Icma.az
close
up
RU
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli Lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.Xalqımız onun əziz xatirəsini həmişə uca tutur. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Ölkədə dövlətçiliyin möhkəmlənməsi, demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi fenomen şəxsiyyət Heydər Əliyevin tarixi xidmətləridir. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından, hədəflərindən bəhs ediriksə, bunların təməlində düşünülmüş siyasət, dövlətin, xalqın gələcəyini düşünən Lider amili dayanır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini daimi, dönməz etdi. Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Ulu Öndər Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərində yaşadığı çətinliklərdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirdi. Dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günündən bu inamı ifadə etmişdir ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə qüdrətli, güclü Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələr müəyyənləşdirildi və uğurla həyata keçirildi: “Ölkədə sabitliyin yaradılması əsas vəzifə kimi qarşıda dayandı. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazandı. Ümummilli Liderin neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyası formalaşdırıldı. Ümummilli Lider ilk gündən belə bir çağırışı etmişdir ki, müstəqilliyimizi və suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Azərbaycançılıq ideologiyasının inkişafı, təbliği Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə prioritet məsələ olub. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib”.Malik Həsənov vurğulayıb ki, ana dilimizin dövlət qayğısı ilə əhatə olunması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasının əsas tərkib hissələri idi: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanı daha da sürətləndirdi, bugünümüz üçün möhkəm təməl yaratdı. Neft gəlirlərinin səmərəli istifadəsini həyata keçirmək üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına reallığa çevrilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edir. İqtisadi müstəqilliyimiz ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara uyğun inkişaf etdirilir. Ulu Öndərin fəal diplomatiyasının, xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı, faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Ümummilli Liderin uğurlu və düşünülmüş siyasəti nəticəsində artıq bu gün tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər faktlar əsasında dünya ictimaiyyətinə çatdırıldı”.Millət vəkili Heydər Əliyev yolunun uğurlarından geniş bəhs edərək bildirib ki, Ümummilli Lider xalqa 1 oktyabr 2003-cü tarixli müraciəti ilə növbəti inamın ünvanını göstərdi və bugünkü Zəfərlərimizin əsası oldu: “Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı idi. Sözügedən müraciətində də bu inamı ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev axıra çatdıracaq.Cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonrakı dövr torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə həsr olundu. Hər bir vəd konkret əməli işdə öz təsdiqini tapmaqla yeni-yeni çağırışlara, hədəflərə yol açdı. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin, bütün Azərbaycan xalqının arzusunu reallığa çevirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəyə imza atmaqla tarixi ədaləti bərpa etdi, torpaqlarımız işğaldan azad olundu. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Tarixi Zəfərimizin, onun ardınca suverenliyimizin tam bərpasının yaratdığı reallıqları bu gün azad edilmiş Qarabağımızın, Şərqi Zəngəzurumuzun dirçəldilməsində, cənnət məkana çevrilməsində, Böyük Qayıdışın uğurla həyata keçirilməsində görürük. Bu gün hər bir azərbaycanlı böyük əminliklə və qürur hissi ilə qeyd edir ki, Ümummilli Lider Heydər Əliyev adını tariximizə müstəqilliyimizin, Onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Yeni dövrə qədəm qoyan Azərbaycan Zəfərlərə doğru inamla addımlayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri