Icma.az
close
up
RU
Murad Mirzəyev anılıb

Murad Mirzəyev anılıb

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Qəhrəmanın xatirəsi yad edilib

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad Rayon Mədəniyyət Mərkəzində rayonun Muğangəncəli kəndindən olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsidən AYNA.AZ-a verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, yerli idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım mərasimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Milli Qəhrəman Murad Mirzəyevin şərəfli həyat və döyüş yolundan geniş bəhs edərək onun göstərdiyi igidlik və qəhrəmanlığın gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov çıxış edərək vurğulayıb ki, Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsi hər zaman uca tutulur, onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayır.

Tədbir çərçivəsində Murad Mirzəyevin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş “Tarixin səhifələri” adlı kitabın təqdimatı keçirilib.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Müləmail Murad çıxış edərək Aprel döyüşlərində göstərilən qəhrəmanlıqlardan danışıb, kitabın ərsəyə gəlmə məqsədi və məzmunu barədə ətraflı məlumat verib.

Milli Qəhrəmanın atası Telman Mirzəyev çıxış edərək oğlunun xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.

Anım mərasimi çərçivəsində Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən “Komandir” sənədli filmi nümayiş olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Aprel 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri