Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Müstəqil məhkəmə hakimiyyəti suverenliyin sütunlarından biridir

Müstəqil məhkəmə hakimiyyəti suverenliyin sütunlarından biridir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun hüquqi bazası, suverenliyimiz isə dövlətimizin qüdrətinin rəmzidir. Konstitusiya dövlət hakimiyyətinin təşkili, vətəndaşların hüquq və azadlıqları, məhkəmə hakimiyyətinin müstəqilliyi prinsiplərini təsbit etməklə yanaşı, həm də suverenliyin daxili təminat mexanizmini səciyyələndirir.

1921, 1927, 1937 və 1978-ci illərdə Azərbaycanda da sovet siyasi sisteminin və dövrün ideologiyasına uyğun konstitusiyalar qəbul olunub. Müstəqil Azərbaycanın ilk milli, demokratik Konstitusiyasının hazırlanıb qəbul edilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyanın fəaliyyətə başlaması qərara alındı. Komissiyanın birinci iclasında ulu öndər Əsas Qanunun parametrlərini müəyyən edərək dedi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivil, dünyəvi dövlət qururuq”.

Komissiya tərəfindən qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi ətraflı öyrənildi, 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi. Əsas Qanun dövlətin demokratik, hüquqi və dünyəvi əsaslar üzərində qurulmasını, hakimiyyət bölgüsü, qanunun aliliyi və insan hüquqlarının təminini təsbit etdi.

İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konstitusiyamızda əksini tapan müddəaların üçdəiki hissəsi insan və vətəndaş hüquqlarının qorunması ilə bağlıdır. Ötən dövr ərzində bu ali sənədə 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklərin edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi təsis olunması insan hüquqlarının qorunmasının prioritetliyini əyani təsdiqləyir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu sahədə atılan növbəti addımdır. Konstitusiya və suverenlik dövlətçiliyin əsas sütunlarıdır. Onların qorunması Azərbaycanın gələcəyi üçün konseptual əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dediyi kimi, “müstəqillik ən böyük sərvətimizdir və əbədi olacaqdır”.

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara və hərbi təcavüzünə cavab olaraq başlanan 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi və 2023-cü ilin lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, üçrəngli Bayrağımız Qarabağda və Şərqi Zəngəzurda dalğalandı.

Prezident İlham Əliyev ölkəmizin bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın 20-nin “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi haqqında 2024-cü il sentyabrın 19-da Sərəncam imzaladı.

Müasir dövrdə sabitlik və inkişaf hüquqi institutların fəaliyyət mexanizmləri ilə sıx bağlıdır. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması hüquqi dövlət quruculuğu prosesində məhkəmə hakimiyyətinin rolunu daha da aktuallaşdırır. Suverenlik ərazi bütövlüyünün müdafiəsi və beynəlxalq müstəvidə tanınma ilə yanaşı, həm də qanunun aliliyinə əsaslanan məhkəmə hakimiyyəti vasitəsilə reallaşır.

Hər bir demokratik dövlətdə olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu məhkəmələr oynayır. Müstəqil və şəffaf məhkəmə sistemi demokratik islahatların, hüquqi dövlət quruculuğunun barometri sayılır. Ölkəmizdə məhkəmə hakimiyyəti vətəndaşların hüquq və azadlıqlarını real mexanizmlərlə müdafiə edərək suverenliyin daxili dayaqlarını gücləndirir.

Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində hüquq sistemi demokratik prinsiplər əsasında yenidən quruldu, mütərəqqi qanunlar qəbul edildi, üçpilləli məhkəmə sistemi və insan hüquqlarının müdafiəsi üçün effektiv mexanizmlər formalaşdırıldı.

Ulu Öndərin hüquqi dövlət quruculuğu strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 2006, 2010 və 2019-cu illərdə imzaladığı fərmanlar məhkəmə-hüquq sisteminin yeni mərhələyə keçməsini təmin etdi. Bu islahatlar vahid məhkəmə təcrübəsinin əlçatanlığını artırdı, peşəkarlığın yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi və ədalət mühakiməsinin çevikliyinin təmin olunması ilə davam etdirilir.

Ölkəmizin Milli Konstitusiyası suverenliyin hüquqi bazasını yaradır, məhkəmə hakimiyyəti isə bu bazanın reallaşdırıcı mexanizmi kimi çıxış edir. Hüquqi suverenliyin qorunması, insan hüquqlarının müdafiəsi və hakimiyyət qolları arasında tarazlığın təmin olunması yalnız müstəqil və səmərəli məhkəmə sistemi vasitəsilə mümkündür.

Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanı hakimlərin müstəqilliyini gücləndirməyi, məhkəmə hakimiyyətinin nüfuzunu artırmağı və cəmiyyətin etimadını möhkəmləndirməyi hədəfləyir. Fərmanda ədalət, qərəzsizlik, qanunçuluq prinsiplərinə riayət, məhkəmələrə müdaxilənin qarşısının alınması və buna görə məsuliyyətin artırılması, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə edilir.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə beynəlxalq təcrübə, o cümlədən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycanla bağlı tövsiyələri nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurasının formalaşdırılmasına dair qaydalar təkmilləşdirilib, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna dəyişikliklər edilərək Şuranın tərkibində icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərin sayı artırılmış (10 hakim üzv), habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması təsbit edilib.

Yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası tərəfindən qısa müddət ərzində hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər konkret hədəflər müəyyənləşdirilib.

Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, müraciətlərin operativ şəkildə cavablandırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və ölkəmizdə fəaliyyət göstərən digər məhkəmələrlə əlaqə saxlamaq üçün “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində məhkəmə hakimiyyətinin rolu hüquqi dövlətçilik və demokratik inkişaf prosesində əsas həlqələrindən biri kimi dəyərləndirilə bilər. Məhkəmə hakimiyyəti hüquqi dövlətin möhkəmlənməsində və demokratik inkişafda mühüm rol oynayır. Bu, həm ölkənin gələcək tərəqqisinə, həm milli kimliyin güclənməsinə, həm də hüquqi dövlət statusunun möhkəmlənməsinə ciddi töhfədir. Azərbaycan Prezidentinin məhkəmə-hüquq islahatlarına verdiyi xüsusi diqqət isə hakimləri və bütün hüquq sistemini daha məsuliyyətlə fəaliyyət göstərməyə sövq edir.

Orxan İSMAYILOV,
Bakı Apellyasiya Məhkəməsinin hakimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri