Icma.az
close
up
RU
Mirzə İbrahimov Azərbaycan qəzetində (1945 1946 cı illər)

Mirzə İbrahimov Azərbaycan qəzetində (1945 1946 cı illər)

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəhim ƏLİYEV

Mirzə İbrahimov 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş Milli hərəkatda iki statusda iştirak edirdi. Birinci, cənublu yazıçı və ziyalı, kommunist kimi, ikinci isə stalinçi bolşevik, beynəlxalq Kommunist hərəkatının əqidəli məxfi döyüşçüsü kimi. 1941-ci ildə onun cəmi 30 yaşı vardı, Bakıda Azərbaycanın Maarif komissarı vəzifəsini tuturdu. Onun bu fəaliyyətinin leqal tərəfləri öz publisistikasında, xüsusilə, 1946-1956-cı illərdə yazdıqlarında öz əksini tapmışdı. Lakin Mirzə İbrahimovun beynəlxalq Kommunist hərəkatının məxfi döyüşçüsü, İran Kommunist hərəkatının təəssübkeşi kimi fəaliyyəti hələ kifayət qədər işıqlanmayıb. Ədib özü ciddi konspirasiyaçı idi, öz siyasi fəaliyyətinin məxfi tərəflərini gizli saxlamağa çalışırdı.

Sovet Ordusu 1941-ci ilin 25 avqustunda İran ərazisinə daxil ediləndən sonra Mirzə İbrahimov Təbrizdə çıxan Qızıl Ordu qəzetinin redaktoru təyin edildi. İlk sayı 17 sentyabrda çıxan "Vətən yolunda" adlı bu qəzet ərəb əlifbası ilə və Azərbaycan dilində çıxırdı. Demək olar ki, bu qəzetin ancaq adı ordu ilə bağlı idi, əsl mahiyyəti isə Moskvanın İranla bağlı planları, İran Kommunist partiyasının ölkədə ictimai rəyi nəzarətə almaq istəkləri ilə əlaqəli idi. Mirzə İbrahimov isə təkcə siyasi işçi və jurnalist kimi deyil, həm də Kommunist həyat tərzinin nailiyyəti, onun canlı təşviqatçısı kimi çıxış edirdi. Məsələn, 1941-ci ilin noyabrında Təbrizin "Şire-Xurşid" teatrında "Faşizm mədəniyyətin qəddar düşmənidir" mövzusunda mühazirə oxumuşdu və "Vətən yolunda" qəzetində (13 noyabr) xəbər dərc edilmişdi.

1945-ci il avqustun əvvəllərində Təbriz ziyalılarının mədəniyyət evində Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü kimi çıxış etmişdi. Səkkiz yaşında ayaqyalın Bakıya gəlmiş Mirzənin akademik rütbəsində təbrizlilərə tanıdılması o tayda təsirli olmalı idi. Bu barədə hətta SSRİ-nin birinci qəzeti olan "Pravda" xəbər yayırdı (9 avqust). Bundan əvvəl həmin ilin iyulunda Mirzə İbrahimovu Sovet Həmkarlar İttifaqının nümayəndə heyəti tərkibində Təbrizdə çıxış edən görürük. Bu faktlar göstərir ki, ədib İkinci Dünya müharibəsi illərində İrandakı dərin siyasi böhranı yaxından izləmiş, SSRİ-nin İrandakı siyasətinin fəal iştirakçısı olmuşdu. 1945-ci ildə Bakıda "Azərbaycan" jurnalında "Səhər açılacaq" adlı yazısı çıxdı və gənc ədibin İranın demokratikləşməsi arzularını ifadə etdi. Lakin ədibin Cənubdakı Milli Hökumət dövrü hadisələrində iştirakı daha dramatik və maraqlı, həm də məxfidir.

2008-ci ildə professor Teymur Əhmədovun tərtib etdiyi kitab - "Mirzə İbrahimov müasirlərinin xatirələrində" toplusu işıq üzü görüb. Qeyd edək ki, burada yer alan xatirələrin hamısı Teymur Əhmədovun öz sifarişi ilə yazılıb və toplanıb. Bu topluda xüsusi xidmət orqanlarında çalışmış yazıçı Yasif Nəsirlinin də Mirzə İbrahimov haqda xatirəsi yer alıb. Xatirələr 2001-ci ildə, SSRİ dağılandan sonra qələmə alınıb, buna görə də mətndə sovet vaxtı məxfi sayılan bəzi məsələlərə də toxunulur. Bu, xüsusilə Mirzə İbrahimovun 1945-1946-cı illərdə S.C.Pişəvərinin başçılığı ilə Cənubi Azərbaycanda qurulmuş Muxtar Milli Hökumətin yaradılmasında iştirakının bəzi detallarına aiddir.

Yazıçı Y.Nəsirli xatırlayır ki, Mirzə İbrahimov ona Milli hərəkata rəhbərlik etməsi və sair barədə danışmış və Azərbaycanı birləşdirməklə bağlı İ.Stalinə və surəti M.C.Bağırova olmaqla məktub yazmışdı. Professor Teymur Əhmədov "Mirzə İbrahimov" adlı foto-albomunda bu xatirələrdən qısa bir fraqment verib. Burada deyilir ki, sözügedən məktubdan sonra Mirzə İbrahimov Moskvaya çağırılmış, SSRİ xarici işlər naziri B.Molotov tərəfindən qəbul edilmiş və Azərbaycanı birləşdirmək (Məktubda bu termindən istifadə edilməsi inandırıcı deyil) təklifi ilə bağlı aydın cavab ala bilməmiş və mətndə deyildiyi kimi, "get-gələ" salınmışdı. "Xatirələr"də məktubun yazılma tarixi konkret 1944-cü il kimi göstərilir (s.189). Y.Nəsirli yazır:

"Elədir, - mən əlavə etdim, - 1944-cü ildə yazmısınız, - birini Stalinə, surətini də M.C.Bağırova.

- Düzdür... Bu məktubla əlaqədar olaraq xeyli başım ağrıdı. Sizin idarəyə çox aparıb gətirdilər. Allaha şükür, salamatlıqla qurtardı", - deyə cavab verir Mirzə İbrahimov. 189-cu səhifədəki bu dialoq 1944-cü il tarixinin doğruluğuna şübhə yeri qoymur və Mirzə İbrahimovun bioqrafiyası ilə bağlı çox mühüm bir məsələni aydınladır. Bu məsələ də Azərbaycan Demokrat Firqəsinin Məramnaməsinin Mirzə İbrahimov tərəfindən yazılması faktıdır. İ.Stalinin öz əli ilə redaktə olunmuş bu Məramnamənin (proqramın) hansı şərtlərə görə məhz Mirzə İbrahimov tərəfindən yazıldığın izah edir.

Y.Nəsirlinin xatirəsində sözü gedən məktubun məhz Moskvanın Milli Hökumət layihəsinə aid olduğunu digər faktlar da təsdiq edir. Biz hadisələrin 1944-cü il aprel-dekabr dövrünü işıqlandıran hissədə bu barədə geniş bəhs etmişik. Burada qısaca qeyd edək ki, sonrakı hadisələrdə Mirzə İbrahimovla "Üçlüy"ün üzvü olmuş Həsən Həsənov 1974-cü ildə rusca yazılmış memuarında Y.Nəsirlinin haqqında konspirasiya ilə danışdığı məktubun əsl mövzusunu açıq-aydın göstərir. Məlum olur ki, H.Həsənov da Mirzə İbrahimov kimi İrandakı 1944-cü il sentyabr-dekabr Kommunist antişah çevriliş cəhdində tam məxfi qaydada iştirak edib. İ.Stalinin İranda siyasəti heyrətamiz dərəcədə planlı idi. Xatirələrdə göstərilir ki, Həsən Həsənov 1944-cü ilin aprelində azərbaycanlı qrupun rəhbəri kimi Təbrizə ezam ediləndən əvvəl iki böyük dövlət və partiya postuna qoyuldu, özü bunları M.C.Bağırovun ona rəğbəti kimi anlasa da, əslində bunlar onu Təbrizdə planlanan antişah çevrilişdə Azərbaycan qrupunun rəhbəri vəzifəsinə hazırlanması idi. Sözü gedən ərəfədə Həsən Həsənovu Azərbaycan K(b)P MK-nın üçüncü katibi təyin etdilər və Bakıdakı "aparat siçovulları" buna mat qaldılar. Sonra Bakı miqyasından məntiqsiz görünən daha bir təyinat verildi. Həsən Həsənov SSRİ-nin Təbrizdə vitse-konsulu təyin olundu.

Xatirələrdən görünür ki, Həsən Həsənov özü də əvvəlcə bu təyinatların səbəblərini yaxşı anlamırdı. Üçüncü katib təyin olunması o demək idi ki, H.Həsənov 1944-cü ilin aprelində yenidən Cənubi Azərbaycana göndərilən məxfi Azərbaycan kadr qrupunun partiya xətti ilə də rəhbər şəxsi olmalı idi. Necə ki, 1941-1942-ci illərdə Əziz Əliyev Təbrizdəki Azərbaycan kadr qrupunun rəhbəri idi: üçüncü katib kimi partiya xətti ilə. Vitse-konsul vəzifəsi isə ona Cənubi Azərbaycanda fəaliyyət vaxtı diplomatik status verirdi. Bu status Həsən Həsənovu toxunulmaz edir, İranda dövlət çevrilişində iştiraka görə həbs edilmək riskindən xilas edirdi. Görünür, İ.Stalin onun haqqında yazılanlardan daha humanist olub. Amma qəddarlığı da olub. Çünki İranda uğursuz antişah qiyama Cənubi Azərbaycanda rəhbərlik etmiş Həsən Həsənov 1945-ci ilin yanvarında Bakıya qaytarılan kimi onu Azərbaycan K(b)P "MK-nın təbliğat üzrə katibi təyin etdilər", yəni cəza kimi üçüncü katib vəzifəsindən azad etdilər. Ancaq o, xatirələrdə azad edilməsini yazmır, ancaq yeni təyinatını qeyd edir.

Çevriliş baş tutmayandan sonra Həsən Həsənov 1945-ci ilin yanvarında Bakıya çağırılmışdı. Bakıya gələndən sonra Moskva ondan məxfi arayış tələb edib. Görünür, Stalin antişah qiyamın uğursuzluğunda kimlərin səbəbkar olduğunu bilmək istirdi. Özü bu barədə yazır: "Öncə mənə İran Azərbaycanı üzrə iqtisadi və siyasi xülasə verməyi tapşırdılar, sonra da sonrakı işlər, daha doğrusu, inqilabi hərəkat (İranda - R.Ə.) haqda təklif verməyi istədilər".

Məlumdur ki, 1944-cü ilin payızında Moskva İranda Tudənin və Həmkarlar İttifaqının əli ilə Şah rejimini ləğv etməyə cəhd etməsi sonrakı sovet-İran münasibətlərinə köklü təsir etdi. Bizcə, 1944-cü il antişah qiyamının əsas məğlubiyyət səbəbi ABŞ-ingilis kəşfiyyatının bundan vaxtında xəbər tutması, bunu cavan şaha xəbər verib onu öz təsirinə ala bilməsi idi. ABŞ hələ Birinci Dünya müharibəsi vaxtından öz xarici siyasətində monarxiyaları ləğv etmək xətti tuturdu, olsun ki, İ.Stalin buna ümiddə olub. Lakin aşkar fakt budur ki, 1944-cü ilin yazından şah sarayı İran feodalizminin qərargahı kimi Stalinin bütün gedişlərini qabaqcadan bilirdi, ABŞ-İngiltərə cütlüyü ilə birgə planlar qurub həmlələri dəf edirdi. Elə buna görə İngiltərə-ABŞ diplomatiyasının qabaqlayıcı tədbirləri, xüsusilə antisovet mətbuatın səfərbər edilməsi Kommunist qiyamına yol vermədi, qərbpərəst partiyaların hökumətlə əməkdaşlığı, qiyamı yatırmaq üçün ordudan istifadə öz bəhrəsini verdi. Moskvadan idarə olunan Tudə və həmkarlar ittifaqları darmadağın edildi, İran parlamenti xarici qoşunların İranda olduğu müddətdə neft yataqlarını icarəyə verməyi qadağan edən qanun qəbul etdi. Halbuki bu qanundan əvvəl parlament ABŞ-İngiltərə cütlüyünün neft yataqlarının icarəsi barədə müqavilələrini təsdiq etmişdi. Moskva gördü ki, qərbpərəst İran hökuməti ona qarşı açıq düşmənçilik siyasəti aparır və bu, Stalinin qəzəbinə səbəb oldu, o, İranda məğlubiyyəti ilə nəinki barışdı, tələsik yeni antişah planlar qurmağa başladı.

Həsən Həsənov da xatirələrində 1944-cü ildəki ağır məğlubiyyətin səbəbləri barədə yazır: "Tehran bu zaman İran Azərbaycanında inqilabi hərəkata rəhbərlik edə bilmədi. Onun rəhbəri Azərbaycanın içərisindən olmalı idi". Aydındır ki, buradakı Tehran ünvanı Tudəni nəzərdə tutur, onun zəifliyindən söhbət gedir. Həm də Cənubi Azərbaycanda hərəkata məhz azərbaycanlıların özünün rəhbərlik etməsi zərurəti qeyd edilir. Sonradan bu ideya bir il sonra Təbrizdə Tudədən ayrı olan Demokrat adlı milli Azərbaycan kommunist partiyasının (ADF) yaradılması ilə nəticələndi. 1974-cü ildə belə azərbaycanlı kommunist bunu açıq deyə bilməzdi. Amma Tudənin rəhbərləri içərisində Şah sarayına işləyənlərin olması gün kimi aydındır. İranda siyasətçilik həmişə mütləq nökərliyin bir şəkli olub və burada hər hansı sirrdən söhbət gedə bilməz.

Görünür, Mirzə İbrahimovun Moskvaya sözügedən arayış-məktubu qiyamın uğursuzluğunda Tudənin günahkar olması barədə həm Həsənovun xidməti yazısı, həm də Moskvada yaranan qənaətlərlə üst-üstə düşüb. Lakin aydındır ki, onların hesabatları eyni statuslu ola bilməzdi. Həsən Həsənov Azərbaycandan ezam olan qrupun rəhbəri olmuşdu, bu, onun arayışına xüsusi status verir. Mirzə İbrahimovun da hadisələr vaxtı orada olduğunu bilirik, amma dəqiq statusunu yox. Lakin onun hansısa ciddi statusu olub. Bəlkə də Mirzə İbrahimovun sözü gedən arayışı İranda inqilabı hərəkatın perspektivləri haqqında olub. Bu tələb H.Həsənovun yekun arayışından da istənmişdi, çünki 1945-ci ildə İ.Stalin İran uğrunda mübarizəni davam etdirməkdə qərarlı idi.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see315

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see130

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see123

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see122

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see122

Əziz Yıldırım: “Bütün İstanbulu buraya yığaram” VİDEO

23 Noyabr 2025 18:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri