Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

“Münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır” Deputat

“Münasibətlərimizin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır” Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil, dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəzi yer tutduğunu nümayiş etdirən mühüm platforma oldu". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakı münasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarının qorunması fəlsəfəsinə əsaslandığını göstərdi. “Azərbaycan Prezidenti çıxışına Serbiyanın Dövlətçilik Günü münasibətilə təbriklə başlaması təsadüfi deyildi. O, dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanları xüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstün tutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma, əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelinin mövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışı deyil, milli iradənin təcəssümüdür. Prezident İlham Əliyevin Serbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi də diqqətçəkəndir. Dövlət başçısı Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsini islahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmə dolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi – güclü siyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış”. 

Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın Dövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan K.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasında tərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xətt olduğunu göstərir:

“Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarların icrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərin deklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgə bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunması prinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xarici siyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe iki ölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə, Belqraddakı görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətlərinin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isə siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenada müstəqil mövqenin əsas təminatıdır”.
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see290

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see286

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see269

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see265

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see241

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see232

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see219

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see217

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see216

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see215

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see211

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see209

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see201

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see196

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see187

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see179

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see174

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri