Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Musiala “Bavariya”nı büdrəməyə qoymadı

Musiala “Bavariya”nı büdrəməyə qoymadı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tur “Ştutqart”ın mükəmməl geridönüşü ilə start götürdü.

“Union” ikinci hissənin əvvəllərində iki top fərqli üstünlük yaxalasa da, şvabiyalılar artıq 69-cu dəqiqədə öndə idilər! Özü də qələbə qolunu Atakan Karazor vurdu. Türkiyəli yarımmüdafiəçi bundesliqadakı 118-ci oyunda, nəhayət, qol hesabını açdı.
Konfrans Liqasının iştirakçısı “Haydenhaym” Münhendə pis təsir bağışlamasa da, sürprizə gücü çatmadı. Ardıcıl 2-ci oyunda xal itirmək istəməyən “Bavariya” sonradan meydana çıxan futbolçuların – Musiala ilə Qorestkanın qolları sayəsində özünə lazım olan nəticəni əldə etdi. Debütant “Sankt Pauli” də son çempion “Bayer-04”ə səfərdə layiqincə müqavimət göstərdi. Amma hamburqluların da sürprizə gücü çatmadı.
“Leyptsiq” yavaş-yavaş böhrandan çıxmağa başlayır. Ardıcıl 6 rəsmi oyunda qələbəyə həsrət qalanan sonra kubokda “Ayntraxt”ı darmadağın edən “öküzlər” bu dəfə səfərdə “Holştayn”a heç bir şans vermədilər. Ötən mövsümü icarə əsasında “Real Sosyedad”da keçirən portuqaliyalı Andre Silva penaltini dəqiq yerinə yetirməklə 2023-ün yanvarından bəri bundesliqada ilk qolunu vurdu. Mövsümü inamlı keçirən “Ayntraxt”ın evdə “Auqsburq”u yenə bilməməsini sürpriz saymaq olar. Özü də gənc türkiyəli yarımmüdafiəçi Can Uzun frankfurtluları məğlubiyyətdən xilas etdi. Komandanın bundesliqada 4 oyunluq qələbə seriyası qırılsa da, ikinci pillə hələ ki əldən çıxmayıb.
Turun mərkəzi oyunu Münhenqladbaxda keçirildi. Çempionlar Liqasından fərqli daxili turnirlərdə səfər sindromu yaşayan Dortmund “Borussiya”sı yenə rəqib meydanında qələbəyə həsrət qaldı. Əla formada olan Gittensin qoluna meydan sahiblərinin heyətində penaltidən Ştöger cavab verdi. “Arılar” bu mövsüm bundesliqada 6-cı səfər oyununda da qələbəyə həsrət qaldılar (2 heç-heçə, 4 məğlubiyyət). Bu gedişlə Nuri Şahinin komandası ən yaxşı halda yalnız ÇL-ə vəsiqə uğrunda mübarizə aparacaq.
“Hoffenhaym”la “Frayburq”un duelində qalib müəyyənləşmədi. “Volksvagen Arena”ya toplaşanlar isə tarixi geridönüşün şahidi oldular. 3 dəfə hesabda geri düşən “Volfsburq” 84-cü dəqiqəyə qədər fanatlarını intizarda saxladı. Son anlarda isə səhnəyə Yonas Vind çıxdı. Fasilədən sonra meydana çıxan danimarkalı hücumçu son anlarda dubl edərək “canavarlar”a uzun müddət unudulmayacaq bir qələbə bəxş etdi. Oyunu 1 qol, 1 məhsuldar ötürmə ilə tamamlayan Amura bu mövsümdəki göstəricilərini 5 qol, 5 məhsuldar ötürməyə çatdırdı. Buna qədər XXI əsrdə “Volfsburq”un heyətində ilk 11 bundesliqa matçında 10 qolun vurulmasında yaxından iştirak edən futbolçu olmamışdı.
13-cü tur
Bavariya – Haydenhaym 4:2

Upamekano, 18. Musiala, 56; 90+1. Qoretska, 84 – Honsak, 50. Dorş, 85. (75000)
Bavariya: Perets, Boe, Upamekano, Kim Min Ce, Devis, Kimmix, Pavloviç (Qoretska, 71), Olise (Koman, 71), Gerreyro (Laymer, 90+3), Sane, Müller (Musiala, 51).
Borussiya M – Borussiya D 1:1
Ştöger, 71-p. – Gittens, 65. (54042)
Borussiya D: Kobel, Ryuyerson, Zyule (Əmrə Can, 83), Şlotterbek, Bensebayni, Nmeça, Qross (Reyna, 78), Bayer (Malen, 58), Zabitse, Gittens, Girassi.
Bayеr-04 – Sankt Pauli 2:1
Virts, 6. Ta, 21 – Gilavoqi, 84. (30000)
Bayer-04: Qradetski, Artur, Tapsoba, Ta, İnkapye, Qrimaldo (Belosyan, 79), Caka, Qarsiya, Palasios (Frimponq, 60), Tella (Andrix, 87), Virts (Terrye, 79).
Holştayn – Leyptsiq 0:2
Şeşko, 27. Andre Silva, 69-p. (14715)
Leyptsiq: Qulaçi, Henrixs, Zayvald, Qeertruyda (Klostermann, 63), Orban, Nusa, Aydara (Şlager, 63), Vermeeren (Kampl, 90+1), Baumqartner (Sakar, 90+3), Şeşko (Andre Silva, 63), Openda.
Ştutqart – Union 3:2
Voltemade, 51; 59. Karazor, 69 – Duxi, 37. Skov, 48. (59000)
Ştutqart: Nübel, Sterjiu (Voltemade, 46), Çeys, Ruo (Şabo, 75), Mittelştadt, Ştiller, Karazor, Vaqnoman, Miyo (Rider, 90+1), Fürix (Hendriks, 75), Demiroviç (Kaytel, 90+6).
Ayntraxt F – Auqsburq 2:2
Ekitike, 55. Can Uzun, 74 – Tits, 60. Essende, 71. (58000)
Ayntraxt: Trapp, Kristensen, Kox, Teate, Nkunku (Braun, 46), Tuta, Mahmud Dahud (Can Uzun, 72), Knauff (Höylunn, 72), Çaibi (Bahoya, 72), Ekitike (Matanoviç, 90), Marmuş.
Bohum – Verder 0:1
Staqe, 56. (26000)
Hoffеnhaym – Frayburq 1:1
Bişof, 73 – Ginter, 68. (22027)
Volfsburq – Maynts-05 4:3
Amura, 19. Tomas, 57. Vind, 83; 90+4 – Nebel, 11; 66. Burkardt, 39. (20036)
1. Bavariya 13 11 2 0 41-10 33
2. Ayntraxt F 13 8 3 2 33-18 27
3. Bayer-04 13 7 5 1 30-20 26
4. Leyptsiq 13 7 3 3 21-14 24
5. Volfsburq 13 6 3 4 29-22 21
6. Borussiya D 13 6 3 4 24-20 21
7. Frayburq 13 6 3 4 17-17 21
8. Ştutqart 13 5 5 3 26-23 20
9. Maynts-05 13 5 4 4 23-18 19
10. Verder 13 5 4 4 20-24 19
11. Borussiya M 13 5 3 5 19-18 18
12. Union 13 4 4 5 12-14 16
13. Auqsburq 13 4 4 5 16-25 16
14. Hoffenhyaym 13 3 4 6 18-25 13
15. Sankt Pauli 13 3 2 8 11-17 11
16. Haydenhaym 13 3 1 9 17-28 10
17. Holştayn 13 1 2 10 13-33 5
18. Bohum 13 0 2 11 10-34 2
Bombardirlər: Keyn (Bavariya) – 14, Marmuş (Ayntraxt F) – 13, Burkardt (Maynts-05) – 10.
Turun rəqəmi
988 – “Bavariya” “Haydenhaym”la qarşılaşmanı 988 ötürmə ilə tamamladı. Bu, XXI əsrdə həm komandanın, həm də turnirin ən yaxşı ikinci göstəricisidi. Münhen nəhəngi bu əsrdə bundesliqada yalnız bir dəfə 1000 ötürmə həddini keçməyi bacarıb. Təbii ki, bu, Xosep Qvardiolanın dönəminə təsadüf edib. 2014-ün martında “Bavariya” “Herta” ilə görüşdə 1109 ötürmə vermişdi!
Turun ulduzu
Camal Musiala (Bavariya) – 21 yaşlı yarımmüdafiəçi artıq münhenlilərin liderinə çevrilir. Xüsusilə Keynin olmadığı matçlarda bu, açıq-aşkar bilinir. “Der-Klassiker”də komandasını məğlubiyyətdən xilas edən Musiala bu dəfə ÇL həftəsi ərəfəsində ehtiyatda qalmışdı. Amma Münhen nəhənginin yenə ona ehtiyacı oldu. Hesab 1:1 olarkən meydana çıxan Musiala dubı etməklə komandasını büdrəməyə qoymadı. O, “Bavariya”nın heyətində ilk dəfə sonradan meydana çıxdığı qarşılaşmada dubl etdi. Musiala bu mövsüm artıq indidən, yəni 19 rəsmi oyuna ötən mövsümkü qədər – 12 qol vurub.
Turun sitatı
Nuri Şahin, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Səfərdə yenə qələbəyə həsrət qalmaq üzücüdü. Oyunçularımı yalnız vaxtında intriqanı öldürmədikərinə görə günahlandıra bilərəm. İkinci qolu vurmaq üçün şanslarımız oldu. Məni üzən məhz budu. Hətta bu məqam məni buna qədər səfərdə qeydə alınan məğlubiyyətlərdən daha çox üzür. Ancaq səhvlərimizdən nəticə çıxarmağa çalışacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see274

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see265

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see255

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see249

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see247

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see243

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see234

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see233

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see231

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see224

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see224

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see224

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see216

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see215

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see208

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see205

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see197

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see184

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see183

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri