Icma.az
close
up
RU
Murad Mirzəyev: Rayonlarda xüsusi sağlamlıq mərkəzləri qurulacaq

Murad Mirzəyev: Rayonlarda xüsusi sağlamlıq mərkəzləri qurulacaq

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Bakıda keçirilən "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda TƏBİB-in strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev söyləyib. O bildirib ki, bu çərçivədə xəstəxanaların infrastrukturu yaxşılaşdırılıb, maddi-texniki baza gücləndirilib, ixtisaslı kadr potensialı artırılıb.
"Hazırda xəstəxanalarımızda vətəndaşlarımıza xidmət göstərmək üçün yüksək imkanlar mövcuddur. Növbəti mərhələdə isə hədəfimiz əcnəbi pasientlərə də xidmət göstərməkdir. Bu işlə əlaqədar TƏBİB və DTA birgə strategiya hazırlayıb", – Murad Mirzəyev bildirib.
O diqqətə çatdırıb ki, tədbirlər planı çərçivəsində 2026-cı ilin martında Azərbaycana hədəf ölkələrdən sağlamlıq turizmi üzrə mütəxəssislər dəvət olunacaqlar:
"Onlara ölkəmizdəki xəstəxanaların imkanları təqdim ediləcək. Beləliklə, sağlamlıq turizmi imkanlarımızı öz vətənlərində yayacaq, əcnəbi pasientlərin Azərbaycana gəlişinə maraq oyadacaqlar".
Departament rəhbəri həyati əhəmiyyətli sağlamlıq mərkəzlərinin yalnız paytaxt Bakıda yox, rayonlarda da ərsəyə gətirildiyini vurğulayıb:
"Hazırda Şirvan, Lənkəran və Şəki rayonlarında ürək-sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Bu çərçivədə qarşımıza məqsəd qoyduğumuz işlərin təqribən 70%-i həyata keçirilib, xəstəxanaların infrastrukturu yenilənib. Eyni zamanda, Lənkəranda uroloji, Qubada travmatoloji sağlamlıq mərkəzləri açılıb. Bu sahədə vətəndaşlarımızın ehtiyacları əsasında işlərimiz davam etdirilir. Bu yaxında Şuşada da sağlamlıq mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə təbii müalicə üsullarına əsaslanan sağlamlıq turizmi üçün infrastrukturun qurulmasına xüsusi diqqət ayrılıb".
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:17
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see312

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see286

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see206

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see204

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see191

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see160

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see153

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see146

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see146

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see142

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see132

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see132

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see130

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see130

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri