Icma.az
close
up
RU
Münhen Təhlükəsizlik Konfransında nələr müzakirə olunacaq?

Münhen Təhlükəsizlik Konfransında nələr müzakirə olunacaq?

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya liderləri üç gün davam edəcək Münhen Təhlükəsizlik Konfransı üçün “Bayerischer Hof” Hotelində bir araya gələcək.

Rəsmi bəyanatlar və yüksəksəviyyəli müzakirələr gözlənilsə də, bəlkə də, Ukraynanın gələcəyi ilə bağlı ən mühüm danışıqlar konfransın kuluarlarında baş tutacaq.

Konfrans ərəfəsində müzakirə olunan əsas mövzulardan biri ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Bavariyanın paytaxtında çoxdan gözlənilən sülh planını təqdim edib-etməyəcəyidir.

Kelloq “The Associated Press”ə bildirib ki, Ağ ev mümkün danışıqların detalları üzərində işləyir: “Münhendən qayıtdıqdan sonra biz prezidentə mümkün variantları təqdim etmək istəyirik ki, o, sülh prosesinə birbaşa qoşulduqda qarşısında hansı perspektivlərin olduğunu dəqiq bilsin”.

Danışıqlar formalaşır

Avropalı bir diplomat AzadlıqRadiosuna bildirib ki, Münhendə “bir növ razılaşmanın ümumi konturları və ya ilkin çalarları” ortaya çıxa bilər. Bunun fonunda Ukrayna prezidenti Volodimir Zelenski və onun administrasiya rəhbəri Andriy Yermak K.Kelloq və ABŞ vitse-prezidenti Ceyms Devid Venslə görüşməyə hazırlaşır.

Danışıqlardan hansı nəticələrin çıxacağı hələ bəlli deyil, lakin diplomatlar arasında yayılan ehtimallara görə, münaqişənin müəyyən dərəcədə dondurulması gündəmdə ola bilər. Bu ssenariyə əsasən, Kiyev ən azı müvəqqəti olaraq bəzi ərazilərin itirilməsini qəbul edəcək və bunun əvəzində təhlükəsizlik zəmanətləri alacaq.

AzadlıqRadiosunun danışdığı NATO rəsmiləri Ukraynanın dərhal hərbi alyansa üzvlüyünü istisna etsələr də, Qərbin Kiyevə silah tədarükünü artırması daha real bir variant kimi qiymətləndirilir.

Kelloq daha əvvəl Ukraynada müəyyən bir mərhələdə seçkilərin keçirilməsi ehtimalından danışıb. Lakin Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət qüvvədə olduğu müddətcə bu, mümkün deyil.

Digər tərəfdən, Tramp son vaxtlar ABŞ-nin Ukraynanın nadir yeraltı mineral ehtiyatlarına çıxış əldə etməsi ehtimalını gündəmə gətirib. O, bunu Vaşinqtonun Kiyevə Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizədə göstərdiyi dəstək üçün xərclədiyi “yüz milyardlarla dollara kompensasiya” kimi əsaslandırıb.

R.Yozvyak qeyd edir ki, Kremlin Qərb rəsmiləri ilə razılaşma əldə etməyə nə dərəcədə həvəsli olacağı hələ də sual altındadır. Rusiya ABŞ ilə danışıqlara açıq olsa da, hazırda Moskva döyüşlərdə üstünlük əldə etmiş tərəf kimi qəbul olunduğu üçün Kremlin hər hansı bir mövzuda güzəştə getmək istəyi azala bilər.

Ukrayna ilə yanaşı, Münhendəki bir çox liderlər həm də Qəzzaya diqqət yetirəcək, çünki 15 fevral saat 12:00 HƏMAS-ın əsirlikdə saxladığı israilli girovların geri qaytarılması üçün son tarixdir – bu da konfransın ortasına təsadüf edir. Tramp əvvəlcədən xəbərdarlıq edib ki, əgər onlar azad edilməsə, ‘bütün razılaşmalar sona çatacaq və cəhənnəm qopacaq’.

AzadlıqRadiosunun redaktoru xatırladır ki, konfransdan bir həftə sonra keçiriləcək Almaniya parlament seçkiləri də maraqlı bir fon yaradacaq. Hazırkı mərkəz-sol partiyasının lideri kansler Olaf Şolts və onun ehtimal olunan xələfi, mərkəz-sağçı lider Fridrix Merts Bavariyada xarici liderlərlə görüşlərdə iştirak edəcəklər: “Onlar arasında bir-birinə qarşı seçki ilə bağlı ittihamlar olsa da, seçkisonrası ən ehtimal olunan nəticə iki partiya arasında böyük koalisiyanın qurulmasıdır”.

Seçkilərdə ikinci yeri tutması gözlənilən antimiqrant xəttə malik rusiyayönümlü “Almaniya üçün Alternativ” (AfD) partiyası, həmçinin oxşar mövqeyə sahib olan və ilk dəfə Bundestaqa daxil olması gözlənilən solçu populist Sara Vaqenknext İttifaqı Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb.

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Fevral 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri