Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Bir neçə gün əvvəl Müsavat Partiyasının Azərbaycan hökuməti ilə dostcasına razılaşması barədə məlumat yaymışdıq.
Gununsesi.info-ya Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilən məlumatda bildirilirdi ki, tərəflər arasında razılaşma nəticəsində Müsavat Partiyasının Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayəti araşdırılan işlər siyahısından çıxarılıb.
Qeyd edək ki, Müsavat Partiyası Avropa Məhkəməsinə sərbəst toplaşmaq azadlığının pozulması və bu barədə şikayətlərin Azərbaycan məhkəmələrində araşdırılmaması ilə əlaqədar müraciət etmişdi.
Məlumata əsasən, partiya hər iki şikayətdə göstərilən faktlarla bağlı Azərbaycana qarşı yenidən tələb irəli sürməyəcək. Hökumət isə hər şikayət üzrə partiyaya dəymiş ziyana görə 1200 avro, məhkəmə xərclərinə görə isə 250 avro olmaqla, ümumilikdə 2900 avro ödəmək öhdəliyi götürüb.
Məsələ ilə bağlı Müsavat Partiyasından sorğumuza cavab verilib.
Belə ki, verilən məlumata əsasən, Müsavat Partiyası hökumətlə hər hansı bir danışıq aparmayıb və razılaşma imzalamayıb:
“Azərbaycanda sərbəst toplaşma azadlığının pozulması ilə əlaqədar partiyanın verdiyi iki şikayətin siyahıdan çıxarılması barədə qərar Avropa Məhkəməsi ilə vəkil arasında aparılan kommunikasiyanın nəticəsində qəbul olunub. Azərbaycan hakimiyyəti təzminat ödəməyə razılıq verməklə, ölkədə sərbəst toplaşma azadlığının pozulduğunu dolayısı ilə etiraf edib. Müsavat Partiyası Azərbaycanda sərbəst toplaşma azadlığı da daxil olmaqla, bütün insan hüquq və azadlıqlarının təmin olunması uğrunda mübarizəsini bundan sonra da davam etdirəcək”,– deyə həmçinin qeyd edilib.
Elmar
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 16 İyun 2026 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















