Icma.az
close
up
RU
Müstəqil Azərbaycanın güclənən dövlətçilik modeli

Müstəqil Azərbaycanın güclənən dövlətçilik modeli

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müasir inkişaf tarixi təsadüfi hadisələrin, ani siyasi qərarların və ya qısa müddətli maraqların məhsulu deyil. Bu tarix dərin düşünülmüş strateji xəttin, milli iradəyə söykənən liderliyin və dövlətçilik fəlsəfəsinin ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsidir. Məhz bu baxımdan Prezident İlham Heydər oğlu Əliyevin adı Azərbaycanın son onilliklərdə keçdiyi yol ilə bilavasitə və ayrılmaz şəkildə bağlıdır. Onun rəhbərliyi altında formalaşan siyasi, iqtisadi və sosial reallıqlar bu gün müstəqil Azərbaycanın mahiyyətini müəyyən edən əsas sütunlar kimi çıxış edir. 2003-cü ildə Azərbaycan xalqı taleyüklü bir seçim edərək cənab İlham Əliyevə dövlətin ali idarəetməsini etibar etdi. Bu, ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşdiril-məsi, dövlətçilik kursunun davamlılığının təmin edilməsi və milli maraqların qorunmasına yönəlmiş strateji qərar idi. Həmin dövrdə Azərbaycan mürəkkəb regional və qlobal proseslərin mərkəzində yerləşən, lakin hələ də post-sovet keçid mərhələsinin bir sıra risklərini yaşayan bir dövlət idi. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən etibarən dövlət idarəçiliyinə konseptual yanaşma nümayiş etdirdi. Onun siyasi baxışlarında qısamüddətli populizmə deyil, uzunmüddətli strateji planlaşdırmaya üstünlük verildi. Dövlətin əsas vəzifəsi kimi sabitliyin qorunması, iqtisadi potensialın artırılması və sosial rifahın yüksəldilməsi müəyyən edildi. Bu yanaşma Azərbaycanın gələcək inkişaf modelinin təməlini təşkil etdi. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri dövlətçilik ideyasına verdiyi fundamental əhəmiyyət oldu. Dövlət onun üçün yalnız idarəedici mexanizm deyil, milli kimliyin, tarixi yaddaşın və gələcək nəsillərin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu anlayış Prezidentin bütün çıxışlarında, qərarlarında və islahat proqramlarında açıq şəkildə öz əksini tapır. Dövlət maraqları şəxsi və ya qrup maraqlarından daim üstün tutulur.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlət idarəetməsi sistemli və institusional xarakter aldı. Qanunvericilik bazası möhkəmləndirildi, icra mexanizmləri təkmilləşdirildi, idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipləri gücləndirildi. Dövlət aparatının funksionallığı artırıldı, idarəetmədə səmərəlilik əsas meyar kimi qəbul edildi. Bu proseslər tədricən, lakin ardıcıl şəkildə həyata keçirildi. Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri siyasi sabitliyin qorunması oldu. O, çox yaxşı anlayırdı ki, sabitlik olmadan nə iqtisadi inkişaf mümkündür, nə sosial rifah, nə də beynəlxalq nüfuz. Məhz bu səbəbdən ölkə daxilində ictimai-siyasi balansın qorunmasına xüsusi diqqət yetirildi. Radikalizmin, xaosun və destruktiv meyllərin qarşısı qətiyyətlə alındı.Bu sabitlik mühiti Azərbaycanın iqtisadi inkişafı üçün geniş imkanlar yaratdı. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Neft gəlirlərinin düzgün idarə olunması, strateji ehtiyatların formalaşdırılması və gəlirlərin infrastruktur və sosial sahələrə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetinə çevrildi. Bu yanaşma ölkəni iqtisadi risklərdən qorumaq baxımından mühüm rol oynadı.İqtisadi inkişaf yalnız statistik göstəricilərlə məhdudlaşmadı. Prezident İlham Əliyev iqtisadi artımın sosial nəticələrinə xüsusi önəm verdi. Əsas məqsəd rəqəmlərin artması deyil, vətəndaşların həyat səviyyəsinin real şəkildə yüksəlməsi idi. Bu səbəbdən əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması paralel şəkildə həyata keçirildi. Sosial dövlət konsepsiyası praktik məzmun aldı.İlham Əliyevin sosial siyasəti insan amilini mərkəzə qoyan yanaşma ilə seçildi. Dövlətin əsas vəzifəsi kimi vətəndaşların sosial müdafiəsi, təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi müəyyən edildi. Yeni məktəblər, xəstəxanalar, tibb mərkəzləri tikildi, regionlarda sosial infrastruktur yeniləndi. Bu proseslər ölkə üzrə balanslı inkişafı təmin etdi.

Prezident İlham Əliyevin fəaliyyəti dövründə regionların inkişafı xüsusi strateji xətt kimi formalaşdı. Paytaxtla bölgələr arasındakı sosial-iqtisadi fərqlərin azaldılması dövlət siyasətinin prioritetinə çevrildi. Regional inkişaf proqramları ardıcıl şəkildə həyata keçirildi. Yol, su, elektrik, qaz infrastrukturu ölkənin ən ucqar yaşayış məntəqələrinə qədər çatdırıldı.Bu siyasət yalnız iqtisadi deyil, həm də siyasi və sosial baxımdan mühüm nəticələr verdi. Regionlarda məşğulluq artdı, daxili miqrasiya azaldı, sosial narazılıqlar minimuma endirildi. İnsanlar öz doğma yurdlarında yaşamaq və işləmək imkanı qazandılar. Bu isə milli birliyin möhkəmlənməsinə xidmət etdi. Prezident İlham Əliyevin fəaliyyətinin ən mühüm və tarixi istiqamətlərindən biri milli təhlükəsizlik və suverenlik məsələsi oldu. Uzun illər işğal altında olan torpaqlar məsələsi onun siyasi gündəliyinin mərkəzində dayandı. Dövlət başçısı bu məsələdə nə emosional populizmə, nə də güzəştli mövqelərə yol verdi. O, beynəlxalq hüquqa, milli maraqlara və real güc balansına əsaslanan xətt yürüdü.İlham Əliyev illər boyu səbrlə və prinsipiallıqla Azərbaycanın mövqeyini beynəlxalq platformalarda müdafiə etdi. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırıldı. Azərbaycanın haqlı mövqeyi diplomatik sənədlərdə, beynəlxalq təşkilatların qərarlarında öz əksini tapdı. Bu, gələcək tarixi proseslərin hüquqi əsasını formalaşdırdı.2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin uzun illər ərzində apardığı strateji hazırlığın məntiqi nəticəsi oldu. Bu müharibə təsadüfi qərarın deyil, düşünülmüş dövlət siyasətinin nəticəsi idi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq və texnoloji üstünlük nümayiş etdirdi. Milli birlik bu qələbənin əsas şərtlərindən biri oldu. Bu qələbə ilə Azərbaycan yalnız torpaqlarını azad etmədi. Azərbaycan öz tarixi ləyaqətini, milli qürurunu və dövlət suverenliyini bərpa etdi. Prezident İlham Əliyev bu tarixi prosesdə siyasi liderlik, diplomatik məharət və qətiyyət nümunəsi göstərdi. Müharibə dövründə aparılan informasiya müharibəsi də xüsusi əhəmiyyət kəsb etdi. Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyev yeni bir mərhələnin əsasını qoydu. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Bu proses yalnız tikinti və infrastruktur məsələsi deyildi, eyni zamanda sosial, iqtisadi və mədəni dirçəliş layihəsi kimi həyata keçirildi. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın inkişaf konsepsiyasının yeni mərkəzinə çevrildi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin xarici siyasəti də bu 22 il ərzində ardıcıl və praqmatik xətt üzərində quruldu. Azərbaycan heç bir güc mərkəzinin təsiri altına düşmədən müstəqil siyasət yürütməyi bacardı. Balanslaşdırılmış diplomatiya ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Azərbaycan etibarlı tərəfdaş kimi qəbul olundu. Enerji siyasəti Azərbaycanın xarici siyasətinin mühüm alətinə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri Azərbaycanın strateji əhəmiyyətini artırdı. Bu layihələr iqtisadi, siyasi və geosiyasi nəticələr doğurdu. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrildi. İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq təşkilatlarda fəal mövqe tutdu. Ölkənin beynəlxalq təşəbbüsləri, dialoq və əməkdaşlıq çağırışları qlobal səviyyədə dəstək qazandı. Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq ideyalarının təşviqçisi kimi tanındı. Bu, dövlətin beynəlxalq imicinə müsbət təsir göstərdi. Prezident İlham Əliyevin 22 illik fəaliyyəti bütövlükdə müasir Azərbaycan dövlətinin formalaşma dövrü kimi qiymətləndirilə bilər. Bu dövr ərzində Azərbaycan post-sovet məkanında sabitlik, inkişaf və suverenlik modeli yaratdı. Dövlətin institusional əsasları möhkəmləndi. Milli maraqlar qorundu. Bu fəaliyyət yalnız bugünkü nəticələrlə ölçülmür. İlham Əliyevin həyata keçirdiyi siyasət gələcək nəsillər üçün dayanıqlı inkişaf platforması formalaşdırıb. Azərbaycan bu gün regional güc olmaqla yanaşı, qlobal proseslərdə söz sahibi olan dövlətə çevrilib. Bu, təsadüfi deyil, ardıcıl və məsuliyyətli liderliyin nəticəsidir. Nəticə etibarilə demək olar ki, Prezident İlham Əliyevin son 22 illik fəaliyyəti müasir Azərbaycan tarixində ayrıca bir mərhələ təşkil edir. Bu mərhələ milli dövlətçilik ideyasının real məzmun aldığı, suverenliyin tam bərpa olunduğu, iqtisadi və sosial inkişafın təmin edildiyi dövr kimi yadda qalacaq. Bu, təkcə bir liderin fəaliyyəti deyil, bütöv bir xalqın tarixi yüksəliş yoludur.

Fərid Mustafayev

YAP Yasamal rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri