Icma.az
close
up
RU
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.

Musiqili Teatrdan AZƏRTAC-a bildirilib ki, Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası festival iştirakçılarının böyük marağına səbəb olub və müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

Teatrın nümayəndə heyətinin üzvləri – Musiqili Teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, Əməkdar artist Şövqi Hüseynov, monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, işıqçısı Nicat Həmidov Qazaxıstanda hörmət, ehtiram və yüksək qonaqpərvərliklə qarşılandıqlarını xüsusi vurğulayaraq əziyyəti olan hər kəsə təşəkkür ediblər.

İstər festival iştirakçıları, istərsə də yerli media nümayəndələri tərəfindən rəğbətlə qarşılandıqlarını qeyd edən aktyor ölkəmizi belə bir nüfuzlu beynəlxalq layihədə təmsil etdiyinə görə qürur duyduğunu bildirib: “Qazaxıstanın Şimkənd şəhərində ilk dəfə olsam da, gözəl təəssüratlarım tükənməzdir, çünki özümü orada yad kimi hiss etmədim, insanların doğma münasibəti hər birimizi məmnun etdi. Bir-birindən maraqlı görüşlər sadalamaqla bitməyən xoş xatirələrə çevrildi”.

Tədbirin proqramı çərçivəsində türkdilli ölkələrin teatr xadimləri, incəsənət nümayəndələri ilə işgüzar görüşlərdən danışan Vəfa xanım da səfər təəssüratlarının yüksək olduğunu vurğulayıb: “Düşünürəm ki, bu cür qarşılıqlı mədəni əlaqələr ölkələri bir-birinə daha da yaxınlaşdırır. Əslində, onların bizə olan doğma münasibəti Azərbaycana sevgilərinin təcəssümüdür və biz bunu hər addımda hiss etdik. Ümidvaram ki, bundan sonra da sıx əlaqələrimizi uğurla davam etdirəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see125

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri