Icma.az
close
up
RU
Martins Zirə ni şirlər in pəncəsindən aldı

Martins Zirə ni şirlər in pəncəsindən aldı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Zirə - Şamaxı 2:1 (0:1)
97. Tyaqo Silva - 5,5
20. İssa Cibrila - 5,5
(30. Rikardo Martins, 90) - qiymətsiz
4. Ruan Renato - 5,0
5. Ange Mutsinzi - 5,5
32. Qismət Alıyev (k) - 6,0
93. Brahim Konate - 5,5
8. İsmayıl İbrahimli - 5,0
(70. Namik Ələskərov, 66) - 6,0
28. Leroy Mikels - 5,0
(11. Junior Martins, 39) - 6,5
17. Ayron Qomis - 5,0
29. Ceyhun Nuriyev - 5,5
(77. Yeqor Boqomolski, 66) - 5,0
9. Davit Volkov - 5,5
(25. Enrike Kustodio, 90) - qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
14. Elçin Əlicanov
26. Stefan Aka
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Junior Martins
1. Rikardo Fernandes - 5,5
4. Sezar Enrike - 5,0
44. David Santos - 5,0
5. Arsen Ağcabəyov - 6,0
82. Rüfət Abbasov - 5,0
13. Rikardo Apolinario - 5,5
(6. Antonio Lara, 90+1) - qiymətsiz
8. Alfons Msanqa - 5,5
(77. Nihat Mehralıyev, 90+1) - qiymətsiz
17. Rafael Məhərrəmli (k) - 5,0
10. Andrey Tırkovyanu - 4,5
(97. Oruc Məmmədov, 46) - 5,5
11. Dioqo Balau - 5,5
(27. Emil Süleymanov, 75) - 5,5
9. Karim Rossi - 6,5
(19. Abdullahi Şuaybu, 85) - qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
14. Ravil Qafarov
24. Sənan Muradlı
3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Karim Rossi
Qollar: K.Rossi, 25 (0:1, A.Ağcabəyov). J.Martins, 83 (1:1, N.Ələskərov). J.Martins, 87 (2:1, Q.Alıyev).
Vərəqələr: A.Qomis, 62 (qeyri-idman hərəkəti). A.Msanqa, 67 (qeyri-idman hərəkəti). A.Ağcabəyov, 77 (qeyri-idman hərəkəti). J.Martins, 83 (qeyri-idman hərəkəti). K.Rossi, 84 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
19 sentyabr. Zirə. İdman Kompleksinin stadionu. 650 tamaşaçı (1500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Matçın favoriti rəqibi, demək olar ki, bütün keyfiyyətlərdə üstələyən "Zirə" idi. Matçın "qartallar"ın meydanında keçirilməsi onların bu yöndəki şanslarını bir qədər də artırırdı. Ancaq məhz Ayxan Abbasovlu "Şamaxı"nın əzmkarlıq, döyüşkənlik və ən kiçik fürsətləri belə maksimum dəyərləndirmək kimi özəlliklərini görməzdən gəlmək, yumşaq dildə desək, "şirlər"ə münasibətdə haqsızlıq olar.

Hər halda, onlar məhz bu keyfiyyətlər sayəsində meydan sahiblərinin ilk təhlükəli hücumunu zərərsizləşdirə bildi. Dəqiq desək, 3-cü dəqiqədə Cibrillanın sağ cinahdan cərimə meydançasına göndərdiyi top Volkovun “sürüşmə” fəndiylə toxunuşundan sonra tora qovuşmasa da, meydanda qaldı. Belədə "şirlər"in müdafiəçilərinin məsuliyyəti birəbeş artdı ki, Rüfət topu uzaqlaşdıra bildi. Arxayınlıqla mübarizənin hesabın açıldığı ana qədər meydanın mərkəzində davam etdiyini, həmçinin qayda pozuntularının və topun yan xətdən meydanı tərk etməsinin çoxluğu üzündən tez-tez fasilələrin yarandığını deyə bilərdik. Qola gəlincə, rəqibini məyus edən tərəf "Şamaxı" oldu. 25-ci dəqiqədə Arsen Renatonun Mikelsə çatdırmaq istədiyi topu ələ keçirərək Rossiyə çatdırdı. İsveçrəli mərkəz hücumçusu bəxtini təxminən 25 metr məsafədən sınamaq qərarına gəldi və məqsədinə çatdı. Əlbəttə, burda topun Renatoya toxunaraq istiqamətini dəyişdiyini və Silvanın işini bir qədər də çətinləşdirdiyini vurğulamalıyıq. Əlbəttə, bundan sonra "Zirə"nin daha fəal çıxış etməyə çalışdığını gördük. Ancaq "Şamaxı"nın müdafiə xətti nəinki təhlükəni sovuşdurmaq üçün səy göstərir, təhlükənin yaranmasına imkan verməməkdən ötrü əlindən gələni edirdi. Hələ onu demirik ki, Mikelsin 37-ci dəqiqədə zədələnərək meydanı tərk etməsi, əvəzində Martinsin mübarizəyə qoşulması qəsəbə təmsilçisinin ilk yarıdakı hücumlarını bir qədər də ləngitdi. Amma kim bilə bilərdi ki... Hər halda, "Zirə"nin fasiləyə geridə yollannası qaçılmaz oldu.
İkinci hissədə ilk təhlükəli vəziyyəti "Şamaxı" yaratdı. 54-cü dəqiqədə Rossi dubla imza atmağa yaxın idi, amma başla zərbəsi qeyri-dəqiq alındı. "Şirlər"in 64-cü dəqiqədə qazandığı fürsət isə Renatonun ayıq-sayığlığı sayəsində zərərsizləşdirildi. Braziliyalı Orucun topu boş qapıdan keçirməsinə kritik müdaxiləylə mane oldu. Halbuki "Şamaxı"nın gənc futbolçusu məhz Renatoyla Mutsinzini cəld keçidlə aldadıb bəxtini sınamağa cəhd etmişdi. Sadəcə, onun ilk zərbəsi Silvaya tuş gəldiyindən müvazinətini itirdi... O başqa məsələ ki, qonaqlar sona qədər duruş gətirə bilmədi. Dəqiq desək, 84-cü dəqiqədə Martins Namikin uzaqdan ötürməsini qolla tamamladı. "Zirə"nin qələbə qolu axtarışı da uzun sürmədi. Qəsəbə təmsilçisi 87-ci dəqiqədə Martinsin dublu sayəsində hesabda önə keçdi. Braziliyalı bu dəfə Qismətin ötürdüyü topu başla tora qovuşdurdu. Beləliklə, "qartallar" "şirlər" üzərində əzmkar qələbə qazanaraq liderliyə yüksəldi. "Şamaxı" isə üzülməkdə haqlıdı. Hər halda, son dəqiqələrdə ardıcıl qollar buraxmaq uzun müddət davam edən mübarizəyə yaraşmadı...
Gözdən qaçmadı
// Rəşad Sadıqov, 90+4-cü dəqiqədə texniki zona qaydalarını pozduğuna görə sarı vərəqə aldı.
// "Qartallar" fanklubu son ana qədər komandanı qələbəyə səslədi və sonda qələbəni futbolçularla birgə qeyd etdi. "Şamaxı" isə səfərdə dəstəksiz qalmışdı desək, yanılmarıq.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri