Icma.az
close
up
RU
Bu üsulla taxta qaşıqları cəmi 5 dəqiqəyə ilk günkü halına qaytarın

Bu üsulla taxta qaşıqları cəmi 5 dəqiqəyə ilk günkü halına qaytarın

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mətbəxdə tez-tez istifadə edilən taxta qaşıqlar hər yumada təmiz görünsə də, əslində onların məsamələrində gözəgörünməz təhlükə gizlənir. Adi yuyucu vasitələrin təmizləyə bilmədiyi dərin qatlara yığılan yağ və yemək qalıqlarını cəmi bir neçə dəqiqəyə üzə çıxarmaq mümkündür.
Demokrat.az xəbər verir ki, bunun üçün tətbiq edilən xüsusi üsul mətbəxdəki təmizlik qaydalarını tamamilə dəyişir. Mikrobların məskəninə çevrilən bu mətbəx əşyalarını atmaq əvəzinə, sadə üsulla onları ilkin halına qaytarmaq olar. Sosial şəbəkələrdə geniş yayılan bu təmizlik sınağının nəticəsi görənləri təəccübləndirir.
Taxta strukturu etibarilə hopdurucu xüsusiyyətə malikdir. Yemək bişirərkən istifadə olunan yağlar, souslar və yuyucu tozların qalıqları zamanla həmin məsamələrə dolur. Kənardan təmiz görünən qaşıq hər dəfə isti xörəklə təmasda olduqda həmin yığılan qalıqlar yenidən qazana qarışır.
Bu təmizlik üsulunu yoxlamaq üçün dərin qab, qaynar su və bir xörək qaşığı soda kifayət edir. Dərin qaba qaynar su doldurulur, içərisinə soda əlavə edilib qarışdırılır. Tam təmiz olduğuna əmin olduğunuz taxta qaşıq həmin suya qoyulur və beş dəqiqə gözlənilir. Saniyələr ərzində suyun rənginin necə bulandığını və səthə çıxan yağ təbəqəsini görmək olur.
Qaşıqlardan həm də hopmuş yemək qoxularını yox etmək üçün qarışığa yarım fincan ağ sirkə əlavə etmək faydalıdır. Sirkə taxtanın liflərinə qədər nüfuz edərək pis qoxuları aradan qaldırır və təbii dezinfeksiyaedici rolunu oynayır.
Belə dərin təmizliyi ayda bir dəfə təkrarlamaq kifayətdir. Qaşıqların çatlamasını önləmək və mikrob yığılmasını azaltmaq üçün bəzi qaydalara əməl edilməlidir. Taxta əşyaları qabyuyan maşına qoymaq olmaz. Yüksək temperatur və kimyəvi vasitələr taxtanı qurudur, çatların yaranmasına səbəb olur. Təmizlikdən sonra yaxşıca quruyan qaşıqları zeytun yağı ilə silmək onların məsamələrini qapadaraq qoruyucu təbəqə yaradır. Yuduqdan sonra onları günəş işığında qurutmaq mikrobların yaranmasının qarşısını alan ən təbii üsuldur.
Yəni mətbəxdə hər gün istifadə etdiyimiz taxta qaşıqlar kənardan təmiz görünsə də, içində çoxlu çirk və yağ yığılıb qalıb. Onları qaynar su, soda və sirkə qarışığında cəmi beş dəqiqə saxlamaqla tamamilə təmizləmək və təhlükəsiz vəziyyətə gətirmək mümkündür.
Aytən
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri