Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Min bir gecə” nağıl toplusunun ən məşhur nümunələrindən biri olan “Əlibaba və qırx quldur” maraqlı süjeti və öyrədici məzmunu müxtəlif tamaşa, film və səhnə əsərlərinin mövzusu kimi geniş istifadə olunur. Bu dəfə isə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Musiqili Uşaq Teatrı studiyasının təqdimatında həmin nağıl əsasında hazırlanan “Sehrli mağaranın sirri” tamaşası nümayiş olunub.
525.az-a Azərbaycan Dövlət Uşaq Filarmoniyasından bildirilib ki, balaca teatrsevərlər və onların valideynləri tərəfindən izlənilən səhnə əsəri dostluq, dürüstlük, cəsarət və xeyirin şər üzərində qələbəsi kimi dəyərləri özündə əks etdirib.
Uşaqların iştirakı ilə səhnələşdirilən tamaşada balaca aktyorlar il ərzində qazandıqları səhnə bacarıqlarını nümayiş etdirərək obrazları uğurla canlandırıblar.
Qeyd edək ki, artıq 10 ildən çoxdur fəaliyyət göstərən teatr studiyası hazırladığı uğurlu tamaşalar, peşəkar yanaşması və istedadlı yetirmələri ilə tamaşaçıların rəğbətini qazanaraq Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ən fəal yaradıcılıq kollektivlərindən birinə çevrilib. Bir çox yaddaqalan səhnə əsərlərinə imza atan dərnək bu gün də uşaqların yaradıcılıq potensialının inkişafına töhfə verməyə davam edir.
Tamaşanın quruluşçu rejissoru Nəsimi Əliyev çıxışı zamanı qeyd edib ki, uşaqlar tamaşanın hazırlanması prosesində böyük həvəs və məsuliyyət nümayiş etdiriblər. O bildirib ki, səhnədə əldə olunan uğurlu nəticə balaca aktyorların zəhmətinin, yaradıcılıq enerjisinin və kollektiv əməyin bəhrəsidir.
Tamaşada həmçinin Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivləri (xoreoqraflar Nigar Zeynalova, Günel Təhməzova və Nuranə Qənbərova) və “Səda” uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə) iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 İyun 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















