Icma.az
close
up
RU
Müsabiqənin müsahibə mərhələsi davam edir...

Müsabiqənin müsahibə mərhələsi davam edir...

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ilin oktyabr-noyabr aylarında direktorların işə qəbulu üzrə müsabiqənin ərizə qəbulu mərhələsi olub. Müsabiqəyə ümumilikdə 3036 nəfər müraciət edib. Onların arasında müsabiqə qaydalarına uyğun, habelə ixtisas bilikləri imtahanından uğurla keçmiş ümumilikdə 975 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müsahibə mərhələsinə namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət edilir. Ardıcıllıqlar namizədin müraciət etdiyi təhsil müəssisəsinin şagird sayından asılı olaraq dəyişir. Namizədlərin liderlik və strateji idarəetmə bacarıqları, pedaqoji və tədris bacarıqları, idarəçilik və təşkilatçılıq bacarıqları, ünsiyyət və əlaqə bacarıqları, problemlərin həlli və qərarvermə bacarıqları, rəqəmsal və texnoloji bacarıqları, sosial və emosional bacarıqları daxil olmaqla ümumilikdə 7 meyar üzrə bacarıqları müvafiq komissiya üzvləri tərəfindən qiymətləndirilir. Komissiyyaların rəyinə əsasən direktor vəzifəsinə uyğun olan namizədlər ardıcıllığa müvafiq olaraq iddia etdikləri təhsil müəssisələrinə təyin ediləcəklər.

Şagird sayı 501-dən çox olan müəssisələrə, eləcə də lisey, gimnaziya, internat tipli lisey və internat tipli gimnaziyalar üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı aşağıdakı kimidir:

- Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktorlar, vakansiyanın mövcud olduğu müəssisədə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

- Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

- Vakansiyanın mövcud olduğu müəssisələrdə çalışan müəllimlər;

- Vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

- Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

- Müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Şagird sayı 500-dək olan müəssisələr üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı isə aşağıdakı formadadır:

- Vakansiyanın mövcud olduğu təhsil müəssisəsində çalışan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar və müəllimlər;

- Vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

- Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

- Vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

- Vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

- Müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan namizədlərin vakant müəssisələrə təyin edilməsinin də yuxarıdakı ardıcıllığa müvafiq olaraq keçirilməsini nəzərə alaraq bütün vakansiyalar üzrə yuxarıda göstərilən mərhələlərin hər birinin keçirilməsi zəruri deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri