Icma.az
close
up
RU
Müsavatçı, nacins, qəddar xalq düşmənləri... Mirzə İbrahimov

Müsavatçı, nacins, qəddar xalq düşmənləri... Mirzə İbrahimov

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Xalq yazıçısı Mirzə İbrahimovun “Kommuist” qəzetinin 30 mart 1937-cil tarixli sayında dərc edilmiş “Ədəbiyyat tariximizdə vulqar-sosiologizm əleyhinə” məqaləsini üslubuna toxunmadan təqdim edir.

Ədəbiyyatımızın 8-9 əsrlik zəngin və dolğun tarixi vardır. Xalqımızın uzun əsrlər boyu ağır mübarizədə və şəraitdə yaratdığı bu mənəvi kultur, Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Haqverdiyev, Molla Nəsrəddin, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Cəfər Cabbarlı kimi böyük və ölməz nümayəndələri ilə ümumbəşər kulturu xəzinəsinin qiymətli incilərindəndir.
Biz böyük Lenin-Stalin partiyasının rəhbərliyi ilə sosializmi qurub kommunizm cəmiyyətinə doğru iri addımlar atır, milli formal və sosialist mündəricəli kulturumuzu yaradırkən əsrlər boyunca yaranmış bu mürəkkəb, zəngin ədəbi irsimizə əsaslanmaya, ondan tənqidlə istifadə etməyə bilmərik.
Bəşəriyyətin uzun əsrlər boyu yaratdığı kulturu düzgün anlaya bilən, onu, doğrudan da, saf-çürük etməyi bacaran, onun saf cəhətlərini hər hansı istismar və zülmə bəraət qazandırmağa çalışan çürük cəhətlərindən ayırmağa qabil yeganə bir metod varsa, o da ancaq və ancaq marksizm-leninizm metodudur.
Buna görədir ki, Azərbaycan ədəbiyyatı tarixi məsələlərində də marksizm-leninizmdən hər hansı sapmalara, təhriflərə qızğın atəş açılmalıdır.

Azərbaycanda ideoloji cəbhənin ədəbiyyat və tarix sahəsi biabırcasına geridə qalmışdır. Azərbaycanın və Azərbaycan ədəbiyyatının ümumi tarixinin sxematik şəkildə olsa belə, yazılmadığı bəs deyil, hətta bu tarixə aid olan materiallar bir sistemə salınmamış və çap edilməmişdir. Azərbaycan ədəbiyyatı tarixi sahəsində çalışanlar görünür ki, çox rahət “işləyirlər”.

Azərbaycan ədəbiyyatının həqiqi tarixini yazmaq üçün lazım olan real şərait ancaq Aprel revolyusiyasından sonra yaranmışdır.
Xüsusilə, son illər ərzində öz üzərlərində ciddi işləyən ümidverici gənc kadrolar yetişmiş və inkişaf etməkdədir. Ayrı-ayrı yazıçılar haqqında və ədəbiyyat tariximizin müxtəlif məsələlərinə dair müəyyən elmi-nəzəri xarakter daşıyan məqalələr də yazılmışdır.
Gənc ədəbiyyatçı kadrolarımız istər ədəbiyyat tariximizin bütünlükdə və istərsə onun ayrı-ayrı problemlərinin əski pantürkist-nasionalist traktovkasına qarşı atəş açmışlar. Lakin hətta son zamanlaradək ədəbiyyat cəbhəsində Hənəfi Zeynallı və Əli Nazim kibi kontrrevolyusioner, müsavatçı, nacins, qəddar xalq düşmənlərinin daldalanıb qalması faktları göstərir ki, ideoloji və xüsusən, ədəbiyyat cəbhəsində kontrrevolyusion millətçilərə qarşı mübarizəmiz zəif olmuşdur. Bununla bərabər, ədəbiyyat tarixi məsələlərində vulqar-sosiologizmə qarşı nəinki şiddətli atəş açılmamış, hətta vulqar-sosiologizm görüşləri geniş surətdə yayılmış, bütün dərsliklərimizi əhatə etmişdir.

Tənqidçilərimiz Zakir yaradıcılığındakı dərin ziddiyyətləri izah etmək və açmaq yerinə, bu yaradıcılıqda xalqa, ümumi kəndli hərəkatına aid olan bütün cəhətləri nəzərdən qaçırır və Zakiri “mühafizəkar mülkədar yazıçısı” deyə meydana çıxarır.
Belə isə, Zakirin Vaqifdən sonra ədəbiyyatımızı böyük bir təkanla ilərilətdiyini, ona kəskin ictimai satira gətirdiyini, onun sxolastik məhdudluğunu və doqmatik darlığını pozaraq, onu bilavasitə ən aktual ictimai və həyati temalarla doldurduğunu nə ilə izah etməli?..

Biz vulqar-sosiologizmin aydın ifadəsini Mirzə Fətəli Axundovun, sonra Nəcəf bəy Vəzirovun və Əbdürrəhim bəy Haqverdiyevin simasında yaranan ədəbiyyatın qiymətləndirilməsində görürük. Yenə də bir çox tənqidçilərimiz və bütün dərsliklərimiz, burada adları çəkilən hər iki yazıçını “liberal-mülkədar yazıçısı” adlandırır.

Məsələn, Feyzulla Qasımzadənin dediyinə görə, guya Nəcəf bəy “mülkədarlığın mənfiliklərini, əxlaq və məişət pozğunluğunu, tənqid və islah edə biləcək komediya və faciələr yazmaqla Azərbaycan liberal mülkədar ədəbiyyatı” yaradırdı. Ümumiyyətlə, Qasımzadənin, Nəcəf bəy Vəzirovun əsərləri külliyyatına yazılmış, sitat gətirdiyimiz məqaləsində istənilən qədər yanlışlıq tapmaq mümkün olduğu kibi, zərərli fikirlər də yox deyildir. Məsələn, Qasımzadəyə görə, füyuzatçı Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağayevlər, Həsən Səbri Eyvazovlar, Əhməd Kamallar öz siyasi məqalələrində, felyetonlarında bir tərəfdən “humanist” ideyaların təbliği ilə bütün siniflər arasında qardaşlıq məhəbbəti yaratmağa çalışırmışlar!!..
Bəs “Füyuzat” ətrafına toplaşmış bu ağaların kontrrevolyusion işləri harda qaldı? Qasımzadə bu cənabların özləri haqqında dedikləri sözləri, onların real təbiətləri kibi qəbul etməklə kimə xidmət etdiyini düşünürmü?..

Belə fikirləri biz Haqverdiyev və Vəzirov haqqında yazılmış bir çox məqalələrdə də görürük.

Əvvəla, hər bir yazıçının subyektiv görüşləri ilə onun əsərlərinin obyektiv bədii qiymətini və oynadığı rolu eyniləşdirməyin özünü marksizm tamamilə rədd edir. Bunu Engelsin Balzak haqqındakı fikirləri açıq göstərir.
İkinci, bu yazıçılardan danışarkən Azərbaycanın o zamankı konkret tarixi şəraitini heç vaxt gözdən qaçırmaq olmaz və nəhayət, bu yazıçıların əsərlərindəki bütün təzadlar da haman bu şəraitin məhsuludur. Onların əsərlərində aydın ifadə olunmuş müəyyən sinfi istinadgahın yoxluğuna da təəccüb etmək lazım deyildir. Çünki “prosvetitetlər öz xüsusi diqqətləri üçün predmet olaraq əhalinin heç bir sinfini ayırmayırdılar. Onlar nəinki ümumiyyətlə, xalq haqqında və hətta ümumiyyətlə, millət haqqında danışırdılar”. (Lenin).

Ədəbiyyat tariximizdə vulqar-sosiologizm və marksizm-leninizm metodologiyasından sapmalara qarşı şiddətli atəş açılmalıdır.
Yalnız təşkilati və bütün qüvvələrin əlbir çalışması ilə işə başlayıb ədəbiyyatımızın düzgün marksist-leninçi elmi tarixini yarada bilərik.

Redaksiyadan: İ. Mirzə yoldaşın “Ədəbiyyat tariximizdə vulqar - sosiologizm əleyhinə” adlı məqaləsini müzakirə təriqi ilə çap edərək bütün yazıçı və ədəbiyyatşünaslarımızı bu məsələ ətrafında öz mülahizələrini yazmağa çağırırıq.

“Kommunist” qəzeti

30 mart 1937-ci il

Balet işçiləri alternativ hərbi xidmət istəyir, qanunlar isə... - Araşdırma Müğənni 30 sutkalıq həbs edilib 40-dan sonra qadınlarda nə baş verir?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Yanvar 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri