Icma.az
close
up
RU
Musa “şirlər”in xal ümidini “dəfn etdi”

Musa “şirlər”in xal ümidini “dəfn etdi”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şamaxı – Qarabağ (Ağdam) 0:1 (0:0)
1. Rikardo Fernandes – 6,0
17. Rafael Məhərrəmli – 5,0
5. Arsen Ağcabəyov – 5,5
6. Rauf Rüstəmli – 5,5
82. Rüfət Abbasov – 5,5
24. Edqar Adilxanov – 6,5
(60. Səbayıl Bağırov, 81) – qiymətsiz
32. Vasiliye Radenoviç – 6,0
20. Leroy Mikels (k) – 6,5
(19. Fəxri Məmmədli, 90+2) - qiymətsiz
93. Brahim Konate – 6,0
9. Belajdi Pusi – 6,0
(11. Conatan Benteke, 87) – qiymətsiz
66. Vasiliye Bakiç – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
10. Emin Zamanov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
22. Qurban Səfərov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Leroy Mikels
1. Şahrudin Məhəmmədəliyev – 5,5
20. Riçard Almeyda (k) – 5,5
30. Abbas Hüseynov – 6,0
(29. Marko Veşoviç, 80) – qiymətsiz
44. Elvin Cəfərquliyev - 5,5
(27. Toral Bayramov, 65) - 5,5
10. Abdulla Zubir - 6,5
8. Marko Yankoviç – 6,0
2. Mateus Silva - 5,0
6. Julio Romao – 5,0
(7. Yassin Benzya, 65) - 5,5
19. Redon Cica – 6,0
(22. Musa Qurbanlı, 65) – 6,0
15. Leandro Andrade - 6,5
21. Aleksey Kaşuk – 6,0
(90. Nəriman Axundzadə, 80) – qiymətsiz
Ehtiyat oyunçular
99. Mateus Koxalski
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
66. Patrik Andrade
18. Olavio Juninyo
11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qol: M.Qurbanlı, 90+4 (M.Veşoviç).
Vərəqələr: J.Romao, 62 (qeyri-idman hərəkəti). A.Ağcabəyov, 77 (qeyri-idman hərəkəti). N.Axundzadə, 90+4 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
19 dekabr. Şamaxı. Şəhər stadionu, 1200 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1 dəqiqə, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Heç şübhəsiz, bu oyunun favoriti “Qarabağ” idi. Hava şəraiti o qədər əlverişli olmasa da, bu məqam oyunun axarına təsir göstərmədi. İlk hücum 3-cü dəqiqədə qonaqlardan gəldi. Zubir ustalıqla cərimə meydançasına qədər gətirdiyi topu Cicaya ötürüb geri alandan sonra qapıya göndərməyə çalışsa da, Konate onun fərqlənməsinə imkan vermədi. 6-cı dəqiqədə isə Abbasın erkən qola çevirməsinə dirək mane mane oldu. 6 dəqiqə sonra Cicanın cərimə zərbəsindən vurduğu top da qapının üstündən keçdi. 28-ci dəqiqədə Riçard cərimə meydançasında olan Zubirə dəqiq ötürmə versə də, o çox da qüvvətli olmayan zərbə ilə qapıya yol tapa bilmədi. 39-cu dəqiqədə Abdullanın fərqlənmək istəyinin qarşısını Ağcabəyov aldı. Meydan sahibləri ilk yarıda əsasən müdafiə olunmaqla məşğul idi.
İkinci hissə də “köhlən atlar”ın hücumları ilə start götürdü. 47-ci dəqiqədə Kaşukun zərbəsi qeyri-dəqiq oldu. 51-ci dəqiqədə də ukraynalı oxşar epizodda Abbasdan aldığı topu qapıya göndərərkən top Radenoviçə dəyərək meydanı tərk etdi. 54-cü dəqiqədə, nəhayət, şamaxılılar rəqib qapısı önündə təhlükəli vəziyyət yaratdılar. Mikelsin cərimə zərbəsindən gələn topu qapıya göndərmək cəhdinə tir mane oldu. Hərçənd çox gözəl qol alına bilərdi... Şamaxılılar 70-ci dəqiqədə rəqib qapısına yol tapdı. Mikelsdən ötürmə alan Adilxanov Şahruddiinlə üzbəüz qalaraq topu qapıdan keçirə bildi. Lakin VAR-dan gələn cavaba görə oyundankənar vəziyyət səbəbindən Edqarın qolu qeydə alınmadı. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində davam etdi. Həqiqət anı uzatma dəqiqələrində yetişdi. Veşoviçin sağ cinahdan qapı önünə asması zamanı müdafiəçiləri qabaqlayan Musa Qurbanlı hesabı açmaqla həm də yerli azarkeşləri dərin kədərə qərq etdi.
Gözdən qaçmadı
* Şahruddin Məhəmmədəliyev zədədən qayıdandan sonra ilk çempionat matçına çıxdı.
* “Qarabağ”ı “Qarabağ Ordu” və “İmarət” fanklubları dəstəklənsə də, meydan sahiblərinə yalnız yerli camaat dəstək verdi.
* Final fitindən sonra Nəriman Axundzadə referi Rəşad Əhmədovu qucaqladı.
* Final fitindən sonra Veşoviç Radenoviçə formasını bağışladı.
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri