Müşfiqabadda sərt manevrlər edib “şou” göstərən sürücü 77CB724 VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videoları “TikTok” sosial şəbəkəsində paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər Bakı-Şamaxı-Yevlax yolunun Müşfiqabad ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan 77-CB-724 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, gah sol zolağa, gah da sağ zolağa keçid edərək “avtoş”luğa meyilli “şou” göstərib. Digər kadrda isə sürücü yük maşınının sağ tərəfinə keçərək onu ötüb, ardınca sol zolağa daxil olub.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə nizamlanır.
Nərmin

Yaşayış yerində sərt manevrlər edib duman işıqları ilə “şou” göstərən sürücü 10 FM 021 VİDEO
15 Aprel 2025 16:34
Bakıda “BMW” ilə riskli manevrlər edən sürücü görün necə “şou” göstərdi VİDEO
02 Sentyabr 2025 14:41
Motosikletlə şou göstərən sürücü saxlanıldı; vəsiqəsi birdəflik əlindən alındı VİDEO
05 Avqust 2025 21:00
Müşfiqabadda maşın yanıb
14 Avqust 2025 16:42
Müşfiqabadda avtomobil arakəsməyə çırpılıb, sürücü ölüb FOTOLENT
16 Mart 2025 11:47

