Icma.az
close
up
RU
Müsabiqələr ədalətsizdir, jüri üzgörənlik edir...

Müsabiqələr ədalətsizdir, jüri üzgörənlik edir...

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Etimad Başkeçid

Azərbaycanda, demək olar, bütün ədəbi mükafatların iflasa uğramasının yalnız bir səbəbi var: müsabiqəni ədalətli təşkil edə bilmirlər.

Bizdə ümumiyyətlə, müsabiqə mədəniyyəti formalaşmayıb. İndiyədək təşkil edilən bütün müsabiqələrin aqibəti bunu göstərir. Hər dəfə postfaktum məlum olur ki, komissiya üzvləri bu və ya digər şəkildə üzgörənlik eləyib.

Bir dəfə tamahsınıb, Mədəniyyət Nazirliyinin keçirdiyi tərcümə müsabiqəsinə əsər təqdim eləmişdim. Orda komissiya üzvlərindən birinin, konkret olaraq, məni sıradan çıxarmaq üçün necə hoqqalar verdiyini öyrənəndə əlim üzümdə qalmışdı. Özü də ədalətsizcəsinə və mənim tərcümələrimin keyfiyyətini bilə-bilə! Bu adam təkbaşına bütün digər komissiya üzvlərinin üzünü yenməyi bacarmışdı.

İnsanlar müsabiqə komissiyalarına inanmır, bu böyük problemdir. Komissiyalar da insanların ən pis təxminlərini və gümanlarını doğrultmaq üçün hər şey edirlər. Ağzıbütöv, sözübütöv, ədəbiyyatdan, sənətdən başı çıxan, qərəzsiz, vicdanlı bir neçə adam tapmaq nə çətin işdir axı? Niyə eyni adam(lar) ölkədə təşkil edilən bütün komissiyaların içindən zühur eləyir?

Əziz dostlar, gözəl insanlar, ədalətli ədəbiyyat müsabiqəsi təşkil etmək çətin deyil. Bizim şəraitdə nə qədər inanılmaz görsənsə də!

Əvvəla, müsabiqənin məqsədi və hədəfi müəyyənləşməlidir: bu müsabiqə nə üçün keçirilir? Biz yeni müəlliflər, təzə imzalar üzə çıxarmaq istəyirik, yoxsa hansısa janrı populyarlaşdırmaq məqsədi güdürük? Müsabiqəni kimlər üçün keçiririk: yeni yazmağa başlayan müəlliflər, yeniyetmələr, professionallar və s.? Hansı janrlardan söhbət gedir: nəsr, poeziya, fentezi, qarışıq janr? Bu detallar müəyyənləşməsə, dəyərləndirmələrdə böyük bir hərc-mərclik yaranır. Həmişə olduğu kimi.

Bütün bunlar ona görə lazımdır ki, müəlliflər kriteriyaları bilsin; jüri isə öz yanaşmasını formalaşdırsın.

Başqa bir məqam: müəlliflərin anonimliyi gözlənilməli və təmin olunmalıdır. Burada ədalət prinsipinin ən əsas elementi budur: müəlliflər mətni imzasız göndərir; təşkilatçı mətnləri nömrələyir; jüri yalnız kodlaşmış, imzasız mətnə işləyir.

Beləcə, şəxsi simpatiyalar, tanınmışlıq, filan kimi elementlər ortadan qalxmış olur.

Daha bir məqam: dəyərləndirmələrin mümkün qədər dəqiq kriteriyaları müəyyənləşməlidir: məsələn, dilin ifadəliliyi, süjet və kompozisiyanın məntiqi, dinamikası, ideyanın orijinallığı və s. kimi məsələlərin hər biri üzrə 1-dən 10-a qədər ballar qoyula bilər.

Komissiya üzvlərinin hər biri mətni ayrıca oxumalıdır, bir yerə toplaşıb “gəlin bunu belə eləyək, onu elə eləyək” deyə hərə öz namizədini sırımağa çalışmamalıdır.

Birmənalı olaraq, artıq dərc olunmuş əsərlər müsabiqədə iştirak etməməlidir! Hər hansı manipulyasiyaya yiol verilməməsi üçün. Ən əsası, barıt quru olmalıdır – bir işi həvalə etdiyiniz adamların, jüri üzvlərinin möcüzəvi şəkildə qərəzsiz olması, qaydalara adam balası kimi doğru-dürüst riayət eləməsi nəzərdə tutulur. Bunsuz heç başlamağa dəyməz. Onsuz da, zaman keçir, əvvəl-axır hər şey hər kəsə bəlli olur!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri