“Müsahibəmi sildiriblər”: Mehriban Xanlarova od püskürdü
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı Kulis.az saytına verdiyi açıqlamanın silindiyini bildirib. Aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edərək müsahibəsinin saytdan çıxarılmasına etiraz edib.
"Azdrama ilə bağlı Kulis.az saytına verdiyim müsahibənin bəzi şəxsləri narahat etməsi səbəbindən həmin saytdan silindiyini öyrəndim. Bir məsələni unudurlar ki, internetdə yayılan hər hansı bir məlumatın qarşısını almaq qeyri-mümkündür! Dərc olunan digər saytlardan necə silinəcək? Verdiyim müsahibənin qarşısını almaq isə mənim haqlı olduğumun ən bariz sübutudur!" – deyə o bildirib.
Xanlarova Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı hüququnun olduğunu vurğulayıb:
"Mən demokratik bir ölkənin vətəndaşı olaraq söz azadlığı hüququma müdaxiləni qəbul etmirəm! Heç kim mənim ifadə azadlığıma məhdudiyyət qoya bilməz!"
Qeyd edək ki, Mehriban Xanlarova bundan əvvəl Akademik Milli Dram Teatrında baş verən bəzi hadisələrlə bağlı açıqlamalar vermişdi.
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Mart 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















