Icma.az
close
up
RU
Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Berlin, 27 may, AZƏRTAC

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, jurnalistlər, elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə Berlin Simfonik Orkestri ansamblının ifasında Azərbaycanın və Almaniyanın Dövlət himnləri səsləndirilib. Tədbirdə, həmçinin Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi-mədəni irsi və tolerantlıq ənənələrindən bəhs edən film nümayiş olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, müsəlman dünyasında ilk parlamentli və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək əzminin tarixi təzahürü olduğunu vurğulayıb. Qeyd edilib ki, bu müstəqillik sovet işğalı nəticəsində uzun sürməsə də, xalqımızın azadlıq ruhu heç zaman sarsılmayıb.

Diplomat uzun illər istiqlaliyyət arzuları ilə yaşayan xalqımızın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ilk illərdə siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və hərbi təcavüzün ağır nəticələri ilə üzləşdiyini diqqətə çatdırıb. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin olunub, müasir, suveren və gələcəyə yönəlmiş dövlət quruculuğunun əsası qoyulub.

Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü, özünəinamlı və beynəlxalq aləmdə hörmət edilən bir dövlətə çevrildiyini, etibarlı enerji tərəfdaşı, regional əməkdaşlığın təşəbbüskarı və sabitlik lövbəri kimi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.

Çıxışında qlobal qeyri-müəyyənliklər fonunda etibarlı tərəfdaşlıqların əhəmiyyətinin artdığını vurğulayan səfir Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq, iki ölkə arasında əməkdaşlığın iqtisadiyyat, elm, mədəniyyət və humanitar sahələrdə dinamik inkişaf etdiyini bildirib.

Nəsimi Ağayev Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesinin sürətlə davam etdiyini diqqətə çatdırıb, hazırda təxminən 85 min nəfərin həmin ərazilərdə yaşadığını, çalışdığını və təhsil aldığını bildirib.

Səfir, həmçinin Azərbaycanın sülh gündəliyinə toxunaraq, bölgədə sülhün bərqərar olması üçün ölkəmizin yürütdüyü məqsədəyönlü siyasət və nəticədə son dövrdə əldə olunan müsbət irəliləyişlər barədə qonaqları məlumatlandırıb.

Almaniyanın Xarici İşlər Nazirliyinin Avropa baş idarəsinin rəisi səfir Kristof İsranq çıxışında xarici işlər naziri Yohan Vadefulun 28 May - Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın Almaniya üçün mühüm tərəfdaş olduğunu deyən Kristof İsranq iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə söykəndiyini, iqtisadi, mədəni və siyasi əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. Diplomat Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyinə diqqət çəkərək, regionda sabitlik və əməkdaşlıq istiqamətində atılan addımların önəmini qeyd edib. Həmçinin Almaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəklədiyi və bunu Cənubi Qafqazda davamlı sülh üçün mühüm imkan kimi qiymətləndirdiyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra “Caucasian Consort” caz qrupu maraqlı proqramla çıxış edib. Milli musiqimizin və rəqslərimizin ifası böyük coşqu ilə qarşılanıb. Təntənəli tədbir ziyafətlə davam edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri