Icma.az
close
up
RU
Müsəlmanın ən böyük problemi İslam, İslamın ən böyük problemi müsəlmandır Ömər Xəyyam

Müsəlmanın ən böyük problemi İslam, İslamın ən böyük problemi müsəlmandır Ömər Xəyyam

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Ömər Xəyyamın "Müsəlmanların ən böyük problemi İslamdır" yazısını təqdim edir.
Hər dəfə Elşad Mirinin “İslamda filan şey yoxdur”, “Filan şey, əslində, filan şey deyil” başlıqlı qənaətləri, necə deyərlər, gündəmə bomba kimi düşür, qəlpələnir və həm dindarların, həm də virtual əxlaq keşikçilərinin qəzəb balonunu partladır.
Məsələn, onun yeni müsahibəsində merac hadisəsi haqqında dediyi sözlərdən çoxu inciyib. Deyirlər, Elşad Miri yenə hədyan danışır.
Deyirlər ki, Elşad Miri Qərbin layihəsidir. İslami dəyərləri gözdən salır.
Biləsiniz, nə Qərbin, nə Amerikanın, nə də ingilislərin müsəlmançılığı urvatdan salmaq, İslam dinini məhv etmək məqsədi var.
Və əlbəttə, müsəlmanların, ən böyük problemi məhz İslamdır.
Ümumiyyətlə, dünyanın faniliyinə iman gətirmiş insan imperialist gücdən ötrü nə qədər təhlükəlidir?
Düşmən uydurmaq, uydurulmuş düşməndən müdafiə olunmaq məqsədiylə xəyali səngər/sərhəd qazımaq, yəni, gəlməyəni gözləmək cəhalətin mahiyyətini, mövcudluğunu qorumaq üçün özünə atdığı böhtandır.
İnanc sisteminin mexanizmi elə cür qurulub ki, o, zamanla özünü yeyir. Düşmənə ehtiyac yoxdur.
Müqəddəs məqama ucalmaq istəyən nə etməli? Böyük mənada dünyadan, dünya nemətlərindən əlini üzməlidir. O, imtina etməlidir ki, o biri dünyada mükafatlandırılsın.
Mən Məcnunu xatırlayıram. Sevdiyi qadının, özü də, onu dəlicəsinə sevən qadının uğrunda mübarizə aparmaq əvəzinə qupquru səhralarda gəzən o məzlum insanı.
Yəni, qayda-qanunla götürsək, müsəlmanların ümumiləşmiş obrazını.
Doğrudan da, bu dünyanın fani olduğuna inanmış adamın yaratmaq, yeniliklər etmək, inkişaf etmək üçün həvəsi, stimulu olacaqmı?! Yox! Qətiyyən yox! Bu, onun nəyinə lazımdır?! Onsuz da, onu cənnətdə “bakirə hurilər və şərab çayları” gözləyir.
Sufizm yüz illər ərzində bütün Şərqi öz əsarətində saxladı, məişətdən tutmuş ədəbiyyata qədər insan həyatının bütün sahələrinə sirayət etdi. Bunun nəticəsi idi ki, türkdilli və farsdilli Azərbaycan ədəbiyyatı da daxil olmaqla bütün klassik Şərq ədəbiyyatı real həyatdan uzaqlaşdıqca uzaqlaşdı. İlahi sevgilərin tüğyan etdiyi, bülbülün gülü, gülün də xarı sevdiyi, Qeysin “Məcnun” olub səhralarda dolaşdığı və bu sərgərdanlığından, öz mənasız əzablarından mazoxistcəsinə həzz aldığı bir qondarma “dünya”ya çevrildi. Əsrlər boyu Şərq xalqları bu ədəbiyyatın həzin və aldadıcı intonasiyasına məst olub yatdıqca yatdılar, əsrlərin necə gəlib, necə ötdüyündən heç xəbərləri də olmadı.
Təzədən soruşuram, belə bir dini məhv etmək imperialist Qərbin nəyinə lazımdır?
Və yenə özüm cavab verirəm: Necə ki, müsəlmanların ən böyük problemi İslamdır, eləcə də İslamın ən böyük problemi məhz müsəlmanlardır.

Müsəlman nə edir? O inanır ki, “Hər şey Quranda yazılıb”. O bütün enerjisini və zamanını əbcəd hesabı aparıban hansısa rəqəmləri tutuşdurmağa, uyğunluqlar tapmağa, yeni kəşflərin hamısı haqda “Quran”da işarələr olduğunu sübut etməyə sərf edir. Burnu divara dirənəndə isə deyir: “Allah istəsə, hər şey ola bilər, lap dəvə karvanı tikiş iynəsinin deşiyindən də keçər”.

İslam nə edir? İslam dini ehkamlarla ziddiyyət təşkil edən bütün hökmləri küfr hesab edir.

O vaxt Malayziya hökuməti kosmik araşdırmalarla bağlı dövlət proqramı qəbul etmişdi. Plana görə Malayziya fəzaya kosmik gəmi göndərməli idi. Bütün işlər yekunlaşanda isə malayziyalı din qardaşlarımız böyük bir problemlə qarşılaşdılar: onlar kosmosa yollanacaq mütəxəssislərin orda namaz qılarkən qibləni necə müəyyənləşdirəcəkləri məsələsində ilişib qalmışdılar. Məhz bu səbəbdən dövlət proqramının icrası xeyli ləngimişdi. Bütün bunlar sizə zarafat kimi görünə bilər, inanın ki, həqiqətdir. Acı həqiqət, tragikomik film kimi bir şey.
Elşad Mirinin toxunduğu merac məsələsi isə...

Əlbəttə, Buraq Məhəmməd peyğəmbəri Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə gətiribən səmaya qaldırmayıb.

(Buraq - rəvayətə görə, Məhəmməd peyğəmbərin o gecəki minik vasitəsi)

Haman rəvayətə qalsa, əziz müsəlmanlar fərqində olmadan Allaha məkan təyin edirlər; ogecəki isravi yürüşün mahiyyətini dərk etmədən ölçüsüzə ölçü biçirlər.

Fəqət ariflər bilir ki, Merac yerin üstündən göyün üstünə səyahət yox, peyğəmbərin özündən özünə səyahətidir, bir növ, şaquli seyrdir.

Ümumiyyətlə, irrasional fəzada yürümək üçün düşüncəni tərk etmək vacibdir.

Təməl prinsip məhz budur: düşüncəni tərk et...
Yoqanın da, namazın da hikməti eynidir. Fəqət zamanla meditativ mahiyyət dəyişdi, bir növ, vərdişə çevrildi, texnikiləşdi.

Yoxsa həqiqətə çatmağın, - əslində, biz ona çatmışıq, onunla eyniyik, birgəyik, çox vaxt onu ötürük də; "çatmaq" deyəndə, onu idrak etməyi, fərqinə varmağı nəzərdə tuturam. - tək yolu düşüncədən qurtulmaqdır.
Məsələn, "And olsun qaçan atlara..." - sözün enerjisini duymaqdan ötrü, sözdəki enerjinin yerin üstünə, göyün altına özgəliyi haqda, - həqiqətin məqamına dair ən mübarək, müqəddəs, nişanverici cümlədir, fəqət bu həqiqəti idrak etməkdən ötrü mütləq və vacibdir ki, düşüncəni tərk edəsən.
Bəs yaxşı, düşüncəni necə tərk etmək olar?
Düşüncəni tərk etməyin birinci mərhələsi, yəni, sizin hələlik etməli olduğunuz İslamla, inamın, imanın qaydaları, əsasları və şərtləriylə bağlı bu vaxta qədər eşitdiyiniz, əzbərlədiyiniz, hətta Elşad Mirinin də dediklərini, yazdıqlarını – tərk etmək, unutmaqdır.
İnanmaq fərdi, intuitiv və intim aktdır.
Fəhmi rabitə qurmaq üçün imam da, kitab da, qiblə də, Hacı Şahin də, Hacı Qamət də, - elə Elşad Miri də tərk edilməli, unudulmalı və təzədən “kəşf” edilməlidir.
Yoxsa siz bir az Hacı Şahinin, bir az Hacı Qamətin, bir az oxuduğunuz bayağı kitabların, hansısa filosofların həqiqətlərinə iman gətirmiş olacaqsınız. Bir növ, onların kəşf etdiyi Allaha inanacaqsınız.
Heç vaxt özünüzün Allahı, özünüzün qibləsi olmayacaq.
Bu dava-dalaş - yəni Elşad Mirilərlə Hacı Şahinlərin dava-dalaşı, əslində həqiqət üstündə yox, onların oxuduğu, əzbərlədiyi inanc sisteminin kəşf etdiyi, inandığı Allahların forması, mahiyyəti və mənası uğrunda savaşdır.
Bu savaşın faydalı iş əmsalı isə, əlbəttə, sıfırdır!
Tutalım, Elşad Mirinin "İslamda yoxdur" başlığıyla sadaladığı qənaətlər, lap özünün dediyi kimi, faktlar onun dediyi kimi deyilsə, yəni, həqiqətən, İslamda varsa, siz nə qazanırsınız, tutalım, o düz dfeyirsə, siz nə itirirsiniz? Axı bu dinin, bu Allahın sizin olan heç nəyi yoxdur...
Yaxşı, tutalım, siz Elşad Mirinin bəhs etdiyi, təqdim etdiyi İslamı, Allahı qəbul etmirsiniz... Axı əvəzində başqa bir Elşad Mirinin, yəni, xarici Elşad Mirinin - olsun, ərəb, fars, türk, ingilis, - fərqi yoxdur, - təqdim etdiyi İslama, Allaha inanırsınız... Sizdən ötrü nə fərqi var?
suallarınız xoşuma gəlsə, ardı da olacaq…

Mərhum yazıçı, əzizim İkinci Mahmudla hələ 2014-cü ildə “Synaps Library” ədəbiyyat layihəsinın manifestini yazanda bu məsələ ilə bağlı ayrıca məqalə dərc etdirmişdik. Ədəbi layihənin dinə münasibətini o yazıda ətraflı qeyd etmişdik, təəssüf ki, indi nə o manifest, nə də o yazı var. Qeyd edim ki, o layihə çərçivəsində iki kitab “Sarışan hallar” və “Bataqlıq donuzu” dərc edilmişdi.

Luvrda biletlər bahalaşacaq Ramiz Rövşənə ağır itki Elməddin: "Tiktok şəxsiyyətsizliyi reklam edir"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see171

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see147

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see143

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see136

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see133

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see123

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see122

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see122

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see121

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see120

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri