Icma.az
close
up
RU
Musiqi məbədi Şuşa

Musiqi məbədi Şuşa

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrsimizin Tətbiqi və Təbliği İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə ithaf olunmuş "Musiqi məbədi Şuşa" kitabının təqdimatına həsr olunan "Şuşa musiqidə" adlı ədəbi-bədii tədbir həyata keçirilib.

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın tarixini, sənət ənənələrini və musiqi yaddaşını əks etdirən tədbir iştirakçıları milli ruh və qürur hissi ilə bir araya gətirib. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra, Şuşanın tarixi, mədəni irsi və mənəvi simasını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya gedəcəyik, biz Şuşasız yaşaya bilmərik" fikirləri, Prezident İlham Əliyevin "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" və "Biz Şuşanı azad etdik" sözləri yer alıb. Videoçarxda həmçinin Şuşa haqqında ilk mahnının müəllifi olan Xan Şuşinskinin "Şuşanın dağları" mahnısının sədaları altında Şuşanın bugünkü görüntüləri təqdim olunub.

Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxışında bildirib ki, nəşrin yaranmasına 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin "Biz Şuşanı azad etdik, Şuşa artıq azaddır" sözləri ilham verib. Müəllif bu kitabı Şuşaya mənəvi hədiyyə kimi qələmə aldığını, sənətkarın ən dəyərli töhfəsinin söz və kitab olduğunu vurğulayıb.

Tədbirdə Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva,  sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabova, Ziyalılar İctimai Birliyinin sədri, rəssam Minayə Feyzullayeva çıxış edərək, Şuşanın mədəniyyət paytaxtı kimi yenidən dirçəlməsi və ölkəmizdə gedən ictimai-mədəni proseslərdə vacib rolu olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu cür yeni nəşrlərin ərsəyə gəlməsi  Azərbaycanın musiqi tarixini öyrənən gənclər üçün də əvəzolunmaz bilik mənbəyidir. Tədbirin bədii hissəsi Şuşaya həsr edilmiş musiqi nümunələri ilə davam edib. Süleyman Ələsgərovun "Gözəl Şuşa", Oqtay Rəcəbovun "Şuşa", Emin Sabitoğlunun "Şuşanı qar gördüm", Səid Rüstəmovun "Gözəl Şuşa" musiqi ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Proqram çərçivəsində balaban ansamblının müşayiəti ilə Xarı-Bülbül mövzusunda kompozisiya təqdim olunub. Daha sonra Əməkdar artist Elza Seyidcahanın müəllifi olduğu "Şuşam", musiqisi Rüfət Ramazanov, sözləri Səadət Təhmirazqızına məxsus "Gözəl Şuşa" mahnıları ifa olunub. Xalq artisti Fidan Hacıyevanın ifasında sözləri Vahid Əzizin musiqisi professor Könül Hüseynovanın olan "Şuşam mənim", musiqisi Vasif Adıgözəlov, sözləri Vüqar Abdülova aid "Şuşam laylay" musiqi kompozisiyaları təqdim edilib. 

Sonda C. Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin "Renessans" xor kollektivinin ifasında Aytən İsmixanovanın sözlərinə bəstələnmiş Seymur Aslanovun "Şuşa evinə qayıtdı" mahnısı ilə proqram yekunlaşıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı XQ-yə müəllifi olduğu kitab barəsində məlumat verib:

“Bu kitab Şuşanın XVIII əsrdən bu günə qədər olan zəngin musiqi tarixini əhatə edir, şəhərin mədəni həyatına elmi-ensiklopedik baxış təqdim edir. Nəşrdə Şuşanın musiqili teatr ənənələri, görkəmli şuşalı musiqiçilər və onların nəsilləri haqqında qısa, lakin əhatəli məlumatlar yer alır. "Şuşa musiqidə" bölməsində isə həm xalq, həm də professional musiqidə Şuşaya həsr olunmuş əsərlər təhlil olunur.

Kitabın yekun bölməsində isə Şuşanın azad edilməsindən sonra aparılan mədəni dirçəliş prosesi, Üzeyir Hacıbəyli və Bülbülün ev muzeylərinin bərpası, Xarı-Bülbül Festivalı və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti geniş şəkildə əks etdirilir. Mədəniyyət Nazirliyi tərəfindən nəşr olunmuş bu yeni kitab dörd yüz səhifədən artıq həcmə malikdir”.

Fidan Salmanova
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri