Icma.az
close
up
RU
Münasibətlərimiz dünyaya nümunədir

Münasibətlərimiz dünyaya nümunədir

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Samir Qocayev,

YAP Goranboy rayon təşkilatının sədri

Şanlı Zəfərimizin yaratdığı reallıqlar fonunda atılan addımlar sırasında 15 iyun 2021-ci il tarixdə imzalanan Şuşa Bəyannaməsi tariximizin mühüm hadisəsi kimi daim vurğulanır. Milli Qurtuluş Gününə təsadüf edən bu sənəd dərin köklərə malik olan, tarixin sınaqlarından şərəflə çıxan Azərbaycan və Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı bu Bəyannamə iki dost ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu. Şuşa Bəyannaməsində yer alan günümüzün aktual məsələləri sırasında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətlərini, eyni zamanda, media sahəsində əməkdaşlığı da xüsusi qeyd etməliyik. Azərbaycan-Türkiyə Media Platformasının yaradılması strateji qərar olmaqla hər iki dövlətin maraqları baxımından perspektivlərə hesablanıb.  Reallıq budur ki, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiası irəli sürməklə yanaşı, qardaş ölkəyə qondarma “erməni soyqırımı” məsələsi ilə çıxış edir. Türkiyə bu məsələnin həlli ilə bağlı tarixçilərdən ibarət Azərbaycan-Türkiyə birgə komissiyasının yaradılması və dünya arxivlərinin açılması təşəbbüsünü irəli sürsə də qarşı tərəf fakt qarşısında acizliyini dərk etdiyi üçün müxtəlif bəhanələrlə bu məsələdən yayındığını, bununla tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bəyan etməklə illərdir apardıqları təbliğatın  saxtalığını təsdiqləyir. Beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edərək dünyaya ədalət, beynəlxalq hüquq anlayışlarının mahiyyətini və mövcudluğunu  çatdıran iki qardaş ölkə həm diaspor təşkilatlarının birgə fəaliyyətini genişləndirməklə, həm də  yaratdıqları Media Platforması ilə həqiqətlərinin təbliğində uğurlara imza atırlar.  Şuşa Bəyannaməsində bu müdda əks olunub ki, tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcək və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcək. Ümumilikdə Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin bütün istiqamətlərdə təsdiqi və bu birliyin sarsılmazlığının, hər iki ölkənin daim bir-birinin yanında olmasının, bundan sonra da birgə addımlayacaqlarının Qarabağdan, Şuşadan verilən mesajıdır: Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə 28 May-Müstəqillik Günündə Laçından bu mesajı bir daha dünyaya çatdırdı ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri