Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Musiqi kəhkəşanında qəfil parlayan “Dan ulduzu”

Musiqi kəhkəşanında qəfil parlayan “Dan ulduzu”

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aynur TURAN

(əvvəli BU LİNKDƏ)

Konservatoriyanın iki- bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov və bir sıra digər tanınmış bəstəkarla işləyirdi. Onların hamısı bizim evdə olmuşdular…”

Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: “1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçisi Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı…”

Xatırladaq ki, Gülarə Əliyeva 1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və “Dan ulduzu” ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur.

O bu boyda bir cahanı yaradıb,

Yeri-göyü, asimanı yaradıb,

İnsan onu, o insanı yaradıb,

Bu dünyanın əlifbası-məhəbbət,

Ən ilk nəğmə, ən ilk yazı məhəbbət.

Dəyərli qonaqlar, bu gün sənətinə xüsusi məhəbbət və sevgi ilə bağlanan, xalqın sevilən qızı, bir istedadlı Azərbaycan qadını-Gülarə Əliyevanın yubileyidir.

... Deyirlər, insan doğulan an səmada yeni bir ulduz yaranır, parlayır... Bəxt ulduzu...

Və o ulduz bir də həmin insan dünyadan köçən anda sönür...

O da parlaq ulduz altında dünyaya gəlmişdi. Ulduzu da, necə deyərlər, üzünə, bəxtinə gülmüşdü. Elə əsl ulduz həyatı yaşamışdı. Amma tək özü yaşamamışdı, başqalarına da yaşatmışdı. Çünki məhz onun yaratdığı "Dan ulduzu” Azərbaycanın musiqi səmasında parlaq ulduza çevrilərək onlarla istedadlı gəncin sənət yoluna işıq tutdu. Onları xalqa tanıtdı, məşhurlaşdırdı, sevdirdi, ulduz etdi.

XX əsr Azərbaycan musiqisinə ulduzlar pleyadası bəxş etdi. Vətəninin adını xarici ölkələrdə tanıtdı, mədəniyyətini layiqincə təmsil etdi, musiqisinə öz töhfələrini verdi. Bununla da adını qızıl hərflərlə tariximizə həkk etdi. Dünyada klassik və xalq çalğı alətlərinin sintezindən ibarət ilk ansamblın yaradıcısı, Şərqdə ilk qadın ansambl rəhbəri kimi... Azərbaycanın görkəmli musiqiçisi, pianoçusu, sənətşünaslıq elmləri namizədi, əməkdar incəsənət xadimi kimi...

Və sadəcə əfsanəvi "Dan ulduzu” ansamblının yaradıcısı, bədii rəhbəri Gülarə Əliyeva kimi...

O, 57 yaşında həyata gözlərini yumdu. Yaşasaydı bəlkə də daha neçə-neçə sevilən nəğmələrin, musiqi nömrələrinin müəllifi olacaqdı... Yaşasaydı...

Kitabxanaçının dəyərli çıxışından sonra tədbir iştirakçıları öz çıxışına keçid alır, musiqiçilər onunla bağlı xatirələrdən söhbət açır.

Unudulmaz ansanbl yaradıcısı Gülarə Əliyevanın 90-illik yubileyi ilə əlaqədar olaraq keçirilən maraqlı tədbirlərdən biri də “Şərqdə ilk qadın ansambl rəhbəri” adlı ədəbi-bədii gecədir. Gecədə Azərbaycanın görkəmli şair və musiqişünasları, bəstəkarlar, sənət adamları, müğənnilər, oxucular, məktəblilər toplaşır. Qonaqlar Gülarə Əliyevanın şəkilləri, onun haqqında deyilmiş sitatlar yazılmış çərçivərələrlə bəzədilmiş zalda öz yerlərini alırlar. Gecənin əvvəlində tədbir iştirakçılarına Gülarə Əliyevanın həyat və yaradıcılığından bəhs edən slayd təqdim olunur. Sonra isə ədəbi-bədii gecəyə "Dan ulduzu" ansamblı — Xatirə (1988) — musiqi: Sevil Əliyevaya aid mahnı ilə start verilir. Gözəl ovqatdan sonra aparıcılar səhnəyə yaxınlaşır.

I Aparıcı: Hər kəs yer üzünə bir missiya ilə gəlir. Onun da çiyinlərinə Yaradan o missiyanı qoymuşdu. Yazı Yazan taleyini, qədərini notlarla yazmışdı sanki, musiqini ruhuna, qanına, canına hopdurmuşdu... Yoxsa həkim ailəsində ilk musiqiçi o olmazdı...

Gülarə xanım görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Evin şən, dəcəl qızı idi. Əslində, musiqiçi olacağı hələ uşaq yaşlarından evdə hamıya agah olmuşdu. Çünki bütün günü evdə həm oxuyar, həm oynayardı. Şıltaqlığı ilə ailədə hamının üzünü güldürərdi. Maraqlı uşaqlıq illəri olub. Həmin çağlarını xoş xatirələrlə anardı. Atasını dəhşət çox sevirdi. Özü də zahirən ona çox bənzəyirdi. Çox mehriban ailə olublar. Gəliş-gedişli, qonaq-qaralı... Azərbaycanın o dövr görkəmli ziyalılarının çoxu onlara gələrmiş. Evdə daim yaradıcı, elmi söhbətlər edilərmiş. Gülarə xanım o cür mühitdə böyümüşdü.

Ailədə hamı həkim idi - atası, bacısı Zərifə, qardaşı Tamerlan. Sonradan evin sonbeşiyi Cəmil də bu ailə ənənəsini davam etdirdi. Gülarə Əliyeva da tibb sahəsində bilgili idi. Ancaq ailədə yeganə adam idi ki, musiqiyə yönəldi. Hamı da bu qərarını anlayışla qarşıladı. Çünki necə istedadlı olduğunu görürdülər. Və o istedadın qarşısına sipər çəkmək sadəcə ədalətsizlik olardı. Əliyevlər ailəsində isə ədalətsizlik əsla ola bilməzdi.

Peşəkar musiqiçi olmağı qarşısına məqsəd qoyan Gülarə Əliyeva həyat missiyası uğrunda ilk addımlarını atmağa başlayır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olmaq üçün imtahan verir. Üzeyir Hacıbəyli kimi dahidən "hə” cavabı alıb, ali təhsilə başlayır. Özü də iki fakültədə...: Gülarə Əliyeva istedadlı pianoçu idi. Mükəmməl musiqi duyumu vardı. Amma musiqi bəstələmək üçün musiqişünas olmaq lazım idi. Ona görə Gülarə Əliyeva konservatoriyanın fortepiano və tarix-nəzəriyyə fakültəsində paralel təhsil alıb. Unudulmaz tələbəlik illəri olub. O dövrün tanınmış müəllimlərindən dərs alıb.

O, "Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Dəyərli əsərdir, onu kitab kimi nəşr etdirmək fikrim var. 23 il İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasına rəhbərlik edib, o cümlədən institutun elmi şurasının üzvü olub. 1969-cu ildən dosent idi, elmi-pedaqoji fəaliyyət göstərib. Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində və Əhsən Dadaşovun ansamblında konsertmeyster işləyib. Çoxsaylı əsərlər bəstələyib.

Bütün bunlarla yanaşı istedadlı musiqiçi Gülarə Əliyevanın içindəki, ruhundakı melodiya, avaz dinmək bilmirdi. Musiqidə yenilik etmək coşqusu getdikcə daha da alovlanırdı. Onu öz missiyasına doğru aparırdı. Nəhayət, 1968-ci ildə Gülarə Əliyeva nəinki Azərbaycanda, dünyada bir ilkə imza atır. Klassik və milli alətlərin sintezindən ibarət ansambl yaradır...

Bu, o dövr üçün bir inqilab sayılırdı. Həm də cəsarət tələb edirdi. Çünki elə bir sintez heç vaxt olmamışdı. Necə qarşılanacaqdı? Seviləcəkdimi? Gülarə xanım bu yeniliyi etdi. Və çox gözəl qarşılandı, dərhal da sevildi. Xeyli vaxt idi məşqlər gedirdi, amma hələ də ansambla ad qoyulmamışdı. Ad üzərində çox düşündülər, var-gəl etdilər, müxtəlif fikirlər səsləndi.

AzTV-nin o vaxtkı sədri Nəbi Xəzri “ Dan ulduzu” adını təklif etdi. Anamın da çox xoşuna gəldi. Beləliklə, ansambl AzTV-nin nəzdində "Dan ulduzu” adı ilə fəaliyyətə başladı. Qeyri-adi ansambl idi. Musiqi səslənən kimi elə ilk notlardan hamı bilirdi ki, bu, "Dan ulduzu”nun ifasıdır. Çünki fərqli, standart ifalardan seçilən səslənmə, musiqi idi. Anamın ürəyindən keçən, ruhundan qopan melodiyalar idi.

Tezliklə "Dan ulduzu” Azərbaycan musiqisində ulduz kimi parlayır. Ansamblın konsertləri efirləri, tədbirləri bəzəyir. Gülarə Əliyeva ansambla daha çox konservatoriyanın tələbələrini, istedadlı, həvəsli gəncləri seçir. Leyla Şərifova və Yalçın Rzazadə ilk solistlər olur. Sonradan bu ansamblla kimlər çıxış etmədi ki?! Şövkət Ələkbərova, Elmira Rəhimova, Flora Kərimova, Akif İslamzadə, Hüseynağa Hadıyev, Səkinə İsmayılova, Məmmədbağır Bağırzadə, Məhəbbət Kazımov, Aybəniz Haşımova... Ansamblın üzvləri qarşısına isə bir tələb qoyulmuşdu: yalnız peşəkar bəstəkarların mahnıları səslənməlidir...

...Həmin gün - 1991-ci il iyulun 27-si adi yay günlərindən seçilirdi. Səhər həyəcanla açılmışdı. Evin sonbeşiyi Nuridə konservatoriyaya imtahan verməyə getmişdi. Axşam isə Adil Adilov xəstəxanada müalicə almaq üçün Moskvaya yola düşməliydi. Evdə qəribə bir çaxnaşma, gərginlik vardı. Bir yandan yemək hazırlanırdı, bir yandan yol çamadanı yığılırdı, digər tərəfdə qızlar imtahanın necə keçməsindən danışırdılar. Ansamblın violonçel ifaçısı Minirə Yusifli də onlardaydı, ansambla aid işlərlə məşğul idi. Məlum hadisə axşam saat 6-da baş verdi və Gülarə Əliyeva bu dünyadan çıx ərkən köçüb getdi. Gülarə Əliyevanın bu dünyadakı missiyası beləcə bir faciə ilə bitdi. Musiqili ömrü son akkordlarını vurdu. Həyat melodiyası vaxtsız susdu. O ürəkdə neçə-neçə musiqilər, bəstələr doğulmamış dəfn olundu...

Bu ilin noyabrında ölməz yaradıcı şəxsiyyət Gülarə Əliyevanın 90 yaşı, ansamblın yaranmasının isə 55 illiyidir. Onun adı və ölməz musiqilər illər, qərinələr keçsə belə yaddaşlardan silinməyəcək və mahnılarda yaşayacaq. Gülarə Əliyeva sənətkar və şəxsiyyət kimi buna layiqdir. O, XX əsr Azərbaycan musiqisinə öz izini qoyub, böyük işlər görüb. Şərqdə ilk qadındır ki, ansambl yaradıb və ona rəhbərlik edib. Dünyada klassik və milli alətlərin sintezindən ibarət ilk ansamblın yaradıcısıdır. Onun xidmətlərini unutmaq və danmaq olmaz.

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri