Musiqi alətindən müntəzəm istifadə yaddaşı qorumağa xidmət edir
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Qocalıqda müntəzəm musiqi dərsləri yaddaşı və beyni yaşla bağlı dəyişikliklərdən qorumağa kömək edir.
Oxu.Az "Imaging Neuroscience" dərgisinə istinadən xəbər verir ki, Yaponiyanın Kioto Universitetinin alimləri belə nəticəyə gəliblər.
Təcrübədə təxminən 70 yaşlı insanlar iştirak ediblər. Beləliklə, məlum olub ki, üç il davamlı musiqi təhsili alan və musiqi alətindən istifadə etməyi mənimsəyən yaşlı adamlar öz həmyaşıdlarından daha yaxşı hafizəyə malikdirlər.
Alimlər həmçinin müəyyən ediblər ki, musiqi alətində ifa etmək beyindəki boz maddənin azalmasının qarşısını alır. Boz maddə onurğalıların və insanların mərkəzi sinir sisteminin əsas komponentidir. Bu maddə impulsların ötürülməsində və məlumatların işlənməsindən məsul olan neyronları tənzimləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 10 İyul 2025 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















