Müqəddəs Taxt Tac: Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, pontifik dərman müalicəsini davam etdirir və mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçir, mexaniki ventilyasiya maskasına ehtiyac duymur. Analizlər nəfəsalma və səs baxımından bir qədər yaxşılaşma olduğunu göstərir.
“Son günlər aparılmış qan analizləri isə infeksion göstəricilərdə cüzi yaxşılaşmanın olduğunu nümayiş etdirir. Ağciyər infeksiyası hələ də qalır, lakin hazırda bir qədər yaxşılaşma müşahidə olunur”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. Roma Papası xəstəxanada 38 gün qaldıqdan sonra martın 23-də evə buraxılmışdı.
Baxış sayı:91
Bu xəbər 05 Aprel 2025 06:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















