Icma.az
close
up
RU
Müslüm Maqomayev və Lənkəran

Müslüm Maqomayev və Lənkəran

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan professional musiqisinin ikinci böyük nümayəndəsi, dahi Üzeyir Hacıbəylinin dostu və silahdaşı Müslüm Maqomayevin həyatının Azərbaycan dövrü ilk vaxtlar Lənkəranla bağlı olmuşdur. Qori Müəllimlər Seminariyasını Üzeyir bəylə birlikdə bitirmiş Müslüm bir müddət Şimali Qafqazın Bekoviç kəndində işləmiş, sonra Lənkərana gələrək şəhərdəki Vorontsov-Daşkov adına dördsinifli şəhər məktəbində (1 saylı orta məktəbin köhnə binası, indiki mərkəzi meydan) çalışmışdı.

Gənc ibtidai sinif müəllimi burada əmək və musiqi dərsləri keçmiş, uşaqlara kitab cildləməyi öyrətmişdi. General Həzi Aslanovun abidəsi önündəki ağaclar da o zaman Müslüm Maqomayevin təşəbbüsü və iştirakı ilə əkilmişdi. Həmin dövrdə bu yer “Üçkünc bağ” adlanmışdı.

...Lənkəran şəhərinin Şirəli Axundov küçəsində hamının yaxşı tanıdığı taxta bir ev vardı. Hələ XIX əsrin əvvəllərində bu evin pəncərələrindən küçəyə könül oxşayan musiqi təranələri süzülürmüş. Evin sakini Vorontsov-Daşkov adına dördsinifli şəhər məktəbində dərs demiş, sonra indiki 1 nömrəli məktəbin müəllimi olmuş, hamının Əbdül Müslüm, yaxud Müslüm mirzə deyə müraciət etdiyi bir gənc olmuşdu. O, sonralar Azərbaycan professional musiqi sənətinə əvəzsiz töhfələr vermiş unudulmaz bəstəkarımız Müslüm Maqomayev imiş.

Mən də 1964-1966-cı illərdə Müslüm müəllimin dərs dediyi həmin köhnə məktəbdə oxumuşdum. Uzun illər milis və maarif orqanlarında çalışmış mərhum Aslan Kələntərli öz müəllimini tez-tez yada salırdı. O, Müslüm müəllimin təşkil etdiyi xor və dram dərnəklərinin üzvü olmuşdu. Danışardı ki, onlar Azərbaycan, rus və talış dillərində mahnılar oxuyar, tamaşalar göstərərdilər. Lənkəran camaatı uşaqların çıxışlarını maraqla qarşılayarmış. Aslan Kələntərli Müslüm Maqomayevin rəhbərliyi ilə keçən ilk konserti belə xatırlayırdı:

- Salonda yerlər tutulduğundan, adamların bir qismi sıraların arasında ayaq üstə durmuşdu. Qonaqlar və yerli ruhanilər qabaq cərgədə əyləşmişdilər. Müslüm mirzə həyəcanlı idi. Axı, bu gün müsəlman qızları ilk dəfə xorda oxuyacaqdılar.

Pərdə yavaş-yavaş qaldırıldı, oğlan və qızların məlahətli səsi ətrafa yayıldı. Xoru əvvəlcə tütək, balaban və qara zurna, sonra tar və qaval müşayiət etdi. Yaşlı bir kişi hirslə qalxıb, salondan çıxdı. Ona daha iki nəfər qoşuldu. Görünür, qızların səhnəyə çıxarılmasından narazı qalmışdılar. Konsert isə davam edirdi. "Kinəlim-kinəlim", "Zəngi yar", "Yar aldı məni", "Həlimə", "Ay dili-dili", "Yar düymələri mərcan", "Ağam xan otağında", "Limo" kimi xalq mahnıları bir-birini əvəz etdikcə alqışlar qopurdu. Müslüm bu mahnıları çəltik zəmilərində, toylarda ağsaqqal və ağbirçəklərdən eşitmiş, onları xor üçün işləmişdi.

Sonra səhnəyə dram dərnəyinin üzvləri çıxdılar. Şagirdlər Müslüm müəllimin rəhbərliyi ilə Azərbaycan və rus dillərində kiçik həcmli tamaşalar hazırlamışdılar. Əliağa Babayevin, Cahangir Talışlının çıxışları gənc müəllimin ürəyini riqqətə gətirdi. Konsertdən sonra qocaman müəllim Mirzə Ağəli Əliyev Müslümün əlini sıxıb, ziyalılar adından onu təbrik etdi və dedi: “Allahdan arzum budur ki, sorağın böyük səhnələrdən gəlsin”.

Respublikanın Əməkdar müəllimi Mirhaşım Talışlı və onun dostu, musiqi müəllimi Daşdəmir Məmmədov Müslüm Maqomayevin Lənkərandakı fəaliyyətini uzun illər böyük maraqla öyrənmişdilər. Onlar öz xatirələrində yazırlar ki, böyük bəstəkarın şagirdlərindən biri - Əbülfəz Əsədullayev bir gün ondan soruşur:

– Müslüm mirzə, neçə illərdir, çəltik zəmilərində işləyən qadınlardan nəğmələr toplayırsan, bəs bu nəğmələr qurtarmadı?

Müəllim cavabında deyir:

– Əbülfəz, dəryada balıq qurtarmadığı kimi, talışda da nəğmə bitən deyil...

Əbülfəz Heydər oğlu Əsədullayev Müslüm Maqomayevin 1906-1908-ci illərdə dərs dediyi sinfində, oxumuşdu.

Müslüm Maqomayev Lənkəranda müəllim işləyərkən Gərmətük yolunda 2 qızın nəğmə oxuya-oxuya getdiyini görür. Xanımi Məmmədova və Misri Nurullayevanın səsi bəstəkarın xoşuna gəlir və onları xor dərnəyinə dəvət edir.

Müslüm müəllimin Lənkəranda İsmayıl xan Talışinski, Qulam Səmədzadə kimi sənət dostları vardı. M.Maqomayev Lənkəranda musiqi həvəskarları ilə də görüşər və məsləhətlərini verərdi. Vaxtı ilə şagirdi olmuş Səmidxan Talışinskinin məlumatına görə, M.Maqomayev 1909-cu ildə Lənkəranda dərs dediyi şagirdlərin bir qrupunu öz hesabına Qroznı şəhərinə apararaq, orada konsert təşkil etmişdi.

Müslüm Maqomayevin yetirməsi, Lənkərandan olan Qulam Səməd oğlu Səmədzadə 1928-ci ildə konservatoriyada nəfəsli alətlər üzrə klarnet şöbəsini bitirmiş, Bakıda Ü.Hacıbəyov və M.Maqomayevin rəhbərliyi ilə təşkil olunmuş Xalq çalğı alətləri orkestrində işləmişdi.

Müslüm Maqomayev Lənkəranda xor, dram dərnəyi, nəfəsli orkestr təşkil etmiş, talış xalq nəğmələrini toplayaraq nota almışdı. O, həmçinin, 75 nəfərlik orkestrə dirijorluq edirmiş. Orkestrdə skripka, fleyta, truba, kvartet və s. musiqi alətlərindən istifadə olunurdu.

Müslüm Maqomayev Azərbaycan opera sənətinin banisi, bacanağı olan dahi Üzeyir Hacıbəyova Lənkəranda yayılmış yerli xalq mahnılarının toplanmasına da köməklik etmişdi. Əməkdar müəllim Hacı Mirhaşım Talışlı deyərdi ki, Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin bir sıra əsərlərində, hətta operalarında ara-sıra talış nəğmələrinə də təsadüf edilir. Lənkəranda işlədiyi 1905-1911-ci illər Müslüm Maqomayevin bəstəkarlıq fəaliyyətində mühüm rol oynamışdır.

Dahi bəstəkarın yaşadığı birmərtəbəli taxta evə vurulmuş lövhədə yazılmışdı: "Bu evdə görkəmli bəstəkar Müslüm Maqomayev yaşamışdır (1906-1911)". Təəssüf ki, bu gün nə həmin ev, nə də ona vurulmuş xatirə lövhəsi qalıb. Onun yaşadığı evin yerində bank binası tikilib. Deyirəm, nə yaxşı ki, “Lənkəran” qəzetinin məsul katibi işlədiyim dövrdə foto müxbirimiz Gülağa Cəfərova Müslüm Maqomayevin bir vaxt yaşamış olduğu evin şəklini çəkdirmişdim. Bu gün Müslüm Maqomayevi yaşadan həmin şəkil, bir də xatirələr qalıb.

Şəhərin küçələrindən birinə böyük bəstəkarın adı verilib. Anadan olmasının 100 və 130 illiyi Lənkəranda geniş qeyd edilib.

Baba Müslüm və nəvə Müslüm Maqomayevlər Bakıda - Fəxri xiyabanda dəfn olunublar. İllər keçsə də, Müslüm Maqomayevlər unudulmur, ad və tarixi günlərdə neçə-neçə insan onların məzarı önünə toplaşır, hər ikisini ehtiramla yad edir.

Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri