Icma.az
close
up
RU
Nizami yurdunun musiqi məbədi

Nizami yurdunun musiqi məbədi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Gəncə Dövlət Filarmoniyası – 90

Bu gün Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə sürətlə müasirləşir, abadlaşır, inkişaf edir və öz yeni simasına qovuşur. Buradakı mədəniyyət ocaqları sahəyə göstərilən dövlət qayğısı sayəsində daha da fəallaşıb. 90 illik yubileyi qeyd olunan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası bu sahədə flaqman sayılır.

Gəncədə bu sənət məbədi vaxtilə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Bir müddətdən sonra çox qısa zamanda Filarmoniya öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 1941-ci ildə orduya çağrılan və 1942-ci ildə ağır xəstəliyi üzündən cəbhədən qayıdan Fikrət Əmirov bir müddət Gəncədə qalıb və buradakı teatrda baş rejissor Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazıb. Sonra Bakıda konservatoriya təhsilini başa vuraraq Gəncəyə göndərilib. Burada Xalq artisti Məhəmməd Burcəliyev və bəstəkar Qəmbər Hüseynli ilə Dövlət Filarmoniyasını bərpa etmək qərarına gəliblər. Bu zaman Fikrət Əmirov bədii rəhbər, Məhəmməd Burcəliyev isə filarmoniyanın direktoru təyin olunublar. Gəncə Dövlət Filarmoniyası 1949-cu ilə kimi fəaliyyət göstərib. 1949-cu ildə Filarmoniyanın fəaliyyətinə yenidən xitam verilib.

Sonradan Dövlət Filarmoniyasının Gəncədə yaradılması Əməkdar mədəniyyət işçisi Şirin Rzayevin üzərinə düşüb. Mədəniyyət Nazirliyinin 1990-cı il tarixli qərarı ilə Gəncə çayının sol sahilində yerləşən konsert binasında “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının bazası əsasında Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayıb. Şirin Rzayevin xatirələrindən: “Mən Filarmoniyaya direktor təyin olunduqdan sonra Əməkdar artist Elçin Elçiyevlə Xalq Çalğı Alətləri Orkestrini, daha sonra Namiq Verdiyevlə “Ulu Gəncə” ansamblını yaratmağa müvəffəq olduq”.

Gəncə Dövlət Filarmoniyasının yeni binasının təməli Prezident İlham Əliyev tərəfindən 21 yanvar 2012-ci ildə Gəncəyə səfəri zamanı Nizami rayonu ərazisində, Cavad xan və Heydər Əliyev prospektinin kəsişməsində, əvvəllər Bakı kinoteatrının yerləşdiyi ərazidə memar Ramiz Hüseynovun orijinal layihəsi əsasında qoyulub. Tikinti işləri 2017-ci ilin noyabr ayınadək davam etdirilib və həmin ayın 10-da dövlət başçısının iştirakı ilə yeni binanın açılış mərasimi olub.

Bu gün şəhərin memarlıq görünüşünə xüsusi estetik gözəllik bəxş edən, klassisizm üslubunda inşa edilmiş altımərtəbəli filarmoniya binasının inşasında Qərb Renessans arxitekturasının bir çox elementlərinin Şərq memarlıq ənənələri ilə üzvi şəkildə birləşməsi diqqəti cəlb edir. Bu mötəbər bina bir sıra mədəni tədbirlər, festivallar, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli müsabiqələrin keçirilməsi üçün əvəzsiz məkana çevrilib. 1200 nəfərlik tamaşaçı auditoriyası üçün nəzərdə tutulan binada həm də 2 kinozal, açıq havada yay estrada meydanı, eləcə də bir çox studiya və məşq otaqları var. Burada, eyni zamanda 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri ucaldılıb. Ərazidə açıq havada yay konsert meydançası ilə yanaşı, həmçinin baxış qülləsi və ümumi sahəsi 2 min kvadratmetr olan 2 korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Gəncə Dövlət Filarmoniyasının nəzdində “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri məhsuldar fəaliyyət göstərir. Xalq Çalğı Alətləri Orkestrindən söhbət açan Əməkdar artisti Elçin Elçiyev deyir: “Bu gün orkestrimiz 44 nəfərdən ibarətdir. Ancaq əsas heyətin tərkibi 25 nəfərdir. Səbəb də bundan ibarətdir ki, Xalq Çalğı Alətləri Orkestrinin tərkibində “Xəmsə” Estrada qrupu da ictimai əsaslarla fəliyyət göstərir. Bu estrada qrupu Əməkdar artist Teymur Əmrahın təşəbbüsü ilə yaradılıb. Həmçinin Salam Cavadovun rəhbərliyi ilə ictimai əsaslarla “Gülşən” Uşaq Rəqs Ansamblı da fəaliyyət göstərir. Xalq Çalğı Alətləri Orkestri tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində hər zaman müvəffəqiyyətlə çıxışlar edir.

“Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı dəfələrlə Türkiyə Respublikasında, müxtəlif beynəlxalq festivallarda, o cümlədən “Dədə Qorqud” Festivalında, Azərbaycan Xalq Rəqsləri Festivalında, Giresun-Aksu Beynəlxalq Festivalında, TÜRKSOY-un Novruz şənliklərində Azərbaycanı böyük uğurla təmsil edib. Gəncə Dövlət Kamera Orkestrinin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, klassik xarici bəstəkarların əsərləri əsas yer tutur.

Hazırda Gəncə Dövlət Filarmoniyasının yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yubilyar filarmoniyanın yeni binasının istifadəyə verilməsi bir daha Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqinin təzahürüdür.

Anar Ərtoğrul-BURCƏLİYEV,
teatrşünas-tənqidçi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri