Icma.az
close
up
RU
MÜSİAD Azərbaycan üzvlərinin V “BirvəBərabər” görüşü keçirilib

MÜSİAD Azərbaycan üzvlərinin V “BirvəBərabər” görüşü keçirilib

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

MÜSİAD Azərbaycan Ticarət və Sektor Şuraları Komissiyasının təşkilatçılığı ilə VİDAL Özəl Sənaye Məhəlləsində üzvlər arasında V “BirvəBərabər” adlı netvörkinq görüşü keçirilib.

Bizimyol.info MÜSİAD-a istinadən xəbər verir ki, tədbirin açılış nitqi ilə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan dərnəyin son aylardakı fəaliyyəti, həyata keçirilmiş layihələr və qarşıya qoyulan strateji hədəflər barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, ictimai birlik olaraq əsas məqsədlərdən biri üzvlərin hüquq və mənafelərinin qorunması, eləcə də üzvlər arasında əməkdaşlığın təşviq edilməsidir. Fuat Kayhan dostluq və qardaşlıq mühitində keçirilən bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb və tədbirə ev sahibliyi edən VİDAL Özəl Sənaye Məhəlləsinə xüsusi təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Industrial Management and Development MMC-nin direktor müavini Cavid Qurbanlı VİDAL Özəl Sənaye Məhəlləsinin əsas məqsədinin Azərbaycanda sənaye ekosisteminin formalaşmasına töhfə vermək və Kiçik və Orta Biznesin inkişafını dəstəkləmək olduğunu qeyd edib. O, çıxışı zamanı investisiya təşviqi sənədi çərçivəsində rezidentlər üçün nəzərdə tutulan güzəştlər və digər imtiyazlar barədə geniş məlumat təqdim edib. Bildirilib ki, bu güzəştlərə 7 il müddətində mənfəət və gəlir vergisinə 50 faiz güzəşt, əmlak və torpaq vergisindən 100 faiz azadolma, həmçinin sənaye məhəlləsi daxilində istehsal fəaliyyəti məqsədilə idxal olunan avadanlıqlar üzrə əlavə dəyər vergisi və gömrük rüsumundan 100 faiz azadolma daxildir.

VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov isə rezidentlər üçün yaradılmış müasir infrastruktur haqqında ətraflı məlumat verib. O bildirib ki, 11 mərtəbədən ibarət bina bütün müasir texniki standartlara cavab verən istehsalat və elmi-texniki araşdırma mərkəzi kimi uğurla fəaliyyət göstərir. Teyyub Cabbarov, həmçinin Azərbaycan sənayesinin inkişafında gənc startapların roluna xüsusi diqqət çəkərək, bu istiqamətdə sənaye məhəlləsində inkubasiya mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.

MÜSİAD Azərbaycan Ticarət və Sektor Şuraları Komissiyasının sədri Samir Babaoğlu çıxışında dərnəyin əsas dəyərlərindən bəhs edərək bildirib: “MÜSİAD Azərbaycan yalnız bir platforma deyil, həmrəylik, dostluq və ortaq dəyərləri özündə birləşdirən böyük bir ailədir. Ümid edirəm ki, bu gün keçirilən görüş və qurulan əməkdaşlıqlar həm MÜSİAD Azərbaycan, həm də VİDAL Özəl Sənaye Məhəlləsi üçün uğurlu nəticələr verəcək.”

Tədbir çərçivəsində MÜSİAD Azərbaycan üzv şirkətləri olan Zivella, Çinici, Hazel və Süvari tərəfindən iştirakçılara püşkatma yolu ilə müxtəlif hədiyyələr təqdim olunub.

Rəsmi hissədən sonra iştirakçılar arasında qarşılıqlı tanışlıq, fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu netvörkinq sessiyası təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Aprel 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri