Müraciət edib imtahana gəlmirlər: 500 600 min manat zərər edilir
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
“2025-ci ildə müəllimlərin işə qəbulu imtahanlarına müraciət edənlərin 33 faizi ilk dəfə, 66 faizi təkrar müraciət edənlərdir. İmtahanlara təkrar müraciət edənlərin əksəriyyəti, təxminən 30 faizi imtahana gəlmir. Bu da müəyyən bir problem yaradır”.
Ölkə.Az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, MİQ-ə dövlət müəyyən vəsait ayırır: “Biz ildə təxminən müəllimlərin işə qəbulu imtahanlarına 2,5-3 milyon manat vəsait ayırırıq. Onlar imtahana gəlmədiyi üçün bunlara sərf olunan xərclər əsasız xərclər hesab edilir. Bu təqribən 500-600 min manat civarındadır. Bu məbləğə təxminən 200 tələbənin təhsil haqqı xərclərini ödəyə bilərik. Düşünürük ki, təkrar müraciət edib müsabiqədə iştirak etmək istəyənlərin məsuliyyəti artacaq”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 24 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















