Icma.az
close
up
RU
Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasında Ulu Öndərin mühüm rolu olub

Müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasında Ulu Öndərin mühüm rolu olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yasamal rayon Heydər Əliyev Mərkəzi və Sübhnur Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə qonaqlar Mərkəzin foyesində “Ümummilli Liderin ideyaları işığında suveren Azərbaycan” mövzusunda rəsm sərgisi ilə tanış oldular.

Qonaqlar muzey bölməsində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva açaraq Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı rolundan bəhs edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən Sübhnur TİM-nin təsisçi direktoru Gülnarə Hüseynova və digər qonaqlar Konstitusiyanın xalqın suverenliyini, insan hüquq və azadlıqlarını təmin edən Əsas Qanun kimi əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində apardığı islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri