Icma.az
close
up
RU
Müntəzəm avtobus marşrutlarında dayanıqlı və keyfiyyətli xidmət təşviq edilir

Müntəzəm avtobus marşrutlarında dayanıqlı və keyfiyyətli xidmət təşviq edilir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası” təsdiq edilib. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Cebheinfo.az"-a verilən məlumata görə, qayda Bakı, Sumqayıt, Naxçıvan və Xankəndi şəhərlərində, həmçinin Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli avtobuslarla, Gəncə şəhərində isə 1 yanvar 2025-ci il tarixindən sonra istehsal olunmuş dizel mühərrikli avtobuslarla həyata keçirilən müntəzəm sərnişin daşınmalarında subsidiyanın ödənilməsinə şərait yaradacaq.

Qeyd edək ki, qaydanın gediş haqqı tariflərinin tənzimlənməsi (o cümlədən artırılması) ilə bağlı əlaqəsi yoxdur. Yeni qaydaya müvafiq olaraq yuxarıda qeyd edilən tələblərə cavab verən daşıyıcılara dövlət tərəfindən sərnişin sayından asılı olmayaraq, qət edilmiş məsafəyə görə subsidiya ödəniləcək.

Yeni qaydanın tətbiqi nəticəsində ictimai nəqliyyatda islahatlar daha da sürətlənəcək və ictimai nəqliyyatı idarəetmə sistemində köklü dəyişiklik baş verəcək. O cümlədən: 

- daşıyıcıların maliyyə dayanıqlığı artacaq;

- rentabelli olmayan avtobus marşrutlarında dayanıqlı sərnişindaşıma fəaliyyəti göstəriləcək. (Məsələn, 

hazırda bir sıra yaşayış məntəqlərində sərnişin sayı az olduğundan daşıyıcılar həmin ərazilərdə xidmət göstərməkdə maraqlı deyillər. Yeni qaydalar isə bu xətləri daşıyıcılar üçün cəlbedici edəcək və əlçatanlıq artacaq);

- rentabelli olmayan marşrutlarda daha müasir və ekoloji təmiz avtobusların istismarı üçün şərait yaradılacaq;

- sərnişin sayından asılı olmayaraq daşıyıcılar müəyyən edilmiş qrafik üzrə keyfiyyətli xidmət göstərməkdə maraqlı olacaqlar.

Yeni qaydaların daşımlara verdiyi ən böyük töhfə isə “çox məsafə qət et, çox qazan” prinsipidir. Buna görə də daşıyıcılar keyfiyyətli xidmət göstərilməsində maraqlı olacaqlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri