tərəfdaşlığında yeni dövr başlayır

Çin, eyni zamanda, Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Bu Asiya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 942 milyon dollara çatıb. Həmin sərmayələrdən başqa, Çin şirkətləri ölkəmizdə müxtəlif sahələrdə iri layihələr icra edib. Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib.

Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisiya portfelinin 2,1 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir.

Bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.

Azərbaycan və Çin tranzit daşınmalarını 2 dəfə artırıb

Azərbaycan və Çin arasında iqtisadi-ticari dövriyyənin artmasında qlobal nəqliyyat dəhlizləri, ələlxüsus da, “Bir kəmər, bir yol” layihəsinin ən axıcı qolu olan Orta Dəhliz də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası hesab edilən Orta Dəhlizdə (TransXəzər) strateji rolunu və mövqeyini daha da möhkəmləndirib, istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci səhmdar kimi öz təşəbbüskarlıq iradəsini nümayiş etdirib, digər coğrafiyaları da bu dəhlizə cəlb edib. Asiya və Xəzəryanı ölkələri vahid logistika habında birləşdirib. Həmin dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Orta Dəhliz, həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması bu nəqliyyat arteriyasında daşınmaların həcminin sürətlə artmasına səbəb olmaqdadır. Təkcə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Digər ölkələrin bu nəqliyyat ailəsinə qoşulması isə daşınmaların qat-qat böyüməsi üçün yeni perspektivlər açır.

İmkanlar isə daha böyükdür. Bu məqsədlə tərəflər dayanmadan intensiv şəkildə iqtisadi dialoq və qarşılıqlı biznes tədbirləri təşkil edir, investisiya və ticari təşviqləri artıran təşəbbüslərlə çıxış edir. Ötən il imzalanmış Azərbaycan və Çin arasında arasında Strateji Tərəfdaşlıq Bəyannamənin əsas hədəflərindən biri olan ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da artırılması üçün hökumət-biznes görüşləri ardıcıl xarakter almağa başlayıb.

Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni imkanları səfərbər etməklə, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see214

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see210

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see161

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri