Icma.az
close
up
RU
Müsəlmanlara qarşı nifrət dalğasının qarşısını alan qəhrəman... VİDEO

Müsəlmanlara qarşı nifrət dalğasının qarşısını alan qəhrəman... VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, dünən Avstraliyada terror hadisəsi baş verib. Pakistanlı ata (50 yaş) və oğlu (24 yaş) yəhudilərin bayram keçirdiyi çimərliyə gəliblər. Plana görə, oğul bir tərəfdən güllə ataraq insanları qaçırtmalı, qarşılarını isə ata–terrorçu kəsməli idi.

Ölkə.Az xəbər verir ki, hücum nəticəsində aralarında uşaqların və qeyri-yəhudilərin də olduğu 16 nəfər həyatını itirib, 60 nəfər isə yaralanıb.

Qaçan insanları ata–terrorçu vurduğu anda bir nəfər maşınların arasından gizlicə ona yaxınlaşır, əlindən tüfəngi alaraq yerə yıxır. Bu qəhrəmanlıq qatilin mümkün qurbanlarının sayını ən azı 3–4 dəfə azaldıb.

Qəhrəman elan edilən şəxs fotodakı 43 yaşlı Əhməd Fateh əl-Əhməddir. O, yerli meyvə satıcısı, iki qız (5 və 6 yaş) atası və Suriyanın İdlib şəhərindən olan qaçqındır. Qatili zərərsizləşdirərkən iki güllə yarası aldığı üçün hazırda xəstəxanadadır.

Əhməd təkcə canlar xilas etmədi. Hadisədən sonra ölkə üzrə müsəlmanlara qarşı yerli əhali tərəfindən hücumlar təşkil edilə bilərdi. Bu hərəkəti ilə o, həm də mümkün bir nifrət dalğasının qarşısını aldı və göstərdi ki, terrorun dini, milləti yoxdur.

Təşəkkür əlaməti olaraq Avstraliya xalqı onun üçün bir günə 1 044 897 dollar ianə toplayıb.

Bunun 130 min dolları ilk saat ərzində yığılıb. Toplanan vəsait Əhmədin müalicəsinə, eləcə də xəstəxanadan çıxdıqdan sonra övladları üçün daha təhlükəsiz və daha yaxşı bir həyat qurmasına dəstək məqsədi daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri