Icma.az
close
up
RU
Deputat: Konstitusiya və Suverenlik İlinin təməlində güclü dövlətçilik prinsipi dayanır

Deputat: Konstitusiya və Suverenlik İlinin təməlində güclü dövlətçilik prinsipi dayanır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Prezident İlham Əliyev ötən ilin son günlərində - 28 dekabr 2024-cü il tarixində daha bir  əhəmiyyətli Sərəncam imzaladı. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib. 

O bildirib ki, bu Sərəncam özündə ötən tarixi, eyni zamanda gələcəyi bir araya gətirən bir çox əhəmiyyətli məqamları ehtiva etməklə bərabər, müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin qorunması, möhkəmləndrilməsi baxımından olduqca dəyərlidir:

"Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan tam 30 il keçir. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olan ana qanunumuz məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində və birbaşa onun rəhbərliyi ilə hazırlandı. 

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi və bununla da ölkəmizdə genişmiqyaslı qanunvericilik aktlarının, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yarandı. 

Müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edildi. Dövlət hakimiyyət orqanlarının demokratik əsaslarla formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmləri, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapdı". 

Millət vəkili vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən  1996-cı ilin 1 noyabrında imzalanan Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir:

"Ulu Öndərin Azərbaycanda rəhbərliyi dövründə hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edildi.

Daha sonrakı illərdə isə bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirildi,  konstitusional prinsiplərin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirildi. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu və 2016-cı illərdə konstitusiyaya əlavə və dəyişikliklər edildi. Ana Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı".

Jalə Əliyeva xatırladıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərimizi  möhkəmləndirdi:

"Xalqımız artıq beşinci ildir xilaskar  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Cənab Prezident tərəfindən elan edilən "Konstitusiya  və Suverenlik İli"nin təməlində birmənalı olaraq güclü dövlətçilik prinsiplərimiz dayanır. 

"Konstitusiya və Suverenlik İli"nin məhz şanlı Zəfərimizin beşinci ildönümündə qeyd edilməsi hər birimiz üçün, hər bir Azərbaycanlı üçün ikiqat sevinc və qürur qaynağıdır".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri