Icma.az
close
up
RU
Münasibətlərimiz milli maraqlarımızdır

Münasibətlərimiz milli maraqlarımızdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri ənənəvi tarixi- mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin bütün çətin dövrlərində qarşılıqlı anlaşma, tolerantlıq mühitində birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdiribdir. Yəhudilik ölkəmizdə tarixən dağ yəhudiləri ilə təmsil olunub.
Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə bir sıra ölkələrdə müşahidə olunan antisemitizm təzahürlərinə yer olmayıb. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Qarabağ döyüşlərində neçə qəhrəman yəhudi oğulları canlarını bu Vətən yolunda sipər edib, şəhidlik zirvəsinə yüksəlib. Qarabağ müharibəsində ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edən, şəhid Milli Qəhrəmanımız Albert Aqarunov Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.
Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri İsrail olmuşdur. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib.
Bu gün beynəlxalq təşkilatlarda və xarici ölkələrdə Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyən ölkələrdən İsrailin fəallığı xüsusilə seşilir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda görüşləri zamanı yəhudi icmasının üzvləri ilə görüşləri, aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə səmərəli və yaddaqalan müzakirələri münasibətlərin inkişafına daha da güclü stimul verib. Dövlətimizin başçısı dəfələrlər Bakıda Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərlərini qəbul edib və bu cür görüşlər əlaqələrimizə impulslar veribdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ABŞ-a səfəri zamanı yəhidi icması, yəhudi milli təşkilatlarının və Amerika İsrail İctimai Əlaqələr Komitəsinin üzvləri ilə faydalı görüş və müzakirələri də əlaqələrin dinamikasına təhfə verib.
Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amillərdən biri yəhudi diasporunun Azərbaycanla bağlı fəaliyyətidir. Yəhudi lobbisi hər zaman beynəlxalq səviyyədə Azərbaycanın maraqlarını müdafiə edibdir. Erməni təxribatı sayəsində ABŞ konqresində qəbul olunmuş məlum “907-ci düzəliş”in dondurulmasında da Amerikanın yəhudi lobbisi də mühüm rol oynayıbdır. Əbəs yerə deyil ki, Azərbaycan ölkəmizdən İsrailə gedən yəhudiləri “Azərbaycan diasporu” adlandırır.
İsrail və Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq telləri təkcə ərəb–müsəlman dünyası üçün deyil, dünya ölkələrinin əksəriyyəti üçün də həqiqi modeldir. Respublikamızda Azərbaycan–İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi gentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər – iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir.
Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd isə Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Bütün bunlar tolerantlığın, birgəyaşayışın, insanpərvərliyin.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 İyun 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri