Sahibkarların ən böyük PROBLEMİ NƏDİR?
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri tətbiq edilsə də, bu sahədə mövcud problemlər tam aradan qalxmayıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, kiçik və orta biznesin inkişafı üçün hökumət tərəfindən mühüm addımlar atılıb, lakin sahibkarların qarşılaşdığı əngəllər hələ də qalmaqdadır.
Onun sözlərinə görə, mikro sahibkarlıq subyektləri üçün gəlir və mənfəət vergisində 75 faiz güzəşt tətbiq edilir, sadələşdirilmiş vergi ödəyiciləri dövriyyədən cəmi 2 faiz vergi ödəyirlər. Bundan başqa, mikro sahibkarlar balanslarında olan əmlaka görə əmlak vergisindən də tam azaddırlar. KOBİA tərəfindən də müxtəlif dəstək mexanizmləri həyata keçirilir.
Ekspert qeyd edib ki, bütün bu təşviqlərə baxmayaraq, Azərbaycanda kiçik və orta sahibkarlığın iqtisadiyyatda payı inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır:
“İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatın onurğa sütununu təşkil edir və ÜDM-in yarıdan çoxunu formalaşdırır. Azərbaycanda isə onların ÜDM-də payı təxminən 10-15 faiz civarındadır.”
Pərviz Heydərovun sözlərinə görə, sahibkarlığın inkişafına mane olan amillər təkcə maliyyə resurslarına çıxış, vergi yükü və ya yüksək faizli kreditlərlə məhdudlaşmır.
“Kommersiya mübahisələsi zamanı məhkəmələrdə obyektivliyin tam qorunmaması, qeyri-rəsmi inhisarçılıq, rəqabət mühitinin zəif olması və satış problemləri də sahibkarların fəaliyyətinə ciddi maneələr yaradır.”
İqtisadçı hesab edir ki, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ilk növbədə bu problemlər aradan qaldırılmalı, eyni zamanda vergi sistemi daha sadə və sahibkarlar üçün daha əlverişli olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















