Musa Quliyev: Dəyişikliklərin qəbul olunması peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, bu məsələ ilə bağlı müraciətlər olurdu:
"Xüsusilə, sertifikasiya imtahanları, onların nəticələri barədə müsbət qərar qəbul olunmadığı halda işçinin əmək fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi açıq qalırdı. Çox zaman tibb işçilərinin haqlı narazılıqlarına səbəb olurdu. Bunlar vacib dəyişikliklərdir".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 29 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















