Icma.az
close
up
RU
MÜSİAD Azərbaycan üzvlərinin III “BirvəBərabər” görüşü

MÜSİAD Azərbaycan üzvlərinin III “BirvəBərabər” görüşü

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III “#BirvəBərabər” adlı netvörkinq görüşü baş tutub.

Modern.az-ın məlumatına görə, tədbirdə MÜSİAD Azərbaycan İdarə Heyəti, dərnək üzvləri, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşavirləri və kənd təsərrüfatı müşaviri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli təşkilatın son aylardakı fəaliyyəti, həyata keçirilən layihələr və strateji hədəfləri barədə məlumat verib. O, gənc sahibkarların iş dünyasına hazırlanması məqsədilə təsis olunan və hazırda 39 nümayəndəliyi, 4500-dən artıq üzvü olan Gənc MÜSİAD tərəfindən bu ilin oktyabr ayında keçiriləcək EYBF – Gənc Sahibkarlar Biznes Forumuna hazırlıq işlərinin davam etdiyini bildirib. Forumda 30 ölkədən 150 gənc sahibkarın iştirak edəcəyi vurğulanıb.

Rəşad Cabirli, həmçinin Şuşa Bəyannaməsinə istinad edərək Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın iqtisadi münasibətlərə müsbət təsirini qeyd edib və iki ölkə arasında illik 15 milyard dollarlıq ticarət həcmi hədəfinə yaxın vaxtlarda nail olunacağına  inamını ifadə edib.

Çıxış edən Türkiyə səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman iki ölkə arasında ticarət və investisiya əməkdaşlığının son illərdə sürətlə inkişaf etdiyini, türk şirkətlərinin Azərbaycanda tikinti, tekstil, qida, səhiyyə və xidmət sahələrində uğurla fəaliyyət göstərdiyini, eyni zamanda azərbaycanlı sahibkarların Türkiyə bazarına çıxış imkanlarının genişləndiyini qeyd edib.

Səfirliyin kənd təsərrüfatı müşaviri Hakan Kalender isə Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişafı və sərmayə layihələrinin tanıdılması istiqamətində media ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşə sponsorluq edən, MÜSİAD Azərbaycan üzvü, Peynirci Baba şirkətinin Direktorlar Şurasının sədri Xaqani İbrahimov bu cür tədbirlərin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına töhfə verdiyini bildirib.

Daha sonra MÜSİAD Azərbaycan ailəsinə yeni qoşulmuş Homm Bitkisel MMC, Giometric MMC və Hilal Travel MMC şirkətlərinin nümayəndələri öz fəaliyyət istiqamətləri barədə  ətraflı məlumat veriblər.

Rəsmi hissənin ardından iştirakçılar arasında qarşılıqlı tanışlıq, fikir mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirə olunduğu netvörkinq görüşləri keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri