Icma.az
close
up
RU
Bu müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bu müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 37 sayda avtobus marşrutunu müsabiqəyə çıxarır. 

Moderator.az AYNA-ya istinadən xəbər verir ki, bunlar Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və əks istiqamətə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı), eləcə də paytaxtın 146, 182 və 206 nömrəli şəhərətrafı avtobus marşrutlarıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 14 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Zaqatala, Bakı-Balakən, Bakı-Qax, Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Göyçay, Bakı-İmişli, Bakı-Cəlilabad istiqamətlərində 10 lot üzrə oktyabrın 21-də;

Bakı-Cəlilabad, Mingəçevir-Qazax, Mingəçevir-Tərtər, Şəki-Mingəçevir, Bərdə-İsmayıllı, Gəncə-Qazax və Qazax-Gəncə istiqamətlərində 10 lot üzrə oktyabrın 24-də;

Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Bakı-Ağdam, Sumqayıt-Laçın, Beyləqan-Xankəndi, Ağcabədi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı istiqamətlərində 9 lot üzrə oktyabrın 28-də;

Aşağı Ağasıbəyli (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Alıuşağı (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Burunqovaq (Samux) - Gəncə (Dəmiryolu vağzalı), Düzqışlaq (Şəmkir stansiyası) - Gəncə (avtovağzal), Qaraarx (Samux) - Gəncə (Dəmiryolu vağzalı) istiqamətlərində 5 lot üzrə oktyabrın 31-də;

paytaxtın 206 nömrəli ("Elmlər Akademiyası" metrostansiyası - Lökbatan qəsəbəsi), 182 nömrəli (Binə qəsəbəsi - Mərdəkan qəsəbəsi) və 146 nömrəli (Yeni Suraxanı qəsəbəsi – Şüvəlan qəsəbəsi) şəhərətrafı avtobus marşrutları üzrə 3 lotda noyabrın 4-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri