Icma.az
close
up
RU
“Musiqi təhsilli idi, məktəbdə işləyirdi” Seyfəddin Hüseynli

“Musiqi təhsilli idi, məktəbdə işləyirdi” Seyfəddin Hüseynli

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Modern.az xəbər verir ki, AzEdu.az öldürülən azərbaycanlıların təhsili ilə bağlı qardaşı Seyfəddin Hüseynliylə əlaqə saxlayıb.

S.Hüseynli qeyd edib ki, həlak olanlardan biri 1966-cı il təvəllüdlü Hüseyn Səfərov orta təhsilli idi:

"Orta məktəbi bitirdikdən sonra qardaşım bir müddət əmək fəaliyyəti ilə məşğul olub, daha sonra hərbi xidmətə yollanıb. Həmin qardaşım bitirdiyi Mərzili kənd orta məktəbində təsərrüfat müdiri kimi çalışıb. Eyni zamanda pedaqoji kollektivin üzvü kimi məktəbin təhsil tədbirlərində fəal iştirak edib. Ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etsə də, qəbul ola bilməyib və bundan sonra hərbi xidmətə getmişdi.

Qardaşımın ibtidai musiqi təhsili də var idi. O, bir müddət musiqi kollecində fəaliyyət göstərib və gitara ifaçısı kimi tanınıb.

Digər qardaşım Ziyəddin Səfərov da Mərzili kənd orta məktəbini yüksək qiymətlərlə bitirib. Daha sonra Yekaterinburqda Texnologiya İnstitutuna qəbul olunaraq təhsilini orada davam etdirib. İnstitutu bitirdikdən sonra özünə biznes quraraq fəaliyyət göstərib. Ziyəddin olduqca mədəni, səviyyəli bir insan idi və övladlarının təhsilinə xüsusi diqqət yetirirdi. Onun övladlarından biri Yekaterinburqda Ural Dövlət Universitetində hüquq, digəri isə maliyyə-iqtisad ixtisası üzrə təhsil alıb.

Ailəmiz ümumilikdə təhsilə, müəllimliyə, ziyalılığa həmişə böyük önəm verib. Hər birimiz savadlanmağa, maariflənməyə xüsusi diqqət göstərmişik. Digər qardaşlarımdan biri ali təhsilli həkimdir, başqa bir qardaşım-1964-cü il təvəllüdlü Bakir Səfərov isə ali təhsilli rus dili müəllimidir. Hazırda ona qısa müddətli həbs verilib. Uzun illər kəndimizdə rus dili müəllimi kimi fəaliyyət göstərib və bu gün onun çoxsaylı yetirmələri var. Təəssüf ki, bu qədər Rusiya mədəniyyətinin bilicisi olmasına baxmayaraq, belə bir təzyiqə və haqsızlığa məruz qalıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri