Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? RƏSMİ AÇIQLAMA
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Həm kollektor xəttindən, həm də sutəmizləyici qurğudan ibarət olan Müşfiqabad hövzəsi layihəsinin tikintisi davam edir”.
Bizim.Media xəbər verir ki, bunu "Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ümumi uzunluğu 17 km olan gətirici kollektorun və məhsuldarlığı 75 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə Xırdalan şəhəri, 28 may, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı suları idarə ediləcək:
"Hazırda 4 şaxtasında işlər tamamlanıb, 3-də isə işlər davam edir. Layihə 3 il müddətində yekunlaşmalıdır. Layihənin maliyyə dəyəri su təmizləyici qurğu üzrə 102 milyon manat, kollektor 135 milyon dəyərindədir".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 18 Mart 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















