Icma.az
close
up
RU
Müstəqillik Günü münasibətilə Almaniyada boks və kikboksinq turniri keçirilib

Müstəqillik Günü münasibətilə Almaniyada boks və kikboksinq turniri keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 iyun, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Almaniyanın Şvelm şəhərində “SFIT – PROVE YOURSELF” adlı boks və K1-kikboksinq turniri keçirilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Yarış Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniyadakı Azərbaycan diasporunun və “Fight Club Stolz” boks klubunun təşəbbüsü ilə təşkil olunub.

Yarışın əsas məqsədi soydaşlarımız arasında həmrəyliyin və birliyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, eləcə də multikultural cəmiyyətlər arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsi olub.

Turnirə Azərbaycan, Almaniya, Albaniya, Türkiyə, Polşa və digər ölkələrdən 60-dan çox idmançı qatılıb. Onlar müxtəlif yaş və çəki dərəcələrində ümumilikdə 27 qarşılaşmada güclərini sınayıblar.

Azərbaycanı böyüklər arasında 60 kiloqram çəki dərəcəsində təmsil edən İzzət Aslanov birinci yerə layiq görülüb.

Qaliblərə medal, kubok və xüsusi mükafatlar təqdim edilib.

Yarışı Almaniyanın Xristian-Demokratik Birliyi (CDU) Partiyasının nümayəndələri, müxtəlif idman klublarının rəhbərləri, diaspor təşkilatlarının təmsilçiləri və çoxsaylı idmansevərlər maraqla izləyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri