Icma.az
close
up
RU
Səsi ilə ürəkləri fəth edən Müslüm Maqomayev

Səsi ilə ürəkləri fəth edən Müslüm Maqomayev

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanı mahnıları ilə gəzən və hər bir ifasında Azərbaycanı, onun gözəlliyini vəsf edən Müslüm Maqomayev bir ömür yolunda böyük bir sənətkar ömrü yaşadı. Mahnıları ilə, Azərbaycanı eldən-edə tanıtması ilə. Hansı ölkədə olmasından asılı olmayaraq. böyük sevgi ilə Azərbaycandan söz açdı. Ey əziz anam, Azərbaycan! - deyərək, onu qucağında bəsləyən vətəni ülvi hissləri ilə dünyaya təqdim edəndə bir övlad sevgisini ifadə etmiş oldu.

Böyük musiqiçi idi Müslüm Maqamayev. Dildən-dilə düşərək, dünyanı klassik musiqisi ilə gəzən sənətkar sanki ifası ilə bəşəriyyətin dilində danışmağı bacarırdı. Tərcüməyə ehtiyac olmadan qitələrə yol açan musiqisində insanları sanki biri-birinə yaxınlaşdırdı. Sərhədsiz musiqi dünyası ilə böyük bir məktəb yaratmış oldu. Bu məktəbdən çoxları keçdi, ona bənzəmək istədilər də. Amma Müslüm ola bilmədilər. Təkrarsız Müslüm Maqomayev. Onu bizdən çox da uzun olmayan bir zaman məsafəsi ayırsa da bu cismani yoxluq ruhi dünyalara bir soyuqluq gətirməmişdir. İstər ifası, istərsə də tərcümeyi-halı ilə nümunəvi bir ömür yaşadı. Onun keçdiyi şərəfli ömür yolunun səhifələri zəngin və oxunaqlıdır.

1942-ci ildə Bakı şəhərində dünyaya göz açan dünya şöhrətli müğənni Müslüm Maqomayev gənclik illərini Bakıda keçirib. İlk dəfə olaraq, 14 yaşında ikən Dənizçilər klubunda çıxış edib. Qeyri adi-istedada malik olan M.Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La Skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı.

O, gənclik xəyallarını gerçəkləşdirib və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı. Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. M.Maqomayevin nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmiş və məşhur dirijor və bəstəkar Niyazi ilə sıx təmasda olmuşdu. O, dövrünün təcrübəli pedaqoqlarından dərs almış, və beləliklə, dünya şöhrətli bir ifaçıya çevrilmişdir.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verir. İki il sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirir və 1969-cu ildə Sopotda keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alır. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verir. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılır.
M.Maqomayevin sonrakı yaradıcılıq fəaliyyəti Moskva şəhərilə bağlıdır. Müslümün fitri istedadı burada çiçəklənməyə başlayır və öz bəhrəsini bir sıra mahnıların ifasında görür. Moskvanın görkəmli bəstəkar-nəğməkarları Müslümün səsinə uyğun olan xüsusi mahnılar bəstələməyə başlanılır. Bunların sırasında "Buhenvald harayı", "Ruslar müharibə istəyirmi?" mahnıları, rus xalq mahnılarından: "Piter boyunca", "Mənim atlarım", italyan mahnılarından: "Luçiya", "Sorento" və s. xüsusi yer tutur. Bununla yanaşı, onun repertuarında Azərbaycan mövzusu da öz əksini tapır. Bunlardan Ü.Hacıbəyovun iki romansı - "Sənsiz", "Sevgili canan", həm də babası M.Maqomayevin "Şah İsmayıl" operasından Şah İsmayılın ariyasıdır. Ənənəyə sadiq qalaraq, M.Maqomayev öz bacarığını bəstəkarlıq sahəsində də müvəffəqiyyətlə sınayır. Bəstələdiyi mahnıların sırasında "Ey əziz anam, Azərbaycan!" öz layiqli yerini tutur. Bildiyimiz kimi, o, konsertlərinin əvvəlində və sonunda, o daima bu mahnını qüvvətli səslə və qüdrət hissilə ifa edirdi, bu da dinləyicilərdə böyük qürur doğururdu. Ötən əsrin 80-ci illərdə kinoda ölməz Nizami rolunda çəkilməyə təkliflər alır və onları qəbul edir. Beləliklə, Nizami obrazını özünəməxmsus bir tərzdə oynayır və böyük müvəffəqiyyət qazanır.
Onun keçdiyi zəngin yaradıcılıq yolu dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Yaradıcılıq fəaliyyətinə görə, SSRİ və Azərbaycanın ən yüksək ad və ordenlərinə layiq görülüb. Qırmızı Əmək Bayrağı Ordeni, Azərbaycan Respublikasının xalq artisti, SSRİ xalq artisti, Xalqlar Dostluğu Ordeni, "Şöhrət" ordeni və "İstiqlal" ordeni ilə təltif olunur.1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilmişdir. Bütün bunlarla yanaşı, müğənni SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.Böyük musiqiçinin sənət dünyasına musiqi duyumu yüksək olan dinləyicilər müraciət edərək, sözün əsl mənasında ölməz musiqiçi olan M.Maqomayevin ifasında gözəl musiqi əsərlərini dinləyirlər. Hər zaman yaddaşlarda, qəlblərdə yaşayan böyük musiqiçi böyük səs xəzinəsini bizlərə bəxş etmişdir.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri