Icma.az
close
up
RU
Münhen təhlükəsizlik konfransında biabırçı “Münhen sövdələşməsi” təkrar ola bilərmi?

Münhen təhlükəsizlik konfransında biabırçı “Münhen sövdələşməsi” təkrar ola bilərmi?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Vaşinqtondan gələn zəng Putini yalnız üç illik dünya təcridindən qurtarmadı, eyni zamanda Tramp Ukraynanın əvəzinə ağ bayraq qaldırıb, hələlik rəsmiləşməmiş “preventiv kapitulyasiya”nın proloqunu elan etmiş oldu. Təsadüfə bax ki, Münhen Təhlükəsizlik konfransına iki gün qalmış baş tutmuş bu telefon danışığı bəzi əlamətlərinə görə tarixə biabırçı “Münhen sövdələşməsi ”kimi düşmüş razılaşmanı  xatırladır. Bu sövdələşmədə Britaniya və Fransa guya müharibə təhlükəsini aradan qaldırmaq üçün “sülh naminə” Hitler Almaniyasının Çexiyanın Sudet vilayətini ələ keçirməsinə razılıq verir və sövdələşmədən sonra bir neçə ay ərzində Çexiyanın qalan əraziləri də Polşa, Macarıstan, Slovakiya tərəfindən qəsb edildi. Adı da bu oldu ki, müharibə olmaması üçün bu sövdələşməyə ehtiyac vardı. İndi də üç ildir davam edən Rusiya-Ukrayna müharibəsini “bir günə” bitirəcəyinə söz verən Tramp deyir ki, Ukrayna itirilmiş ərazilərlə barışmalı, hərb yolu ilə geri qaytarmamaq öhdəliyi götürməli, NATO-ya üzv olmamalı, Rusiya üzərindən sanksiyalar qaldırılmalıdır. Üstəlik, indiyədək ABŞ-nin etdiyi yardımların əvəzində Ukrayna nadir mineral ehtiyatlarını onlara verməlidir. Adama deyərlər ki, bu təslimçilik şərtlərini səsləndirmək üçün mütləq ABŞ-nin yeni prezidentinəmi ehtiyac vardı? Elə ilk gündə Ukrayna dövləti ağ bayraq qaldırıb, Putini arzuladığı kimi duz-çörəklə qarşılayar, Qərb ölkələri Zelenskini qaçırar ( müharibənin ilk həftəsində Zelenskiyə bu təkliflər edilmişdi), Rostovda sırasını gözləyən Yanukoviç, ya da Putinin dostu Medvedçuk dövlət başçısı təyin olunar, sonra da.., sonra da yəqin ki, Ukrayna Rusiyaya birləşdirilərdi. 

  Rusiya siyasiləri bu telefon danışığından sonra eyforiyadadırlar. Artıq 9 mayda faşizm üzərində qələbənin 80 illiyini ” Xüsusi Hərbi əməliyyat”la “denatsifikasiya”, “demilitarizasiya”edilmiş Ukrayna üzərində “qələbə” ilə birləşdirib Qırmızı meydanda Trampla birlikdə( Putin Trampın iştirak etməsini xüsusi vurğulayıb) qeyd etməyə hazırlaşırlar.

  Bu sətirlərin emosiya və təəssüf hissi ilə yazıldığını etiraf edirəm, amma baş verənlərə soyuqqanlı yanaşmaq da çətindir, baxmayaraq ki, siyasət həmişə soyuq başla təhlil olunmalıdır. Qeyd etdik ki, bu rəsmiləşməmiş “kapitulyasiyadır”. Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşməyi və Ukraynanın taleyini Ukrayna iştirak etmədən müzakirə etmək niyyətindədir. Amma, Münhen Təhlükəsizlik konfransında Trampın gözləmədiyi qərarlar qəbul oluna bilər. Avropa mediasının verdiyi xəbərə görə 12 vevralda Brüsselə ilk rəsmi səfərini edən ABŞ müdafiə naziri Pit Heqsetin gəlişini NATO-nun Avropa müttəfiqləri “əsəbi şəkildə” gözləyiblər. Heqsetin işğal edilmiş Ukrayna ərazilərinin qaytarılmasını və NATO-ya üzv olmasını “reallıqdan uzaq hədəf” kimi dəyərləndirəndən sonra Böyük Britaniyanın, Fransanın, Almaniyanın, İtaliyanın, İspaniyanın və Polşanın xarici işlər nazirləri Ukraynaya bundan sonra da hərbi və maliyyə dəstəklərini artıracaqlarını bəyan edərək Ukraynanın məğlub olmasının Avropanın strateji təhlükəsizliyinə ciddi zərbə vuracağını xüsusi vurğulamışlar. Ukrayna Avropanın bir parçasıdır və Avropanın danışıqlardan kənar qalması mümkün deyil. Zelenskinin Trampın Putinə zənginə verdiyi reaksiyası da təəssüflə doludur və hiss olunur ki, Trampın da 2025-ci ildə Ukraynada Putinin istəyilə ilə seçkilərin keçirilməsini dəstəklədiyinin fərqindədir. 

   Tramp Münhenə gəlməyəcək, amma Zelenski və Qərbi Avropa liderlərinin Trampın Ukrayna və NATO ilə bağlı təhlükəli qərarlar almağına imkan verməmək üçün birlik nümayiş etdirməsi olduqca zəruri xarakter alır. Trampın cavabı verilməlidir. Bu, eyni zamanda Putinə cavab olacaq. Bu, bizm region üçün də vacibdir. Ona görə ki, Putin Ukraynadakı qələbəsindən sonra növbəti hücumunu Güney Qafqaza yönəldəcək. Rusiya siyasi xadimləri onsuz da növbəti hədəfin bizim region olacağını tez-tez səsləndirirlər. İştah diş altındadır və Putinin məqsədi Baltikyanı respublikalar istisna olmaqla ( o da hələlik olaraq) qalan postsovet məkanını tam nəzarətə götürməkdir. 

  Tramp Panama kanalı, Qrenlandiya, Kanada, Meksika, hətta İran haqqında planlarına perspektivdə Rusiyadan dəstək almağı və Çini də neytrallaşdırmağı düşünür. Tramp ölkə daxili planları ilə ola bilsin ki, iqtisadi baxımdan ölkəsində vəziyyəti yaxşılaşdırsın, amma bu gedişlə beynəlxalq nüfuzunu itirmiş olacaq. Zamanında Marşall planı ilə Avropanı dirçəldən, Küveyti işğal edən Səddamdan azad edən, pis-yaxşı demokratiyaya dəstək verən, dost ölkələr qazanmaq üçün sərmayə qoyan və sairə xeyirxah işlər görən Amerika Birləşmiş Ştatları işğala dəstək verən bir dövlətə çevrilmək təhlükəsi qarşısındadır.  

 Amma, Trampın hakimiyyəti müvəqqətidir, üç ildən bir az artıq vaxtı var. ABŞ-nin özündə bu yanlış siyasətin hansı bəlalar gətirəcəyini indidən açıq danışanlar var. Belə davam edərsə, gələn il  Konqresə keçiriləcək seçkilərdə demokratlar üstünlük qazanarsa Senat prezidentin impiçment məsələsinə də baxa bilər.

  P.S. Alınan məlumata görə Trampın xarici siyasət komandasının bir neçə üzvü, o cümlədən Ukrayna və Rusiya üzrə xüsusi elçi Keyt Kelloq Münhendədir. Trampın mətbuata açıqlamasından məlum olur ki, bu gün Münhendə, növbəti həftə isə Səudiyyə Ərəbistanında ABŞ və Rusiyanın nümayəndə heyətləri danışıqlar aparacaq və əlavə edib ki, Ukrayna da bu danışıqlarda iştirak edəcək. 

İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri