Icma.az
close
up
RU
Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Vyana, 23 may, AZƏRTAC

Azərbaycanın Avstriyadakı səfirliyində 28 May – Respublika Günü və 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki,öncə Azərbaycan və Avstriyanın dövlət himnləri səsləndirildi.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli 107 il əvvəl əsası qoyulan müsəlman Şərqində ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli yola nəzər salıb, qısa ömür sürməsinə baxmayaraq cümhuriyyətin təkcə Azərbaycanın deyil, regionun tarixində dərin iz qoyduğunu bildirib. Qeyd edilib ki, 23 aylıq müddət ərzində görülən işlər, həyata keçirilən islahatlar, dövlət quruculuğu və hüquqi bazanın inkişafı həmin dövr üçün inqilabi xarakter daşıyırdı.

Diqqətə çatdırılıb ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti müsəlman Şərqində ilk nümunə idi və cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Müstəqillik Bəyannaməsində əks olunan prinsiplərə uyğun olaraq təxminən 230 mühüm qanun və qərar qəbul edib. Bu qanun və qərarların əsas məqsədi dövlət institutlarının qurulması, ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması, insan hüquqları və əsas azadlıqların təmin olunması və hüququn aliliyi və səmərəli məhkəmə sistemi əsasında demokratik, dünyəvi dövlətin yaradılması idi. Respublikanın bütün vətəndaşlarına, etnik və dini mənsubiyyətindən asılı olmayaraq səsvermə hüququ verilməsi haqqında qanun xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu qanun qadınlara da səsvermə hüququ tanımış və Azərbaycanı qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk ölkələrdən və ilk müsəlman ölkəsi etmişdir.

Azərbaycan dilinin rəsmi dil elan olunması, bu üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi, müasir teatr və operanın yaradılması və milli valyutanın buraxılması dövlət quruculuğunda mühüm mərhələlər olub. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən 34 il sonra, Azərbaycan Xalq Cümhuriyyətinin idealları və dəyərləri bu gün də müstəqil dövlət kimi yeni üfüqlərə doğru yolumuza bələdçilik edən əsas prinsiplər olaraq qalır.

Səfir Ulu Öndər Heydər Əliyevin sözlərindən iqtibas gətirərək vurğulayıb ki, xalqımızın tarixi nailiyyəti olan dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və daha da gücləndirilməsi o vaxtdan bəri əsas məqsəd olub. Bu gün dövlət müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan daxili və xarici siyasətin mərkəzində dayanır. Azərbaycan müstəqil siyasətinə görə beynəlxalq aləmdə böyük hörmət qazanır, sözlə əməlin üst-üstə düşməsi ölkənin nüfuzunu artırır.

Qeyd edilib ki, Konstitusiyanın qəbulunun 30 illiyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının 5 illiyi münasibətilə bu il Azərbaycanda Konstitusiya və Suverenlik İli elan edilib.

Səfir çıxışında Azərbaycanın təşəbbüs göstərdiyi enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər layihələr yalnız ayrı-ayrı ölkələri deyil, bütöv regionları və qitələri birləşdirərək xalqlarımızın və iqtisadiyyatlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

Bu gün Azərbaycan regionda və onun hüdudlarından kənarda təhlükəsizlik təminatçısına çevrilib. Azərbaycan çoxtərəfli əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə əsaslanan nizamın qəti tərəfdarıdır.

Bildirilib ki, qəbul çərçivəsində həmçinin Azərbaycanın Silahlı Qüvvələrini qeyd olunur. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclüləri sırasındadır və Azərbaycanın ərazi bütövlüyü və birliyinin bərpasında həlledici rol oynayıb. Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişələrdən sonra, bu gün regionu sülh, təhlükəsizlik və rifah bölgəsinə çevirmək üçün tarixi fürsət yaranıb və Azərbaycan bu məqsədə sadiq olaraq qalır.

Avstriya Xarici İşlər Nazirliyində idarə rəisi Qerhard Sayller ikitərəfli əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin mütəmadi şəkildə həyata keçirildiyini diqqətə çatdırıb: ”Hər iki ölkənin şirkətləri arasında əlaqələrin möhkəmlənməsi, ixracatın artımı, birbaşa aviareyslərin mövcudluğu gələcəkdə müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə də töhfə verə biləcək. Eləcə də regionun mövcud potensialının dəyərləndirilməsində Azərbaycan rolu getdikcə artmaqdadır”.

Avstriyada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi kvartet Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqili proqram ilə çıxış edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri