Icma.az
close
up
RU
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ

Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Milli Məclisin I, II, III, IV və VI çağırışlarının deputatı Sabir Rüstəmxanlı Modern.az-a geniş müsahibə verib. O, müsahibəsində köhnə dostu - Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gileylənib və incidiyini vurğulayıb:

“İsa Qəmbərin hərəkətləri məni heyrətləndirdi. Biz hələ hərəkatdan əvvəl uzun müddət dost olmuşuq. Amma parlament seçkisində kimliyini bildiyi birini deyil, özünü normal aparmayan, sonda da əsl üzü açılan Vəfa Nağını müdafiə etdi. Ona Müsavat Partiyasında mətbuat konfransı üçün yer verdi. Mən elə şey etməzdim. İsa Qəmbəri müdafiə edərdim, axı ailəsini də, özünü də tanıyıram. Heç vaxt digər alternativlərə yer verməzdim. Bu mənim prinsiplərimə uyğun gəlməzdi. Görünür bunlar həddindən artıq demokratdır. İncimişəm və bu incikliyi gizlətmirəm. Ola bilsin haradasa səhv etmişəm, gəlib dostcasına, yoldaşcasına demək olar ki, belə olmaz, elə olar. Amma bunlar erməni tərəfdarlarına salonlarını açdılar. Müsavat Azərbaycan tarixində önəmli partiya idi. Orada Rəsulzadə var idi”. 

Modern.az Sabir Rüstəmxanlının firadları ilə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbərin mövqeyini öyrənmək istəyib. Lakin onunla əlaqə saxlamaq mümkün olmayıb.

Buna görə də onun müavini ilə əlaqə saxlamalı olduq.

Saytımıza açıqlamasında İsa Qəmbərin müavini Gülağa Aslanlı bildirib ki, Müsavat Partiyası seçki zamanı rəsmən hansısa namizədi dəstəkləməklə bağlı qərar verməyib:

“Əvvəla biz partiya olaraq, rəsmi şəkildə hansısa namizədi dətəkləmək barədə heç bir qərar verməmişik. Sadəcə olaraq, seçki kampaniyasında iştirak edən onlarla adama öz etirazlarını bildirmək üçün qərargahımızda yer vermişik. Burada onlar öz işlərini görə mətbuat konfransı keçirə bilərdilər. Bu, hər hansı rəsmi dəstək anlamına gəlmir”.

G.Aslanlı bildirib ki, Sabir Rüstəmxanlı uzun illər deputat olub və daha parlamentə seçilmək istəmədiyini deyirsə, niyə ailə üzvünün Milli Məclisə düşməsinə çalışıb: "Bu çoxmu vacib idi?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri