Icma.az
close
up
RU
Azərbaycanın sabitlik modeli və müstəqil dövlətçilik fəlsəfəsi ŞƏRH

Azərbaycanın sabitlik modeli və müstəqil dövlətçilik fəlsəfəsi ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhatə edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlərdə multikulturalizm ənənələrinin qorunması, müxtəlif dini və etnik qrupların vahid cəmiyyət daxilində birliyi, beynəlxalq münasibətlərdə ədalət prinsipinin təmin olunması və müstəqilliyin qətiyyətlə müdafiəsi bir-birini tamamlayan məsələlər kimi ön plana çıxır.
Prezidentin çıxışının əsas məntiqi ondan ibarət idi ki, beynəlxalq dialoq qarşılıqlı hörmətə, bərabərhüquqlu münasibətlərə və ədalət prinsiplərinə əsaslanmalıdır. Əks halda, dialoq real əməkdaşlıq vasitəsinə deyil, siyasi bəyanatlar səviyyəsində qalan formal prosesə çevrilə bilər. Dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsi oldu. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri məhz cəmiyyətimizdəki ahəngdarlıqdır. Bu yanaşmanın siyasi və ictimai əhəmiyyəti böyükdür. Çünki müasir dünyada bir sıra ölkələr etnik, dini və mədəni fərqliliklərdən qaynaqlanan ziddiyyətlərlə üzləşdiyi halda, Azərbaycan müxtəlifliyin vahid milli kimlik daxilində birləşə biləcəyini nümayiş etdirir.
Prezidentin azərbaycançılıq ideyasına xüsusi diqqət yetirməsi də təsadüfi deyil.
Azərbaycançılıq ölkəmizdə yaşayan bütün xalqları və dini icmaları birləşdirən ümummilli dəyər kimi çıxış edir. Bu ideya hər hansı etnik və ya dini mənsubiyyəti inkar etmir, əksinə, onların hamısını vahid dövlətçilik və vətəndaşlıq prinsipləri ətrafında birləşdirir. Dövlət başçısının qeyd etdiyi kimi, bu birlik özünü Azərbaycanın müstəqillik tarixinin ən çətin mərhələlərində, xüsusilə İkinci Qarabağ müharibəsində bütün aydınlığı ilə göstərdi. Müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşlarının ölkənin ərazi bütövlüyü uğrunda vahid mövqedən çıxış etməsi milli həmrəyliyin real təzahürü oldu. Burada prinsipial bir siyasi nəticə ortaya çıxır: güclü dövlət iqtisadi və hərbi potensialla yanaşı, möhkəm ictimai birliyə, ortaq milli dəyərlərə və vətəndaşların dövlətə bağlılığına əsaslanır.
Cənab Prezidentin çıxışında diqqət çəkən digər istiqamət müasir təhlükəsizlik anlayışının daha geniş məzmunda təqdim olunması idi. Dövlət başçısı xatırlatdı ki, Azərbaycanda daxili risklər yoxdur, bütün potensial risklər sərhədlərimizdən kənardan qaynaqlanır, ideoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Prezidentin sözlərinə görə, buna görə də daim ayıq olmalı, milli kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qətiyyətlə qorumalıyıq. Bu fikir xüsusilə qloballaşmanın, rəqəmsal kommunikasiya vasitələrinin və informasiya müharibələrinin genişləndiyi bir dövrdə aktual səslənir. Bu gün dövlətlərin təhlükəsizliyi təkcə sərhədlərin qorunması ilə ölçülmür. Milli kimliyin, ictimai həmrəyliyin, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin müdafiəsi də təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan təhsil, mədəniyyət, media savadlılığı və gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışının əsas siyasi məqamlarından biri də beynəlxalq
münasibətlərdə ikili standartlar siyasətinə qarşı prinsipial mövqeyi oldu. Dövlət başçısı bu yanaşmanın beynəlxalq siyasətdən tamamilə çıxarılmalı olduğunu bildirərək Azərbaycan cəmiyyətinin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlatdı. Əslində, bu fikir müasir beynəlxalq sistemin ən ciddi problemlərindən birinə toxunur. Beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə eyni qaydada tətbiq olunmadıqda, müxtəlif münaqişələrə siyasi maraqlardan asılı olaraq fərqli münasibət göstərildikdə beynəlxalq institutlara etimad zəifləyir. Azərbaycan uzun illər bu cür ziddiyyətlərin nəticələri ilə üzləşib. Ölkəmizin ərazi bütövlüyü ilə bağlı qəbul edilmiş beynəlxalq qətnamələrin icrası təmin olunmadığı halda, müxtəlif siyasi dairələr tərəfindən selektiv yanaşmalar nümayiş etdirilib.
Prezident İlham Əliyevin müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək və nəyi etməmək barədə dərslər verilməməli olduğuna dair fikri də məhz bu kontekstdə qiymətləndirilməlidir. Dövlətlərin bərabərliyi və suverenliyinə hörmət beynəlxalq münasibətlərin fundamental prinsipləridir. Dialoq bu prinsiplərin zəiflədilməsinə deyil, möhkəmləndirilməsinə xidmət etməlidir. Azərbaycan uzun illər davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Prezident xatırlatdı ki, ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq ərazilərini azad edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinin icrasını öz imkanları hesabına təmin edib. Lakin burada diqqət çəkən əsas məqam hərbi qələbədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsidir. Bu təcrübənin beynəlxalq müzakirələr üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, münaqişədən sonrakı mərhələdə siyasi iradənin və sülh təşəbbüslərinin rolu ön plana çıxır. Ədalətli və davamlı sülhün təmin olunması üçün beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin tanınması və gələcək əməkdaşlığa hazırlıq vacib şərtlərdir.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın müstəqil xarici siyasətinə də ayrıca toxundu. Prezident vurğuladı ki, müstəqil siyasətimiz ölkəmizə böyük hörmət qazandırıb və bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür. Dövlət başçısı ölkəmizin 35 ildə əldə etdiyi nailiyyətlərin Azərbaycan xalqı tərəfindən qazanıldığını da xüsusi qeyd etdi. Bu sabitlik təsadüfi nəticə deyil. Onun arxasında müstəqil qərarların qəbul edilməsi, milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi, iqtisadi imkanların genişləndirilməsi və ictimai həmrəyliyin qorunması dayanır. Azərbaycan beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınır, ölkəmizin dünya enerji və nəqliyyat bazarlarındakı rolu isə əhəmiyyətli dərəcədə artıb. Bu gün Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbi birləşdirən ölkə olmaqla yanaşı, enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrində əlaqələndirici rol oynayan etibarlı tərəfdaşdır. Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də mədəniyyətlərarası dialoq ilə siyasi və iqtisadi əməkdaşlıq arasındakı qarşılıqlı bağlılıqdır. Davamlı tərəfdaşlıq üçün ortaq iqtisadi maraqlar kifayət etmir: qarşılıqlı etimad, mədəni həssaslıqlara hörmət və siyasi münasibətlərdə proqnozlaşdırılan davranış da zəruridir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu baxımdan xüsusi rəmzi və siyasi məna daşıyır. Azərbaycan beynəlxalq ictimaiyyətə dialoqun əhəmiyyətindən danışmaqla kifayətlənmir, müxtəlif mədəniyyətlərin birgəyaşayış təcrübəsini, müstəqil dövlətçilik modelini və sülhə
yönəlmiş siyasi yanaşmasını təqdim edir. Prezident İlham Əliyevin çıxışının əsas mesajı aydındır: dayanıqlı sülh və etibarlı beynəlxalq əməkdaşlıq qarşılıqlı hörmət, suverenliyə ehtiram, ədalət və bərabərlik prinsipləri olmadan mümkün deyil. Mədəniyyətlərarası dialoq isə bu prinsiplərin cəmiyyətlər və dövlətlər arasında möhkəmlənməsinə xidmət edən vasitədir. Azərbaycanın irəli sürdüyü yanaşma göstərir ki, güclü milli kimliklə dünyaya açıqlıq, müstəqil dövlətçiliklə beynəlxalq əməkdaşlıq, tarixi yaddaşla gələcəyə yönəlmiş sülh siyasəti bir-birinə zidd anlayışlar deyil. Əksinə, onlar bir-birini tamamlayaraq daha sabit, ədalətli və təhlükəsiz gələcəyin formalaşmasına xidmət edə bilər.

Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri